“AH, DEYİRDİN HEÇ ÖLMƏZDİM, DÜŞƏ BİLSƏM TOPRAĞINA …” !!!

PAYLAŞIN

“HƏR ŞEY AYRILIQDAN BAŞLADI …”!!!

——————————————————————————————-

Hər gecə, hər gecə yuxularımda
Çadırı dağılmış, ocağı sönmüş,
Tanrı qarğışıyla taleyi dönmüş,
Taleyi dönəndən qəm sərhəddinin
Bir ucu günbatan,biri gündoğan-
Dağından,daşından, adamlarından,
Hətta otundan da qəriblik yağan;
Qara torpağına nə toxum əksən,
Yenə də baharda ayrılıq bitən
Bölünə-bölünə yox olub itən-
Sevgili bir yurd.
Sevgili bir yurd-
Hər gecə, hər gecə yuxularımda.

Rüstəm BEHRUDİ

——————————————————————

 

PAYLAŞ

1 Comment

  1. Çox üzüldüm. Heç “Allah rəhmət eləsin” deməyə də dilim gəlmir. Novruz bəy milli sərvət idi. Heyf, əlimizdən getdi.Yeri cənnət olsun.

Leave a Reply

Your email address will not be published.


*