ALDP SƏDRİ “BARIŞ PINARI” HƏRƏKATINI QINADI” !!!

PAYLAŞIN

Fuad ƏLİYEV:

“Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi”

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, AXH-nin 26 oktyabra təyin etdiyi mitinq, regional və təşkilati məsələlər müzakirə olunub.

İclasda ALDP sədri qeyd edib:

 “Azərbaycan Xalq Hərəkatı (AXH) oktyabr ayının 26-na mitinq təyin edib. Hesab edirəm ki, nəzərdə tutulan mitinqə tam gücümüzlə dəstək vermək lazımdır. Yaşadığınız yerlərdə və sosial şəbəkələrdə  təbliğat işlərinə başlamaq lazımdır.”

Sonra regional məsələlər müzakirə edilərkən Fuad Əliyev:

“Azərbaycan iqtidarının  bu 25 ildən artıq müddətdə daxili və xarici siyasətdə buraxdığı səhvlər kifayət qədər olub. Xüsusilə də işğal olunan Qarabağ və ətraf  7 rayon məsələsində. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT TŞ-nın 4 qətnaməsi olduğu halda, bu qətnamələrdə göstərilən prinsipləri  həyata keçirə bilmirik. Son belə səhv addım Azərbaycanın Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında havadan və qurudan  “Barış bulağı” hərbi əməliyyatına dəstək verməsi oldu. Hesab edirəm ki, bu məsələdə Türkiyəyı dəstək verməyimiz səhv addım idi. Biz dünyadan Ermənistanın işğalçı olduğunu tanınmasını tələb edirik. Bu məntiqlə Suriya Türkiyəni işğalçı kimi tanıyacaq və torpağlarımızın işğal altında olduğu məsələsində bizi dəstəkləməyəcək.” – deyə qeyd etdib.

Daha sonra iclasda təşkilati məsələlərə baxıldı.    

ALDP mətbuat xidməti

17.10.2019

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*