“AĞANIN YANINDA YETİM BİR QUZU, CAMAAT İÇİNDƏ XOXAN JURNALİST.”!!!

PAYLAŞIN

“YALANDAN ADINI MÜSTƏQİL QOYUB,

“KÖLƏLİK MEDALI” TAXAN JURNALİST.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

“JURNALİST”…!

(Yeni şeir)

(Söhbət yaltaq, ikiüzlü, ələbaxan “jurnalist”lərdən gedir. Yəqin ki, söz yiyələri öz sözlərini götürəcəklər…)

Bizim mətbuatın üz qarasıdır:
Kiminsə “əlinə baxan” “jurnalist”!
Yalandan adını müstəqil qoyub,
“Köləlik medalı” taxan “jurnalist”!

Satıb şərəfini ucuz çit kimi,
Çürük taxtalara girir bit kimi…
Məmur süfrəsində sümsük it kimi,
Burnunun seliyi axan “jurnalist”!

Beş manat görəndə dəyişir halı,
Olur səs-səmirsiz – allahın lalı.
Ağzına atılan bir qaşıq “yalı”,
Qələmlə hər yerə yaxan “jurnalist”!

Göstərib hamıya saxta çəpiyi,
Gizlədir bu xalqa dəyən təpiyi!
Dövlətin verdiyi beş-on qəpiyi,
Millətin başına qaxan “jurnalist”!

Allah əvvəl-axır əridər buzu,
Görür yaralara basılan duzu!
“Ağa”nın yanında yetim bir quzu,
Camaat içində xoxan “jurnalist”!

Vicdanı önündə xəyala dalıb,
Ölsün boğazına bir çatı salıb!
Elin harayına biganə qalıb,
Dilini… qarnına soxan “jurnalist”!

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*