“31 DEKABR … İLİN SON GÜNÜ … MƏN QƏNİM KƏSİLDİM O GÜN OVÇUMA …”!!!

“… NİRFƏTİ, QƏZƏBİ SIXIB OBCUMA, 

TİKANLI MƏFTİLİ ƏLİMLƏ QIRDIM.”!!! 

Fb-NİN GÜNDƏMİNDƏN 

HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK

Tikanlı məftili əlimlə qırdım

Otuz bir dekabr… ilin son günü,
Kəfəni boynuma mən asan günü,
Köksümə dirədi düşmən süngünü,
Sərhəd simlərini əlimlə qırdım.

Mən qənim kəsildim o gün ovçuma,
Çox olub ovçunun üstə ov cuma,
Nifrəti, qəzəbi sıxıb ovcuma,
Tikanlı məftili əlimlə qırdım.

Bir qara qorxunu – o divi yıxdım,
Dözmədi qarşımda o qəvi – yıxdım,
Mənə zindan olan bir evi yıxdım,
Tikanlı məftili əlimlə qırdım.

İllərdir dilimə “haralı” salan,
Nisgilli könlümü yaralı salan,
Qardaşı qardaşdan aralı salan,
Tikanlı məftili əlimlə qırdım.

Arxamda Əlincə, öndə Ərk idi,
Tarixə dərs idi, ibrət, görk idi,
İradəm dəmirdən, daşdan bərk idi,
Tikanlı məftili əlimlə qırdım.

Birləşdik biz o gün Araz boyunca 
O taylı bu taylı gəzdik doyunca,
Hamı uca idi, boyundan uca,
Tikanlı məftili əlimlə qırdım.

Təbriz yaxındaydı, Təbriz uzaqda,
Dağlardan enmişdi o yalquzaq da,
Yaxın görünürdü o gün uzaq da,
Tikanlı məftili əlimlə qırdım.

Güvəndim əzmimə, sərt inadıma,
Şərəfli bir tarix yazdım adıma,
Dünyanı mat qoydum hünər-addıma,
Tikanlı məftili əlimlə qırdım.

Neçə səddi qırdım, neçə, bilmədim,
Tikanı sonadək biçə bilmədim,
Yetişdim Araza… keçə bilmədim,
Sərhəd simlərini əlimlə qırdım.

Автоматический альтернативный текст отсутствует.

1 Comment

Leave a Reply

Your email address will not be published.


*