ALDP: “PAŞİNYAN “SÜLH YOLU”NA NÖQTƏ QOYDU” !!!

PAYLAŞIN

YAXUD, RƏSMİ BAKI PAŞİNYANIN CAVABINI NİYƏ VERMƏDİ?!

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda Ermənistan baş nazirinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağa getməsilə bağlı bəyanat qəbul olunub.

Bəyanatda deyilir:

 “Ermənistanın Baş naziri Paşinyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda verdiyi bəyanat –

“Dağlıq Qarabağ Ermənistan ərazisidir”

fikri, Azərbaycan iqtidarının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prinsipinin bir daha yanlış olduğunu sübüt edib. 25 ildir ki, “sülh yolu” ilə həll olunan məsələyə Paşinyan bu fikri söyləməklə nöqtə qoydu.

Qarabağ mitinqini keçirmək istəyən Azərbaycan müxalifətinə

“Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunması istiqamətində möhtərəm prezidentimiz cənab İlham Əliyev ölkə daxilində və beynəlxalq miqyasda zəruri addımlar atır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan bütün danışıqlar KİV ilə mütamadi olaraq işıqlandırılır.”

– deyə iqtidar şablon cavab verir.

Niyə Paşinyanın bu bəyanatına Azərbaycan iqtidarı, XİN-in cavabı KİV-lərdə ictimailəşmədi? Niyə ATƏT-in Minsk grupu susur?

ALDP hesab edir ki, Azərbaycan ATƏT-in Minsk grupundan imtina etməlidir.

ALDP Azərbaycan iqtidarından işğal altında olan Dağlıq Qarabağ torpağlarını erməni quldurlarından təmizləmək üçün anti-terror əməliyyatlarına başlanmasını tələb edir.

ALDP həmçinin bu məsələyə görə İranda yaşayan yüz minlərlə soydaşlarımıza öz etirazların bildiklərinə görə təşəkkürünü bildirərək, Azərbaycan türklərinin – Şimal- Cənub – bir-birlərimizə dəstək verilməsini vacib olduğunu diqqətə çatdırır.”

ALDP Mətbuat Xidməti 

06 avqust 2019 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*