75 İLLİK ÖMRÜN İŞIĞI !!!

BECAN QASIMOV 75

 

İnsan ömrü xatirələrin qoynunda həmişə ilıq çöhrəsi ilə diqqət çəkir. Şəxsiyyət tarixi də bir insan ömrünün ictimai səciyyəsidir.

Öz varlığı ilə hər kəsin dərin hörmət və rəğbətini qazanmış Becan Qasımov da öz örnək şəxsiyyəti ilə cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu təsdiqləyib. Onun 75 illik ömür işığı çoxlarının həyat yoluna nur səpib.

Mən də həmyerlim, eloğu kimi yüksək rəğbət bəslədiyim Becan Qasımovun insani münasibətlərini cəmiyyətimizin ümdə vəzifələri kimi xarakterizə edirəm. 75 il bir insan üçün o qədər də böyük həyat yolu deyil. Lakin Becan Qasımov kimi şəxsiyyətlər elə bir ömür yaşayıblar ki, cəmiyyət bundan çox şey götürə bilib.

Hörmətli BECAN müəllimi 75 illik yubileyi münasibətilə təbrik edir, can sağlığı, müvəfəqiyyətlər arzulayıram.

Hörmətlə:

SONA ABBASƏLİQIZI

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*