ALDP SİYASİ MƏHBUSLAR MƏSƏLƏSİNİN HƏLLİNƏ ÇAĞIRDI !!!

PAYLAŞIN

Fuad ƏLİYEV:

“Respublika Günündə siyasi məhbusların azadlığa buraxılmasını gözləyirik”

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, Azərbaycan Xalq Hərəkatının (AXH) 25 maya planlaşdırdığı mitinq, Milli Azadlıq Qərargahının (MAQ) rəhbəri Oqtay Eldəgəzin anım günü, 28 may Respublika günü ilə bağlı dövlət rəhbərliyinə müraciətin edilməsi və bəzi təşkilatı məsələlər müzakirə edilib.

ALDP sədri Fuad Əliyevin təklifi ilə 2002-ci il mayın 16-da vəfat edən Milli Azadlıq Qərargahının (MAQ) rəhbəri Oqtay Eldəgəzin xatirəsini bir dəqiqəlik sükütla yad edilib.

“Oqtay Eldəgəzin rəhbərliy ilə MAQ üzvləri Azərbaycanın müstəqillik üğrunda mübarizə aparıblar. Bu fədakar insanlar 1918-ci ildə F.X.Xoyskinin, Topçıbaşovun və digərlərin Şərgdə ilk dəfə yaratdığı Azərbaycan Demokratik Respublikasının davamçılarıdırlar. Oqtay Eldəgəz bu bayrağın bir daha yüksəlməsi və Azərbaycanın müstəqiliyi uğrunda mübarizə aparıb. Azərbaycan xalqı onun kimi mübariz insanların yad etməyə borcludur”

– deyə, ALDP sədri qeyd edib.

Toplantıda həmçinin ALDP-nın AXH-nın 25 may Qarabağ mitinqində iştrakı müzakirə olundu. ALDP sədri partiyanın Qarabağ mitinqində iştirakını vacib hesab etdi. O, bildirdi ki, Qarabağla bağlı istənilən tədbirlərə, yürüşlərə, mitinq və piketlərə partiya üzvləri öz dəstəyini verməlidirlər.

“Torpaqlarımız tam işğaldan azad olunmayana qədər bu problemi gündəmdə saxlamalıyıq.”

– deyə, Fuad Əliyev qeyd etdi.

Fuad Əliyev:

“Novruz bayramı ərəfəsində məhkum edilmiş şəxslərin əfv fərmanı ilə azad olunmaları onların ailələrinə və yaxınlarına, xalqımıza böyük sevinc bəxş etdi. Siyasi məhbusların azadlığa buraxılmalarını təqdirəlayiq hal hesab edirik. Bir neçə tanınmış siyasi məhbus azadlığa qovuşdu, güman edirik ki, hələ həbsdə qalan digər siyasi məhbuslarımız da 28 may Respublika günü münasibətilə növbəti əfv fərmanlarında azad ediləcəklər.”

– deyə iclasa yekun vurub. 

ALDP Mətbuat Xidməti  

15 may 2019 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*