«…ALLAH SİZƏ LƏNƏT ELƏSİN»!!!

PAYLAŞIN

MÜƏLLİFDƏN:

https://www.youtube.com/watch?v=H-ta5u5zrpY
Sərdar Əlib.Dünən Qulu Məhərrəmlinin məhkəməsindən sonra xeyli narahat oldum. Zira bu məsələ artıq zarafat olmaqdan çıxaraq, ciddi boyutlara varmağa başlıyır. Nrahatçılığımın əsl səbəbi də elə budu. Açığı işlərin bu boyutlara varması, məsələnin ciddiyyətini ortalığa gətirəcək yazılar yazmağa sövq etməli olduğu halda, içimdə tamam başqa hisslər baş qaldırdı. Daha doğrusu nəsə yazmaq həvəsim öldü və zatən yazdıqlarımızın bir işə yaramadığı düşüncəsi ilə, özlüyümdə, ümumiyyətlə bir müddət heç nə yazmamağa qarar verdim…
… Gecənin bir aləmində, boşluqdan və gündüz yaşadığım təssüratların gətirdiyi yuxusuzluğun əzablarından qurtula bilmək üçün bilgisayarımın arxiv bölümündə var-gəl etmək, köhnə yazılarla oyalanıb vaxt öldürmək istədim…
… Indi Sizə təqdin elədiyim bu yazının Qulu Mhərrəmli-Arif Alışanov davasına bir o qədər də aidiyyatı olmadığının fərqindəyəm. Amma, eyni zamanda da, prosesin mahiyyəti və gedişatın məna çalarları baxımından, olub-bitənlərə baxış anlamında tam bir uyğunluq, oxşarlıq gördüm. Zaman keçdikcə, illərin ötür-ötüründə bu məmləkətdə heç nə dəyişmir, nə sistemin kəmfürsətliyi, nə rejimin nadürüstlüyü, nə yönətimin zehniyyəti, nə də hakimiyyətin idarəetmə fəlsəfəsi dəyişib. Oysa, təxminən 6 il öncədən qələmə alınan bu yazını yenidən Azərbaycan oxucusuna və ictimai rəyin müzakirəsinə çıxarmağı lazım bildim…
Qulu-Arif… və çox açıq şəkildə söyləmək istədiyim bir şeyi də deməliyəm. Bu gündən etibarən, mən Qulu Məhhərrəmlinin taleyindən narahat olmağa başladım. Məsələ birasındadır ki, prezidentin diffamasiya maddəsi ilə, xüsusi ittiham qaydasında işlərə xitam verilməsi anlamına gələn yazılı sərəncamından sonra, bu maddə ilə icraata götürülən ilk işdir bu. Dalağim həm də ona görə sancdı ki, əvvəllər də prezidentin eyni anlama gələn şifahi tövsiyyəsindən sonra diffamasiya maddəsi ilə həbs olunan ilk jurnalist mən olmuşam (Fərəməz Novruzoğlu (Allahverdiyev) ilə birgə). O vaxtlar, indi məşhuri-cahan olan Elşad Abdullayevin qılıncının dallı-qabaqlı kəsən vaxtlarında (necə ki indi Arif Alışanovun sözünün üstünə söz demək, pencəyinin yaxasına toz qondurmaq olmur – S.Ə.), məhz onun  xüsusi ittiham qaydasında şikayəti ilə həbs olunan “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin işinə, səhəri günü reaksiya verən prezident İlham Əliyevin adından yayılan bəyanatın son cümləsi təxminən  beləydi: “Bundan sonra məhkəmələrdə jurnalistlər barəsində həbs qərarı çıxatmamağı tövsiyyə edirəm”. Və dediyim kimi, bu tövsiyyədən sonra, elə həmin diffamasiya maddəsi ilə, Bakı Apellyasiya Məhkəməsində, dəmir bilərziklərə qonaq edilən ilk jurnalist olaraq, bəndəniz və Fərəməz Novruzoğlu (Allahverdiyev) tatixə düşdük…
Demək istədiyim o ki, “Başına gələn başmaqçı olar”, yaxud “İlan vuran Ala çatıdan qorxar”.  Yəni, mənim Qulu Məhərrəmlinin taleyindən narahat olmağa ciddi əsaslarım var və cəmiyyəti də bunun fərqinə varmağa səsləyirəm.    

 

Sərdar ƏLİBƏYLİ

BU NƏ ANARXİYADI BELƏ, İLHAM ƏLİYEV???!!!


Sərdar-1-2-3Haşiyə:

11 ilin söhbətidi. 1999-cu ilin16 noyabrında  gecə saat 24 radələrində hərbi hissədən, mənə yazılmış son xidməti xasiyyətnaməni oxudum və son Attestasiya vərəqini imzalayıb getdim. Gecəylə hərbi hissədən telefon açan dostum,  «bir sənin, bir də Əliyev Ç-nin xasiyyətnamənizi də, Attestasiyanızı da dəyişdilər» dedi. Açığı inanmadım və «bu ki cinayətdi, edə bilməzlər» dedim. Səhər isə hərbi hissəyə gəldiyimdə, deyilənlərin həqiqət olduğunu gördüm. Təbii ki, saxtalaşdırdıqları sənədlərə yenidən imza atmağa dəvət etdilər bizi. Mən dərhal imtina etdim. Əliyev Ç. İsə sakitcə otağa keçib, – «gətirin imzalayım » – dedi. Sonradan öyrəndim ki, o öz insanlıq ləyaqətinə, zabit şərəfinə xəyanət etməyib və saxta Attestasiya vərəqinin imza yerinə «Mən heç nə demirəm, Allah sizə lənət eləsin» yazıbmış. Daha sonra həmin cinayətin təfərrüatlarından da hali oldum. Sırf siyasi sifariş üzərinə keçirilən bu «əməliyyat»da daha bir neçə vəzifə cinayətləri törədilmişdi. Təkcə onu deyim ki, bizim bu sənədləri, hansılar ki, hazır olmadan əmr verilə bilməzdi, hələ saxtalaşdırıb başa çatdırmazdan öncə əmrimizi də veriblərmiş. 16-sı noyabr şənbə, 17-si isə bazar günüydü. Bizdən  saxta imzalar tələb edilən 17-si günü artıq əmr verilmişdi. Şənbə-bazar günləri isə dəftərxana işləmir.      

İlham-MŞHeç özüm barəsində yazmaq istədiyim olmayıb. Zorən yazdıqlarım bir şeylər olsa da, öz qəzetimdə özümdən yazmağı heç məqbul biməmişəm.  Ancaq görünür ki, bunsuz da keçinmək olmur və bu yazımın da bir qsmini özümdən, öz problemlərimdən, öz dərdimdən, öz azarımdan yazmaq məcburiyyətindəyəm.

Həbs olunmağım ərəfəsində Mətbuat Şurasını məhkəməyə vermişdim və Binəqədi Məhkəməsi çox primitiv və qondarma bir qətnamə ilə Əflatuna da, onun «killerxana» sının qladatorlarına da haqq qazandırmışdı. Sonra Apellyasiya məhkəməsinə ərizə verdim və aylar ötsə də proses olmadı. Oktyabrın 8-də isə, elə həmin Apellyasiya Məhkəməsində bizi tutdular. 4 ay da həbsdə qaldım və yenə də apellyasiyadan bir xəbər olmadı. Həbsdən çıxandan sonra telefonla maraqlandım. Dedilər ki, məhkəmə oktyabrın 30-da olub və ilkin instansiyanın qətnaməsi qüvvədə saxlanılıb.  Təbii ki, «niyə mənim məhkəmədə iştirkım təmin olunmayıb», «nədən qərar mənə verilməyib» kimi suallarıma mənimlə danışan əməkdaş cavab verə bilmədi. Fevralın 22-də yazılı müraciət verdim ki, qərarı mənə göndərsinlər. Aylar ötdü, cavab isə gəlmədi ki, gəlmədi.  Nəhayət qəzetdə prezidentə müraciət yazdım. Yalnız bundan sonra, ötən həftənin dördüncü günü, Apellyasiya Məhkəməsinin Ümumi Şöbəsindən telefon gəldi ki, gəlib qərarınızı ala bilərsiniz. Getdim və aldım…

ƏFLATUN-İLHAMAdamlar o qədər həyasız və şarlatandılar ki, özümə də, millətimə də yazığım gəldi, dövlətə də, bu dövləti ədalətlə yönətmək əvəzinə, rəzalətlə idarə edənlərin özlərinə də, bütövlekdə yönətimin zehniyyətinə də nifrət elədim. Bu şarlatan hakimlər MŞ-nin və Əflatunun advokatıdı elə bil. Yazdıqları qərar da MŞ-nin vəkillərinin müdafiə çıxışından daha betər müafiə edir bu mənnən və felən ölünə, qana susamış qladiatorları. Heç şübhəsiz ki, bütün bunlar da, digər məhkəmələrimizdə olduğu kimi, siyasi sifarişlərdən doğan əbləhlikdən başqa bir şey deyil. Burası zətən bəllidi. Fəqət, işlərin içindən çıxan bəzi əmmaları qanammıram.  Və hər kəs, o cümdədən də əyinlərinə hakim əbası geyən bu şarlatanlar əmin olsunlar ki, mən bütün bunların hesabını, «bütün azərbaycanlıların prezidenti olacağam və and içirəm ki, hər bir azərbaycan vətəndaşının huquqlarını öz namusum, şərəfim kimi qoruyacağam» – deyib and içən İlham Əliyevdən soruşacam. Ancaq bu şarlatanların özləri də insan deyillərmi?  Nədi, indi biz silah götürüb yeyilən haqlarımızın haqqınımı alaq deyirsiniz?! Bu qədər dümağ yalanlar yazıb, qıpqırmızı üzəduranlıq etmənin, qapqara əməllərlə məşğul olmanın bədəli bir gün gəlməyəcəkmi düşünürsünüz? !!! İllərlə davam edən məhkəmələrdə hey sizləri pambıqla baş kəsən gördüm. Bu dünyanızı artıq xərcləmisiniz, barı o dünyanızı bir düşünün. Sizin övladlarınız yoxdurmu? Hansı haqla onlara bir belə düşmən qoub getməyi düşünə bilirsiniz.

Ali məhkəməBu  nə  anarxiyadı belə, İlham Əliyev, «çert poberi»???!!!  Bir məhkəmənin qərarını ala bilmək üçün mən niyə 10 ay gözləməliyəm ki? Qərarı da alandan sonra nədən bu dunynın hər şeyinə, bütün müqəddəsliklərə də, həyata da, yaşama da, nifrət etməliyəm?! Neçə illər orduda , ondan sonra da ölkəboyu hər yerdə, həmçinin də həbsxanalarda gördüyüm, tanıdığım, təmasda olduğum sələhiyyət sahibi etdiklərinizin tamını dələduz, dəyyus və əclaf gördüm. Addımbaşı sənin əsgərini də vətəndaşını da, «zamordavat» edib anasını ağladırlar, bilmirsən, niyə?!!  Yalnızca bir məhkəmə qərarının düz, ya da səhv, ədalətli ya da ədalətsiz olmasından söhbət getmir. Bilirsənmi bütün bu olanlar niyə olur? Çünki sən içdiyin anda da, verdiyin sözə də, Mayakovski demiş, tüpürmək belə istəmirsən. Bunu da sənin şarlatanların, dələduzların, dəyyusların çox yaxşı bilirlər. Yoxsa, onların hamısı, bircə gözü çıxan qardaşından, necə məmur olmağın və vətəndaşın anasını ağlar qoymağın bədəlinin nə olduğunun dərsini tez alardılar. Milyonların taleyi tpşırılmış bir hakim hansı cəsarətlə məhkəmə qərarına ağlına gələnləri yaza bilir? Konkret misalmı istəyirsən, buyur:

1. «Tərəflər apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.»

 Oktyabrın 30-da mən həbsxanada olmuşam, bunlar kimi və necə xəbərdar ediblər, çağır soruş. Nədi, indi mən durub küçə uşaqları kimi yalançıya söyümmü?

2. «İddiaçı iddia ərrizəsində göstərir ki, 17.05 2009-cu ildən məhz AMŞ-nin bu qərarına əsaslanan tövsiyyə məktubunu rəhbər tutmuş «Çap evi» mətbəəsi «Nota» qəzetinin çapından imtina etmişdir. Məhkəmə belə hesab edir ki, bu hal qəzetlə mətbəə arasında mülki-huquqi qaydada həll olunmalı məsələdir.»

apellyasiya mehkemesi-1apellyasiya mehkemesi-2Qəzetin çapının hansı səbəbdən dayandığını öyrənmək üçün mətbəə rəhbərliyini məhkəmədə dindirmək yetər ki, məsələnin necə olduğu öz-özünə aydınlaşsın. Bilirsinizmi, həmin mətbəənin sahibi Şahbaz Xuduoğlu mənə nə deyib qəzetin çapından imtina etdi: «Sərdar bəy, mən sənin qəzetini vursam mənə problem yaradacaqlar, onu da nəzərə al ki, mənim üç dənə bağlanmamış cinayət işim var.» Səncə, Əflatun Amaşov ona problem yarada bilərmi? Sənin hakimin də otutub mənə nağıl danışır. Bəli, bir də deyirəm ki, məhz  «MŞ-nin qara siyahısı»nı əsas gətirərək, mətbəə qəzetin çapından, firmalar isə yayımından imtina ediblər. Ümümiyyətlə, hansısa bir QHT belə ciddi sanksiyalarla müşayiət olunan «QARA SİYAHI» tərtib edib yaymaq səlahiyyətini hardan və ya kimdən alır, cənab prezident? Bu siyahıya düşmüş bütün qəzetlərin mətbəələr və yayım firmaları ilə problemi olduğunu küllən Alərbaycanın bildiyi halda, hakimlərin bunu «bilməməsi», sizi bilmirəm, şəxsən mənə təəccüblü gəlir.  

3. «Qəzet fiziki və ya hüquqi şəxs deyildir»

İndi yenəmi yalançıya söyək?  Çağır özün o hakimdən soruş ki, əgər qəzet fiziki və ya huquqi şəxs deyilsə, o zaman Ədliyyə Nəzirliyindən hansı adla qeydiyyatdan keçib. Mən bilən, ayrı adlarla qeydiyyat, sadəcə olmur. Hakimlər də bunu hamıdan yaxşı bilməlidilər. Ya da, orda oturub camaatın taleyini həll etmək onların haqqı deyil, ola bilməz.

Düşünürəm ki, bu qədəri yetər. Əflatunu bizim başımıza darğa qıla bilmək üçün, bu məhkəmələri və bu hakimləri belə günə saldırma ki, Əflatunun advokatlarına oxşasınlar. Dünyanı bilmək olmaz, zaman və fortuna hər zaman üzə gulmür. Bircə anlıq 17-18 il öncəni xatırla.  Dünən dövran sürənlərin, bu gün məhkəmədə ifadə verdiyini tarix və zaman çox görüb…

Yazının girişindəki haşiyəni elə-belə xatırlatmadım. O gün mərhim atanızın və sizin sədri olduğunuz «YAP-ın simasız quldurlar»ı (ibarə Sirus Təbrizlnindi – S.Ə.) vəzifə cinayəti törətməklə ömrümün 18 ilini yedilər. Bu gün də sənin qladiatorların, o gündən bəri yaşadığım, 10 ilimi yeməyə qalxıblar. Onda gecəylə cinayət törədib hərbi xidmətmin Attestasiyasını saxtalaşdırırlar, indi də mətbu ömrumün mş qara siyahıİlham-ƏflatunKərbəlayı-QəmloAttetasiyasına namərdcəsinə çirkab atırlar. Sən də oturub mənə nağıl danışırsan ki, «inkişaf belə getdi», «lider ölkə elə getdi», «dünyada bizim analoqumz yoxdu» və sair.

Sərdar-1-2-3-4Dəqiq əmin ol və qul-qaravaşlarına, qladiatorlarına da de ki, gec-tez bir gün o attestasiyayanı imza üçün  mənə təqdim etmək zorunda qalacaqlar. O zaman:

«MƏN HEÇ NƏ DEMİRƏM, ALLAH SİZƏ LƏNƏT ELƏSİN!!!» yazasıyam. Çünki innən belə bizim Allahdan savayı kimimiz var ki? Allahsızlar ölkəsində Allahlı olmağın nə qədər zorlu-zülümlü bir iş olduğunu sizlər çətin ki biləsiniz, özlərini «allah» bilənlər və bu «allahlar»ın qulu olanlar biməz ki bunu.         


 

3 Comments

  1. bir gun gence qubernatoru naqawidzenin yaninda iclas olur qazax qezasindan emiraslan aga bu iclasda iwtirak edir emiraslan aga cox dili aci qormaz adam imiw naqawidze dilmanci eli aga vekilovdan soruwurki bu hemin dili aci emiraslan agadir eli bey deyir beli qubernator eli beye deyirki buna satawacam eli bey deyirki etmeyin o size agir cavab verecek qubernator dilmanci ewitmir emiraslan agaya deyirki bura bag o boyda qazax qezasinda bir agilli adam yoxdurki seni gonderibler emiraslan aga deyir niye yoxdur agilli adamlari agilli adamin yanina gonderirler menide senin yanina gonderibler naqawidze deyir bu ne diliboz adamdir dilbaziler neslinin numayendesidir emiraslan aga indi qardaw allahdan cox bilmirikki biz demek bizi indiki rezim idare etmelidiryaltagin ustunde hemiwe alcaq olub

Leave a Reply

Your email address will not be published.


*