“ALIN, BU DA SİZƏ YENİ MÜXALİFƏT” !!!

PAYLAŞIN

“Aydın olur ki, bu ölkədə İranın çox böyük dəstəkçiləri var.”

Fb-NİN GÜNDƏMİNDƏN

Azərbaycanda Qasım Süleymaninin öldürülməsinə olan diqqət bütövlükdə Qarabağ məsələsinə olan diqqətdən qat-qat artıqdır. Məlum olur ki, çox böyük sayda vətəndaşımız Azərbaycandakı proseslərə tamamilə biganə yanaşsalar da İranda, İraqda, Suriyada gedən prosesləri, bu prosesin içində olan hərbiçiləri, siyasi fiqurları daha yaxından tanıyır, izləyir, lazım gələndə sərt təpki göstərir, hətta bu yolda ölümə belə gedirlər.

Aydın olur ki, bu ölkədə İranın çox böyük dəstəkçiləri var. Buna görə İran tərəfi Azərbaycan hökumətinə minnətdar olmalıdır. Belə ki, hakimiyyət siyasi prosesləri, seçki institutlarını, siyasi partiyaları qanına qəltan edib dərnək səviyyəsinə endirəndə, partiyaların qərərgahlarını əllərindən alanda, dağıdanda, gəncləri siyasi partiyalardan zorla uzaqlaşdıranda, onlara siyasi partiyalar çərçivəsində heç bir perspektiv tanımayanda gənclər getməyə sakit ünvan axtarmalı idilər. Bu sakit ünvan da yalnız məscidlər ola bilərdi ki, orada da bir qisim həqiqətən də dini inancı gərəkcəsi ilə orada olur. Başqa bir qisim isə İranın, Səüdiyyə Ərəbistanının və s. gizli partiyalarına üzv yığmaqla məşğul olurlar. Bu da nəticəsi. Məlum olur ki, Azərbaycanda İranın gizli partiyasının üzvlərinin sayı bütövlükdə bizim müxalifət partiyaların sayından qat-qat çoxdur.

Hörmətli hakimiyyət nümayəndələri, alın, bu da sizə Avropada söyüş söyənlərdən sonra ikinci yeni müxalifət.

Bütün bunları görə-görə növbədənkənar seçkiləri köhnə qaydada keçirməklə, özlərini buraxmış köhnə deputatları yenidən görəvə qaytarmaqla, inzibati resursların köməyilə demokratik müxalifəti prosesdən kənarda saxlamaqla radikal qüvvələrə meydan vermiş olursunuz. Bunun acısını hamı, o cümlədən də sizlər çəkəcəksiniz…

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*