“A KİŞİ, RİYAKARLIQDAN ƏL ÇƏK, CAMAATI ÖZÜNƏ GÜLDÜRMƏYİN YETƏR” !!!

PAYLAŞIN

“Cənablar, arxayın olmayın ki, aradan götürdüyünüz Hacı Məmmədov bütün sirləri özü ilə apardı … “!!!

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevə

 

Azərbaycan Respublikasının Daxili İşlər Naziri 

Ramil Usubova 

Respublikanin Baş Prokuroru

Zakir Qaralova

Müraciət etmək məcburiyyətində qalan,

Azərbaycan dövləti və dövlətçiliyi

qarşısında xüsusi xidmətləri olan

Tahir Babayev tərəfindən  

M Ü R A C İ Ə T

Mən, 20 ilin dövlət qulluqçusu olaraq, hazırda süqutunun ən əsas təşkilatçılardan və icraçılarından olduğunuz və özünüzün fəaliyyətinizdə (fəaliyyətsizliyinizdə) Azərbaycan CM-in “N” sayda maddələrində tövsif olunmuş tərkiblər olan, Azərbaycan dövlətinin aktiv qurucularından biri olmuşam. Prokuror nəzarətsizliyi və Polis özbaşınalığı nəticəsində ölkədə yaranmış kriminal durumla bağlı özünü daha qabarıq şəkildə biruzə verən bir sıra halları qeyd edirəm:

1. Hüquq Mühafizə Orqanlarında, xüsusilə Polisdə kadr siyasəti yarıtmazdır. Onun onurğa sütunu korrupsiya, qohumbazlıq, yerlibazlıq, rüşvət və digər qanunsuzluq saçan  fəqərələrindən hörülmüşdür.

2. Azərbaycan polisi adı altında, hazırda ölkə başçısı da daxil olmaqla, hamını təhdid edən və əsasən qatı cinayətkarlardan ibarət ordu mövcuddur. Bu qurum yüzdəyüz faiz kriminallaşdırılmışdır və Azərbaycan xalqına, dövlətinə, dövlətçiliyinə qarşı real təhlükədir və ölkə sərhədlərindən kənara çıxarılaraq zərərsizləşdirilməlidir.

3. Bu “ordu”da Azərbaycan Dövlətinin qanunlarını tanıyan bir nəfərə olsa belə rast gəlməmişəm. Hüquq mühafizə orqanları adı altında pərdələnmiş bu qurumlarda özlərinə isti yuva tapanlar özəl sektorun qazanclarının daimi şərikidirlər. Ölkə başçısının bununla bağlı verdiyi göstərişləri, bəyanatları, “bizə “aylıq” qoyulub və biz də onu ödəyirik deyərək” – deməklə, “it hürər-karvan keçər” misalı yola verir, fiziki aşınmaqda, mənəvi cılızlaşmaqda davam edirlər.

Bu “ordu”nin başında duranlar Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı fəaliyyətinə (fəaliyyətsizliyinə) görə  məsuliyyətə alınmalı və çox yaxın bir zaman kəsiyində buunla bağlı xalq qarşısında, məhkəmədə cavab verməlidir. Əks təqdirdə, İlham Əliyev də müttəhimlər kürsüsünü onlarla bölüşmək məcburiyyətində qalacaqdır.

Heydər Əliyev dünyanı tərk edərkən öz oğlunu işğal etmiş olduğu vəzifəyə qoyub getdi. Bu onun bəlkə də 80 illik ömründə axrıncı ən böyük səhvi oldu. Kriminallaşmış qurumlara rəhbərlik edən kimilər də  bu səhvdən çox ustalıqla və hiyləgərcəsinə istifadə edirlər. Mənim yaxşı yadımdadır ki, təqribən 10 il bundan əvvəl İ.Əliyev Usubovu yola salmaq məcburiyyətində olduğunu dərk etməyə başlanmış və bunu çox ehtiyatla olsa da biruzə vermək fikrinə düşmüşdü. Bu vaxt cəmiyyətə illər öncə killer kimi tanıdılmış, həqiqətdə isə xarakterləcə zəif olduğu üçün,  ustalıqla istifadə edilərək sonradan məhv edilmiş Hacı Məmmədov kabusu ortaya atıldı. Bu informasiyanın həmin dövrdə İlham Əliyev rejiminə vura biləcəyi öldürücü zərbə əvvəlcədən, düşünülmüş şəkildə hiyləgərcəsinə hesablanmışdı və öz işini görmüş oldu. Usubov nəinki vəzifəsini qoruyub saxlaya bildi, hələ əlavə imtiyazlar da qazandı.

Cənablar,  sizə aşkarcasına deyirəm, arxayın olmayın ki, aradan götürdüyünüz Hacı Məmmədov bütün sirləri özü ilə apardı və yaxın gələcəkdə üzünüzə duracaq şahidlərdən ən təhlükəlilərindən birindən canınızı qurtardınız. Əsla bu belə deyildir. Şahidlərin sayı tükənməzdir… 

İnformasiya sızdırmaqla etdiyiniz kobud səhv İlham Əliyev tərəfindən yol verilmiş səhvlə nəticələndi və  Nazir kreslosunda bərkidildiniz. Sevindiniz və qürrələndiniz ki, İlham Əliyevə çox yüngül tərzdə, çox şeyi bir gedişlə başa saldınız və bununla da misilsiz qəhrəmanlıq etdiniz. İndi isə sizlərin başa düşə bilmədiyi və heç vaxt dsa başa düşəməyəcəyi bəzi incə məqamlartı hüzurunuzda ərz edim:

Heydər Əliyev kiməsə vəzifə verməyi planlaşdırırdısa, onu əvvəlcə cinayətkara çevirir və kresloya oturdaraq yüzdəyüz özündən  asılı vəziyyətdə qoyurdu. (Murtuz Ələsgərov spikerliyə tövsiyə olunarkən prezident aparatında keçirilmiş müşavirədə onun ünvanına söylənilənləri eşidənlərdən bəziləri həyatdadır).

Hətta o dövrlərdə Moskva onun bu metodunun qarşısının alınmasında aciz idi.

Mövcud rejimin onurğa sütunu korrupsiyalanmış həlqələrdən yığılmışdır. Aralari rüşvətlə kələ-kötür doldurulmuş və suvanmışdır. Heydər Əliyev bunu özü icad etdiyindən, ustalıqla da idarə edirdi və bir nəfər olsun belə nəfəsini çəkə bilmirdi. İdarəçilik İlham Əliyevin əlinə verildikdən sonra o əsl ərkəsöyün uşaqlar kimi çaş-baş qaldığını biruzə verməməyə çalışdı. Bu, isə idarəçiliyin tam həcmdə əvvəllər idarə olunanların əlinə keçməsi ilə nəticələndi. Qeyri-qanuni, heç bir rəsmiyyətə söykənməyən, anlaşılmaz  qubernatorluqlar və digər qeyri-müəyyən idarəçilik formaları tətbiq edilməyə başlandı. Deputat yelləri belə ayrı-ayrı vəzifəlilər (dövləti sökməklə məşğul olanlar) arasında bölüşdürüldü. Bir sıra həyati vacib obyektlər “yaxşı oğlan”ların külli ixtiyarına verilərək  talandı və xalqa külli miqdarda ziyan vuruldu.

Mehribanın fondu dövlətin gəlir mənbələrini öz əlinə keçirdi. Talanlar dövlət miqyasını aşdı. Kallıq, düşüncəsizlik məsuliyyətsizlik o həddə çatdı ki, şeyx cənablarına da deputat kreslolarından kvota ayrıldı. İlham Əliyev elə düşündü ki, şeyxə bu iltifatı göstərməklə Allahın da rüşvətini çatdırmış oldu. Onu da dünyanın supergüclərinin rəhbərləri ilə bir sırada saya salaraq “haqqını” çatdırdı. Ona indi nəinki yerdə, heç göylərdə də gücü çatan olmayacaq.

İlham Əliyev, YAP-çıların təəbirincə desək, “sverx” vacib işlərlə məşğul olmaqla yanaşı onu da başa düşməlidir ki, bu bağışlanılması mümkün olmayan səhvdir. Ona görə ki, müqəddəs Qurani Kərimdə buyurulur ki, birincisi uca Allah təkdir və şəriki yoxdur. İkincisi  Uca Allah onun öz qarşısında olan günahları bağışlayandır. O heç zaman hər hansı bəndəsinə qarşı edilən təcavüzə, haqqının taptalanmasına (İlham Əliyev və onun təyin etdiyi məmurlar hər saniyədə yüzlərlə insanı tapdalayır, əzir, hüquqlarından məhrum edir, işgəncələrə məruz qoyur) görə yaranmış günahı bağışlaya bilməz və bağışlamaz.

Xalqın malı hesabına alınmış avtomobillərin mollalara bağışlanması, Şeyxə 10 min manat hədiyyə edilməsi İslama təhqirdir. Şeyx bunu qəbul etməyi mümkün hesab edirsə, bunun cəzasını qiyamətdən çox-çox əvvəl alacaqdır.

Allaşükür koxa onu da  bilməmiş deyil ki, bu hədiyyələr onlara insanların haqq səsinə səs verməmək, Qafqaz Müsəlmanları İdarəsini də Allahsızlar yuvasına çevirmək üçün verilmişdir.     

Keçmiş xidmətlərinə kölgə salma, Şeyx, səhvini düzəlt, təmiz adını bərpa elə, xalq qarşısına üzü qara çıxmağa cəsarət etmə.  

Bütün bunların hamsına rüşvətdən bünövrə qoyulmuşdur. Sonradan bu bünövrələri yağış yuyacaq, küləklər sovurub aparacaq və İlham Əliyevin hazırda çökmüş olan rejimi tarixdən silinəcəkdir.

İndi ölkədə xaos hökm sürür. Harınlaşaraq quduzlaşmış polislər məhkəmə qərarlarını belə icra etmir. Rejimə meydan oxuyurlar. Çətin anlarında hər bir vətəndaşın yanında olduğunu və onun problemlərini həll etdiyini təkrarlamaqdan yorulmayan İlham Əliyevin ağzının dediyini qulağı eşitmir. Mən də təkrarçılığa yol verərək ona bildirirəm.

A kişi! Bil və Agah ol səndə ölkə başçılığına tələb olunan heç bir keyfiyyət yoxdur, üsul-idarən tamamilə yarıtmazdır. Rejimin yararsızdır. Hərə bir ağızdan 1-ci vitsenizə pul daşımaqdan yorulduğunu tövşüyə-tövşüyə bildirir. Riyakarlıqdan əl çək, camaatı özünə güldərməyin yetər. Konkret kimə hansı problemlərin yaradıldığını bilmək istəyirsənsə, bunları təsdiq edən sənədləri (əsasən məhkəmə qərarlarını) aparatınıza vaxtında göndərmişəm. Zəhmət çək qaldır, tanış ol və tədbir gör. Kimin səviyyəsində onları araşdırmağı mümkün hesab edirsənsə buyur. Mən hazır. Bir kəlməmin belə yalan olduğu üzə çıxarsa, elə yerində özümə qəsd etməsəm, heç kişi deyiləm. Aparatınızda başıma yaylıq bağlayaraq oradan çıxaram.

Bəsdir bu insanları incitdiniz, qanlarını sordunuz. Bir olan Allah insanların haqqını tapdalayanların qənimi olacaqdır.

Mən bu yaşımda Azərbaycan xalqını möhtəşəm bir qələbə münasibəti ilə təbrik etməkdən beş qat möhtəşəm qürur duyuram. Bu,  25 yanvar tarixində AXH-nın təsis edilməsidir. Tam səmimiyyətlə bildirirəm ki, təsisçilər və bu çox mühüm əhəmiyyət kəsb edən hadisədə öncüllük edənlər ümumxalq alqışına layiqdirlər və İlham Əliyevin kadrları, əgər buna cəsarətləri çatırsa, buyursunlar, canlı efirlərdə, xalqın gözləri önündə tutduqları vəzifələrə onlardan daha layiqli olduqlarını sübuta yetirsinlər 

Xahiş edirəm opponent kimi Hacıbala Abutalubovun namizədliyindən vaz keçilsin. Çünki onun eramızdan əvvəldən ta bu günümüzə kimi bəyaz ağ rəngdə olduğu hər kəs tərəfindən təsdiq olunan qatığın rənginin tünd qara olduğunu sübut etmək istedadını artıq əksəriyyət qəbul etmişdir. Professor Hacıbalanın portretini haminın başa düşəcəıyi faormada açmaq üçün şəxsən şahidi olduğum biur səhnəvi oxucuların nəzərinə çatdırıram.

Professor icra strukturlarında professorluğa Suraxanı rayonundan başlamışdır. 90-cı illərin ikinci yarısında ölkə başçısının icra aparatından Suraxanı RİH-in təcrübəsinin öyrənilməsi və gündəlik fəaliyyətə tətbiq edilməsi barəsində rayon və şəhərlərə “qiymətli” göstərişlər göndərildi. Bu canfəşanlıqların arxasında dayananların hamısını şəxsən tanıdığım və bunlardan Azərbaycan və Azərbaycan xalqı üçün önəmli, əhəmiyyətli, hər hansı bir hərəkət gözləməyin qeyri-mümkün olduğunu bildiyimdən (əsas təşkilatçı rolunda respublikanın hazırkı baş ideoloqu Ramiz Mehdiyev idi), işlərin haralara varacağnı da fəhm edə bilirdim. Hələ keçən əsrin 70-80-ci illərində və davamı olaraq 1993-cü ildən sonrakı dövrdə Sumqayıtdan ona kimlərin nə daşıdığı və daşımaqdan boyun qaçıranların acınacaqlı aqibətləri barəsində səhih məlumatım olduğu üçün, bunu da bir texniki gediş hesab etsəm də, maraq xatirinə “Professorun” çox qiymətli təcrübəsindən baldan da şirin bəhrə götürmək üçün onun başsızların başçısı olduğu rayona getdim və peşəkar yalançıların düzənlədiyi yalanlardan başqa bir şey görmədim. Çox keçmədi Hacıbala respublika hökümətində rahat bir apartmentdə lövbər saldı. Vaxt itirmədən xalq cəfakeşi cildinə girən Abutaleh “Abşeron suya” tilov atdı. Çünki, o vaxtlar respublikanın ilkin soyğunçularının formalaşdığı bir dövr idi və birinci skripka hazırki qanun istehsalatçılarının başımda oturan Oktay Əsədov idi. Hacıbaladan Oktaya konkret işarələrlə mesaj göndərildi ki, kreslo ilə vidalaşmalı, yaxud ağa qarşısında beyət etməklə, konkret və samballı ədədlə ifadə olunan məbləğdə “hörməti” çatdırmalıdır.

Oktaya o vaxt Strasburqda olan İlham Əliyevlə əlaqəyə girmək təklif edənlər oldu. Oktay bu təklifi qəbul etmədi və çantaya 50.000 (əlli min) ABŞ dolları yığdıraraq göndərdi.

Tərslikdən elə oldu ki, mən dəhlizdə olanda Oktayın çaparı Hacıbalanın otağına girdi və dərhal da geri qayıtdı. Onun arxasınca dərhal dəhlizdə görünən Hacıbala bəy qonşu otaqlara əli ilə işarə etməklə qışqıra-qışqıra deyinməyə başladı ki, buralara rüşvətxorlar, korrupsionerlər toplanmışdır. Ona görə də bu onların arasında işləyə bilməyəcəkdir. Mən də onun şəhər təsərrüfatlarında işlərin səmərəli təşkili haqqında təklif təqdim etmək üçün getmişdim. Bu dərəcədə həyasızlığın şahidi olduqdan sonra kağızları onun poçtuna təhvil verdim və uzaqlaşdım. Sonra həmin təkliflər əsasında özlərinin yarımçıq dərk etdiyi məzmunda respublika NK-nin qərarı çıxdı.

Bəylik iddiasında olan rejim böyüklərinin  mövcudluğunu bir az dərindən təhlil edərkən çox iyrənc bir mənzərə  formalaşır. Onun fərdi qaydada cavab verməli olduğu cinayətlərə görə cəzanın çəkilməsi üçün əgər gələcəyi olacaqsa (Allah bunu rəva bilməz) 13 nəsl bəs edər. Çünki zərrə qədər insafı, ürəyində Allaha sevgi, Allah xofu olan insan bunların layiq olduqları cəzanı verə bilməz. Bunlarla bəlkə ermənilər bacarar. Çünki mənşələri və xislətləri eynidir.

İndi onlar öz oğullarını oturduqları kürsülərə oturtmaq iştahasındadır.  Ruslar demiş “Durnoy primer zarazilelen”. Bəylər,  biraz dərindən düşünün və öz nəslinizin gələcəyini öz cinayət əməllərinizin qurbanına çevirməyin. Startda dayanan cocuqlarınız üçün isə isə çıxış yolu  nə qədər ki, çox gec deyil, Azərbaycan xalqına qarşı cinayətlər etmiş atalarının hədiyyə etmiş olduğu kürsülərdən paqonlardan, elə atalarının  özündən də, imtina etmək və ölkəni birdəfəlik tərk etməkdir…

Bu arada, DİN rəhbəri olan Ramil Usubov, son dəfə sizə müraciət edərək mənə və ailə üzvlərimə qarşı cinayətlər etmiş quldurlarımızın siyahısını təqdim edirəm və axırıncı dəfə xəbərdarlıq edirəm ki, bu cinayətkarlar məhkəmələrə təslim etməsiniz şəxsən Sizin özünüzün və bu quldur dəstənizə qarşı layiq olduğunuz cəzanı verməyi öz üzərimə götürəcəyəm.

Azərbaycanı ziyanvericilərdən təmizləmək ən azı savab işdir.

-Sumqayıt yol polisinin əməkdaşları Elman və İsmayıl.

-Sumqayıt ŞPİ-nin rəisi olmuş Əkbər İsmayılov

-Sumqayıt ŞPİ-nin rəis müavini Hikmət Qasımov

-Bakı YPİ-nin rəisi Nuşirəvan Səfərov

-Bakı YPİ-nin rəis müavini Malik İbrahimov

-Bakı YPİ-nin əməkdaşları Əfqan və Elçin

-Daxili təhqiqatlar idarəsinin rəisi Sahib Mirzəyev rəis müavini:  Azər Məmmədov

Şöbə rəisləri:                Şövqi Orucov və Elgün Bəylər

-Baş DYPİ-nin rəisi  Ramiz Zeynalov

– Baş DYP-nın rəis müavini Kazımov.

Cənab Usubov, nazir postu sistemdəki cinayətləri ört-basdır etmək üçün deyil, cinayətkarları müəyyənləşdirmək, cəzalandırmaq və zərərsizləşdirmək üçündür. Otuz ilə bunu başa düşməmisinizsə, barı  bu gün başa düşün, sabah yəqin ki, çox gec olacaq.

Yuxarıda qeyd olunanların cinayətlərini sübut edən bütün sənədlər Şövqidədir. Şövqi nəinki mənim ərizəmi araşdırmamış, əksinə aşağı təşkilatlarda cinayətlərin izlərinin itirilməsi məqsədi ilə bir sıra addımlar atmışdır. Bu mənə onu deməyə əsas verir ki, cinayətkar piramidanın başında elə başçıların özləri durur. Haqq-hesab da birinci növbədə onnların özləri ilə çürüdülməlidir.

Azərbaycan Respublikasında Baş Prokurorun əmək haqqını alan Zakir Qaralov da sistematik olaraq mənim tərəfimdən onun aparatına ötürülmüş materialları nəhayət ki qaldıraraq araşdırılmasını tədbir görülməsini və məlumat verilməsini təmin etməlidir. Bu Prokurorluq haqqında AR-in qanunun tələbidir.  

Prezidentliyi mənimsəmiş İlham Əliyev bunu etməyəcəksə onda gələcəkdə baş verəcək hadisələrin 1 №-li cavabdehinə çevriləcək.

 

İmza:                              Tahir Babayev

Tel: (050) 331 58 11

02.04.2019

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*