“ALDANMIŞ KƏVAKİB”(lər) YENİ VERSİYADA… !!!

PAYLAŞIN

VƏ YA, NOVRUZ MƏMMƏDOV GECƏ GƏLDİ, GECƏ GETDİ, 

HEÇ BİLMƏDİK NECƏ GƏLDİ, NECƏ GETDİ … !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Novruz Məmmədov qəfil gəldi, elə qəfil də getdi. Onun onsuz da aralıq dövr üçün gətirildiyi bəlli idi.
Əli Əsədovun isə Baş Nazir vəzifəsinə məhz indi gətirilməsi təsadüfi deyil.

Hakimiyyətdaxili münasibətlər və daxili ziddiyyətlər məhz indi onun bu görəvə gətirilməsini zəruri etdi. Əli Əsədov birbaşa Prezidentin özünə yaxın kadr hesab olunur və onun vəzifəsi, ölkənin üçüncü vəzifəsidir. Bu təyinat çox mətləblərdən xəbər verir.

Hələ 2003-cü ildə, İlham Əliyevin prezidentliyə namizədliyi dövründə, Əli Əsədovun əsas təşkilatçılardan biri olduğu söylənilməklə, həm də ölkənin əsas vəzifələrindən birinə gətiriləcəyi proqnozlaşdırılırdı. Lakin onun təşkilatçılığı ilə keçirilən təbliğat kompaniyasının ilk dövrü bütövlükdə hakim komandanı qane etmədiyindən, bu işlər daha usta ələ tapşırıldı və nəticədə Əsədovun Baş Nazir görəvinə gətirilməsi 16 il ləngidi.

Uzun müddət Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsində çalışsa da, birbaşa təsərrüfat və sənaye sahəsində fəaliyyət göstərməyib, daha çox akademik, nəzəri sahənin təmsilçiliyinə uyğun gəlir. Kabinetdə elə bir də ciddi dəyişikliklər gözlənilmir. Çünki səlahiyyətlər və reallıqlar buna imkan vermir. Bu sahədə əsas səlahiyyətlər ölkə başçısına aiddir.

Hər halda bizə uğur arzulamaq qalır, sonrasını zaman göstərəcək…

—————————————————————————————————–

P.S.

Fb-NİN GÜNDƏMİNDƏN

Hurriyyet TV-də maraqlı durum dəyərləndirilməsi…

“…Sən, bu illər ərzində bu cəmiyyətə nə vermisən ki, yaltaqlanmaqdan başqa”

 

 

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*