“3-4 NƏFƏR ÖLKƏNİN TALEYİNİ HƏLL EDƏ BİLMƏZ” !!!

Elşad MUSAYEV: “

“BU HAKİMİYYƏT AZƏRBAYCAN XALQINDAN BAŞQA HAMININ MARAQLAEINI TƏMİN EDİR” 

“Cəmiyyətin müqavimətini hazırlamaq üçün bütün qüvvələrin bir araya toplanması lazımdır”

Dekabrın 25-də KXCP-nin qərargahında baş tutan “Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri” mövzusunda toplantının yüksək səviyyədə keçirildiyini söyləmək olar. Toplantıdan çəkilən şəkillərdən də görünür ki, zal müxalifət nümayəndələri ilə dolu olub. Nəzərə alsaq ki, toplantıda 26 partiya iştirak edib, bunu ilk təşəbbüs kimi uğurlu hesab etmək olar. Partiya nümayəndələrinin gələn il bu cür toplantıların mütəmadi keçirilməsini planlaşdırması isə təqdirəlayiqdir. Amma müxalifətin zirvə toplantısında iştirak edən keçmiş baş nazir Pənah Hüseynin inamsız nitqi müxalifətin birliynin yaranmasını sual altına qoyur. “Bugünkü toplantı bu yolda başlanğıc ola bilərmi” deyə sual edən P. Hüseyn özü cavab verir ki, birmənalı cavab vermək çətindir: “Burada olduğca rəngarəng, bir-biri ilə ziddiyyətli, həta əks münasibətlərdə olan şəxslər, müxtəlif platformalı təşkilatlar toplanıb. Bu toplantıdakı şəxs və təşkilatlardan dayanıqlı bir sistem yaratmaq olarmı? Olduqca problemli görünür. Buradakıların bir çoxunun ümumiyyətlə ikinci dəfə bir stol arxasına oturmağa razı olmalarının özü də problemsiz görünmür”. Maraqlıdır ki, inam olmayan halda bu birlik mümkün olacaqmı?“Hər şey ondan asılıdır ki, bu gün burada iştirak edən siyasi təşkilatlar və şəxslər iştirak etməyən siyasi təşkilatlara paralel güç yarada biləcəklərmi və ya bilərlərmi?”deyə sual edən P. Hüseynin bu fikrində də inamısızlıq aydın sezilir. Bu inamsız fikirlərin səslənməsi də müxalifətin birliyini şübhə altına alır. Əslində, bu cür tədbirlərdə belə inamsız fikirlərin səsləndirilməsi və bunun da sosial şəbəkələrdə paylaşılması cəmiyyətdə ancaq müxalifətə inamsızlıq yaradır. Əgər həmin gün o tədbirdə iştirak edən siyasi təşkilatlar və şəxslər iştirak etməyən siyasi təşkilatlara paralel güç yarada bilməyəcəklərsə, niyə bir yerə yığışırlar ki? Toplantıda iştirak edən partiyalar həqiqətən müxalifətin birliyi naminə qarşıya məqsəd qoyarlarsa, heç kim bu hədəfdən yayınmazsa və yaxud hansısa partiya kimlərləsə sövdələşməyə getməzsə, bu birliyə nail olmaq mümkündür. Sadəcə, bunu ürəkdən istəmək lazımdır.

“Bu, cəmiyyətin sosial sifarişi idi”

Müxalifətin zirvə toplantısı ilə bağlı “Hürriyyət”ə fikirlərini bölüşən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev dedi ki, müəyyən dövr ərzində müxalifətin bir araya gəlməsi ilə bağlı sifariş var idi: 

“Bu, cəmiyyətin sosial sifarişi idi. Amma siyasilər içərisində bu qənaətdə olanlar var idi ki, müxalifət toparlansın, müzakirələr keçirilsin, vəziyyətdən çıxış yolu axtarıb, tapılsın. Birinci bu təşəbbüsdə sabiq daxili işlər naziri İsgəndər Həmidov bulundu. Özünüz də gördünüz ki, təqirbən 23 siyasi təşkilatın və xeyli sayda ictimai-siyasi xadimin, ziyalıların iştirak etdiyi bir toplantı alındı. Qarşıya qoyulan məqsədlər var. Bununla bağlı müzakirələr gedir. Siyasi təşkilat rəhbərlərindən ibarət bir işçi qrupu formalaşdırılıb. Müəyyən layihələr var. Bu layihələr müzakirə olunacaq. Ondan sonra, dəyirmi masanın növbəti hissəsi keçiriləcək. Bu da təqribən yanvarın 15-20-nə qədər nəzərdə tutulub. Yanvarın 5-də işçi qrupunun növbəti toplantısı olacaq. Orada gündəlik məsələrlər, digər qarşıya qoyulan məqsədlərin ilkin layihələri hazırlanacaq”.

“Pənah bəy reallığa uyğun fikirlərini söyləyib”

“Müxalifətin bu zirvə toplantısından nə gözləyirsiniz. Çünki Pənah Hüseyn çıxışı zamanı sual edir ki, “bugünkü toplantı müxalifətin bu yolda başlanğıc ola bilərmi? Bu toplantıdakı şəxs və təşkilatlardan dayanıqlı bir sistem yaratmaq olarmı? Olduqca problemli görünür. Buradakıların bir çoxunun ümumiyyətlə, ikinci dəfə bir stol arxasına oturmağa razı olmalarının özü də problemsiz görünmür”. İnamsız bir halda bu yola çıxmaq nə dərəcədə mümükün olacaq” sualına E. Musayev belə cavab verdi: 

“Bütün hallarda ölkənin qarşısında ciddi vəzifələr, problemlər var. Bunları həll etmək üçün bir araya gəlmək lazımdır. Kimlər gəlsə, onu alqışlamaq lazımdır. Pənah bəy reallığa uyğun fikirlərini söyləyib. Kifayət qədər təcrübəli adamdır. İllərlə bu istiqamətdə cəhdləri olub, müəyyən qədər uğurlar, uğurszuluqlar olub. Ona görə, hesab edirəm ki, Pənah Hüseyn reallığa uyğun fikirlər söyləyib. Yəni növbəti mərhələdə azlıq olarsa və yaxud yeni siyasi xadim, siyasi qüvvə gələrsə, bunlar normal qarşılanmalıdır. Ən əsası prosesin özüdr. Ən əsası cəmiyyəti hərəkətə gətirmək lazımdır. Çünki təklikdə bu hakimiyyətlə problemi həll etmək olmur. Ayrı-ayrı siyasi qüvvələrin təşəbbüsləri olub, hakimiyyətlə dialoq təşəbbüsündən tutmuş islahatlar barədə təkliflər olub, bu hakimiyyət bunu qəbul etmir. Bunu qəbul etmirsə, cəmiyyətin müqavimətini hazırlamaq lazmdır. Cəmiyyətin müqavimətini hazırlamaq üçün bütün qüvvələrin bir araya toplanması lazımdır. Nə qədər toplanmaq mümükündür, toparlansın. Bizim qonşuluqda Ermənistan nümunəsi oldu. Ermənistanda çox yaxşı tanınmayan Paşinyan qabağa çıxdı. Orada nə “Daşnakstuyun”un lideri, nə Respublikaçılar Partiyasından kimsə, də də Petrosyan qabağa çıxmadı. Tarixi şərait elə gətirdi ki, bu zaman Paşinyan qabağa çıxdı. Çünki artıq müəyyən hərəkətlilik var idi. Cəmiyyətin istəyi var idi. Kim daha istəkli, qərarlı sürətdə problemi qaldırdı, cəmiyyət onun arxasına keçdi. Ən əsas cəmiyyəti hərəkətə gətirmək lazımdır. Biz hesab edirik ki, Azərbyacan iqtidarının apardığı siyasət Azərbaycanın maraqlarına ziddir. Ölkədə demokratik seçki keçirilmir. 3-4 nəfər ölkənin taleyini həll edə bilməz. Kim haqq verib ki, bu adamlar illərdir kimi istəyir deputat seçsin, bələdiyyə sədri seçsin? Qanunlar tanınmır. Son 10 ildə Azərbaycanın büdcəsi 3 dəfə aşağı düşüb. Artıq bu yola çıxılıb. Bir də tarixin təkərini geri fırlamaq olmaz. Azərbaycanda proses pis-yaxşı başlayacaq. Proses nə qədər ağrısız keçsə, hakimiyyət və müxalifət üçün o qədər yaxşıdır. Müxalifətin özündə kim bu prosesə qoşulacaq lap yaxşı, kim qoşulmayacaq, yenə sağ olsun”.

“Azərbaycanı müxalifəti iri güclərlə də mübarizə aparıb, uduzdu”

“Yəni inanırsınız ki, bu təşəbbüsdən sonra vaxtilə yaranmış “Azadlıq”, “Bizim Azərbaycan” blokları kimi blok yaransın” sualını cavablandıran E. Musayev qeyd etdi ki, o hadisələrin gedişində dəqiq müəyyən olunacaq: 

“O haqda əvvəlcədən heç nə demək istəmirəm. Prosesin özü göstərəcək. Açığı, çox vaxt deyirlər ki, birliklər yarandı, məhv oldu. Amma o birliklərin       “O haqda əvvəlcədən heç nə demək istəmirəm. Prosesin özü göstərəcək. Açığı, çox vaxt deyirlər ki, birliklər yarandı, məhv oldu. Amma o birliklərin özlərinin xeyli təsiri var idi. Heç kəs bir şeyi demir. Mən açıq deyirəm. Kimsə münasibətini korlamaq istəmir. Mənim elə problemim, kimsədən sakıncam yoxdur. Azərbaycanda iri dövlətlərin, güclərin, korporasiyaların, BP dən tutumuş hamısının maraqları var və hamısı da istəyir ki, bu hakimiyyət qalsın. Çünki bu hakimiyyət Azərbaycan xalqından başqa hamının mənafeyini təmin edir. Ona görə də Azərbaycan müxalifəti tək bu hakimiyyətlə mübarizə aparıb uduzmadı. Azərbaycanı müxalifəti eyni zamanda iri güclərlə də mübarizə aparıb, uduzdu. Bizim yaxın bildiyimiz dövlətdən tutumuş uzaq bildiyimiz dövlətlərə qədər hamısı bu iqtidarın arxasında oldu və bununla da milyardları taladı, dağıtdı, apardı xarici banklara yığdı. İndi həmin xarici banklarn sahibləri də, digərləri də görür ki, bu hakimiyyət bundan artıq getmir. Ona görə, onların belə, marağında deyil. Bütün bunların hamısını bir tərəfə qoydum, Azərbaycan xalqının marağında deyil ki, ölkənin varını dövlətini, yıxa, sökə, illərlə sakit dura. Bu millətin tarixi, keçmişi var. Kimsə və yaxud bir qrup gəlib ömrü boyu bu dövləti sümürə bilməz. Ölkənin siyasi təşkilatları, ayrı-ayrı adamlar var. Mən 5 dəfə deputat seçilmişəm, 1 dəfə mənim haqqım tanınmayıb. Mən bununla barışmalıyam? Və yaxud bir başqası olsun, bir siyasi qüvvə olsun, barışmalıdır? Ona görə, bunlar fikirləşməsinlər ki, hamını əzəcəklər, dama soxacaqlar. İnsanlar artıq həbs olunmaqdan, sözlərini deməkdən qorxmur, deyirlər. Hakimiyyət islahata getməlidir, getmir. Getmirsə, onda sərt təpki ilə rastlaşacaq. Biz istəyirik ki, bu, yumşaq formada, qanunlar çərçivəsində, insanların dəstəyi ilə həyata keçirilsin. Bunu hadisələrin gedişi göstərəcək. Ən əsası bu işdə qərarlı olan xeyli sayda insan var ki, bu prosesi aparmaq istəyirlər. Bu, kim olsun önəmli deyil, önəmli prosesin özüdür”.

“Aktiv müxlifətə keçmək lazımdır”

“İnanırsınız ki, 2019-cu ildə passiv müxalifət aktiv müxalifətə keçəcək” sualını E. Musayev belə cavablandırdı: 

“Sizinlə razılaşmaq olar. Biz hesab edirik ki, aktiv müxlifətə keçmək lazımdır. Qanunlar çərçivəsində, demokratiyaya uyğun surətdə Azərbaycan müxalifəti nəhayət, sözünü deməlidir. Bunu eyni zamanda Azərbaycan xalqı və cəmiyyəti deməlidir”.

Şamo EMİN

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*