AĞIR OLUR YAZDA YARPAQ TÖKÜMÜ … !!!

PAYLAŞIN

XALQIN ŞAİRİ DƏMİR GƏDƏBƏYLİ ƏBƏDİYYƏT YOLÇULUĞUNA VARİS OLDU !!! 

Fb-NİN GÜNDƏMİNDƏN 

Ağır olur yazda yarpaq tökümü … Və bu ağırlıq söz adamlarını, ruh adamlarını neqativ ovqata kökləyir. Və o zaman gördüyün günəşə də, açılan gül – çiçəyə də şübhə ilə yanaşırsan … Dəmir Gədəbəyli itkisinə şübhə ilə yanaşdığın kimi. Axı dünən onun məğrur səsi ilə dediyi :”Ay Givi, heç olmasa sən necəsən, işlərin necə gedir? ” kəlmələri “sırğa” olub qulaqlarımda. Onun ömür -gün yoldaşının, qaynının təlaşı və həyəcanı başa düşülən idi. Dəmir Gədəbəylinin hərarəti 35.5 olmasından, təzyiqin qalxmaq “istəməməsindən”, daxili qanaxmasından – ən dəhşətlisi isə şairdəki leykozdan anlamışdıq ki, o bu dünyada bir neçə günün qonağıdır. 

Mən, şair-həkim Fəzail İsmayıl və onun ömür -gün yoldaşı müalicə edən həkimin otağında yığışdıq və müdhiş “xəstəlik tarixçəsini ” nəzərdən keçirtdik oradakı ölüm saçan göstəricilər heç də ürək açan deyildi …qəfildən Dəmir əfəndi xanımını səslədi və biz həkimin kabinetindən çıxdıq. Mən şairin yanına qeyri -ixtiyari qayıtmaq istəsəm də “gedək, yaxşı düşməz”-deyə Fəzail İsmayıl məni bu fikirdən daşınırdı. ..sən demə bu İstiqlal şairi ilə son görüşümüz – vidamız idi. 

Tanrı qüdrətli və rəhmli olduğundan şairə, onun yaxınlarına əzab verməmək üçün bu gün sübh tezdən o müqəddəs İnsanı öz dərgahına apardı. Və beləcə biz Dəmir Gədəbəylini ürəyimizə köçrtdük. Allah bu böyük Vətənpərvərin, gözəl atanın, babanın, ərin və qaynatanın – başlıcası isə gözəl nəğmələr müəllifinin ruhunu şad etsin. 
Uyu, qardaş! Yerin cənnət-məkan olsun.

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*