ALMANİYADAN İATİQLAL GÜNÜNƏ “ARAZBARI” SƏDALI SOVQAT !!!

PAYLAŞIN

Almaniyadakı soydaşlarımızdan Azərbaycan xalqına musiqili təbrik

Xudaferin.eu xəbər verir ki, 28 May – Respublika Günü münasibətilə Almaniyadakı soydaşlarımız tərəfindən videoçarx hazırlanıb. 
Videoçarxda Almaniyada təhsil alan və çalışan azərbaycanlı musiqiçilərdən təşkil olunmuş  “Odlar Yurdu” Orkestrinin ifasında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arazbarı” simfonik muğamı ifa edilib. Xatırladaq ki, bədii rəhbəri Fəridə Rüstəmova olan orkestr Almaniya Azərbaycanlıları Alyansının  İdarə heyətində təmsil olunan, Azərbaycanın Almaniyadakı fəxri konsulu cənab Otto Hauserin təşəbbüsi ilə və Almaniya Azərbaycanlıları Alyansının (AAA) dəstəyi ilə Ştuttqart şəhərində yaradılıb. AAD-nin İdarə Heyətinin sədri, Dr. Yaşar Musayevin fikrincə, mədəniyyətimizin Avropada təmsili və yaşamaşı ücün bu cür təşəbbüslərin çox mühüm əhəmiyyəti vardır və biz bu cür layihələri Alyans olaraq gələcəkdə də dəstəkləyəcəyik.
“Xudafərin” jurnalı həmin videoçarxı oxucularına təqdim edir.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*