ALDP SƏDRİ: “NAMİZƏDLİYİMİ QEYDİYYATA ALMAQ İSTƏMİRDİLƏR” !!!

PAYLAŞIN

Fuad ƏLİYEV:

“Bəziləri üçün imzaları İcra strukturlar yığıb. Biz bunların hamısını bilirik.”!!!

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News internet kanalına müsahibə verib. Fuad Əliyevin sözlərinə görə, imzatoplama kampaniya və qeydiyyata alınma zamanı ona qarşı təzyiqlər olub.
“İmzatoplama kampaniya dövründə özünü Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edən şəxs imza vərəqələrini bizdən almaq və toplanan imzaları pozmaq istəyib. Buna nail ola bilmədikdə, imza vərəqələrini cırmağa cəhdlər göstərib. Bununla bağlı mən DSK sədrinə məlumat verdim. Daha sonra imzaları yoxlama prosesində də seçicilərə təzyiqlər olub. Namizədliyimi qeydiyyata almaq istəmirdilər.” –  deyə, Fuad Əliyev bildirib.
Daha sonar ALDP sədri deputat mandatına iddialı olanları debata dəvət edib:

“Bizim dairədə 15 namizəd qeydiyyata alınıb. Hamıya uğurlar arzulayıram. Namizədləri Sizin kanal vasitəsilə debata dəvət edirəm. Amma inanmıram ki, kimsə qəlsin debata. Nə iş görüblər? Gəlib nə danışıcaqlar? Bəziləri üçün imzaları İcra strukturlar yığıb. Biz bunları hamısını bilirik.” – deyə, ALDP sədri qeyd edib.

Sonda Fuad Əliyev bildirib ki, bu dairədən mütləq o ozü qalib olacaq.

 

 

 

 

 

 

 

 

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*