ANALOQSUZ İNKİŞAF TƏRANƏLƏRİ !!!

PAYLAŞIN

Sərdar ƏLİBƏYLİ

“VƏTƏNİMİN SEYRİNƏ ÇAĞIRIRAM ELLƏRİ

CƏNNƏT GÖRMƏK İSTƏYƏN AZƏRBAYCANA GƏLSİN” !!!

 

“BAKININ DƏRDİ YOX, BAKI KEFDƏDİ,
DÜNYA CAN ÜSTÜNDƏ, CAHAN XƏSTƏDİ.
RƏNGLİ DİVARLARDA YAP-IN NİŞANI,
NƏ QƏDƏR SEVƏRMİŞ İNSAN İNSANI” !!!

Deyirəm, bəlkə biz belə təranələrlə gündəmə gəlirik deyə, dünyanın gözü götürmür bizi, hamı paxıllığımzı çəkir həə ? Nətəri dövlət qurub, nətəri sistem yaratmışıqsa, burda nə məntiq işliyir, nə proqnozlaşdırıla bilən bir sistem var, nə də qanuna-kitaba baxan. Deyilənlərə görə, dünyanın bütün kəşfiyyat orqanları məntiqsizliyin məntiqini, sistemsizliyin sistemini, ədəbsizliyin ədəbini, əxlaqsızlığın əxlaqını, ədalətsizliyin ədalətini, haqsızlığın haqqını, elmsizliyin elmini, şəfasızlığın şəfasını, qanunsuzluğun qanununu, dinsizliyin dinini, kitabsızlığn kitab(lar)ını, hətta Allahszlığın da Allah(lar)ını  yaradıb, kosmik sürətlə inkişaf edən ölkəmizə daraşıblar və bu analoqsuz inkişafın sirlərinə vaqif ola bilmək üçün gecə-gündüz bilmədən çalışırlar. Amma nafilə, bu cür məntiqi, bu cür sistemi yaratmağa və bu şərtlərdə inkaşaf edə bilməyə bizdən savayı kimsənin nə ağlı çatar, nə gücü yetər, nə də ki, savadı bəs edər. Çünki bizim ümummilli liderimiz var, onların yoxdu, bizi İlham Əliyevin analoqsuz siyasəti idarə edir, onları “kakoy to” Trampın, Merkelin, Putinin və sairin siyasəti, bizdə Artur Rəsizadə kimi strategiya dahisi var, onlarda yoxdu, bizim dünyagörüşümüzü və dialektik baxışlarımızı Ramiz Mehdiyevin fəlsəfi dühasından doğan zehniyyət formalaşdırır, onlarda hərə özünə bir filosofdu, bizim ictimai-siyasi şüurumuz Əli Həsənov fəhminin və ziyasının bəşəriyyətə hələ də məlum olmayan parlaq zərrəciklərindən qidalanır, onlar isə buna həsəd aparmaqdan savayı heç nəyə qadir deyillər, bizdə iqtisadi münasibətlər Əli Əhmədovun YAP-dan gətirdiyi icraçılıq meyarlarına əsaslanır, onlar YAP icraçılğının nə demək olduğunu heç yuxuda da görməyiblər, bizim səhiyyəmizin ana xəttini  Oktay Şirəliyevin təmiz spirt şəffaflğında apardığı dequstativ təcrübələrə söykənən normalar müəyyənləşdirir, onların səhiyyəsini isə Amaniya xəstəxanalarının rüşvət mexanizmi idarə edir, bizim təhsil sistemimizə Mikayl Cabbarovun qoruqçu sayıqlğı keşik çəkir, onlarda isə belələrinə təhsili etibar etmək ayıb sayılır, bizim dini inanclarmızı Allahşükür Paşazadənin simasındaki nurun şəfəqləri  işıqlandırır, onlar isə kələkbaz Papalarını ha dəyişillər bir şey çıxmır, bizim ruhani və ürfan dünyamız öz başlanğıcını Mübariz Qurbanlı ruhaniyyətinin sönməz ürfan qaynaqlarından götürür, onlar isə hələ də orta çağların ruhani düşüncəsini yaşadırlar, bizim Siyavuş Novruzov kimi siyasi, ictimai və sosial səhələrdə, özünün hüquq doktorluğunun tətbiqi ilə, bu sahələrin mütəmadi müayinəsini aparan və daimi müalicə yollarını kəşf edən siyasət alimimiz var, onların isə, heç Zahid Orucu da yoxdu.  Bütün bunlara eyni zamanda sahib ola bilmək üçün gərəkdir ki, ölkə həm də Heydər Əliyevin uzaqgörən siyasi kursunun iradəsinə və idarəsinə təslim tutulsun, təbii ki, bu da onlar üçün əlçatmaz, ünyetməz bir nəsnədir…  

Bu sıralamanı hələ çox uzatmaq da olar, ancaq, necə deyərlər, arif olana bir işarə də yetər. Bir də biz gərək sayıqlığımzı da itirməyək, çünki dörd bir yanımız, bizi gözü götürməyən dünyanın yerli və xarici agentləri ilə doludur və düşmənə sirr verməyin nə boyda xəyanət olduğunu kim bilməsə də, biz yaxşı bilirik .

Bir sözlə bizim həyatımızın ən xoş günlərini və ömrümüzün ən xoşbəxt çağlarını tərənnüm edən, dünyanın nəfəsini sıxıb, dişlərini qıcıyaraq  dinləyib, oxuduğu təranələrimizi  oxumaq, onların başı üçün deyil, boşuna uğraşırlar. Oysa gəlin biz öz təranələrimizi birgə oxuyaq, Beləliklə, ötən günün mediaya və sosial şəbəkələrə yansıyan seçmə təranələri ilə qarşınızdayam.  

 

Fb-NİN GÜNDƏMİNDƏN 

1 -ci mahnı:

 “DİREKTOR  MÜƏLLİMƏYƏ ƏXLAQSIZLIQ TƏKLİF EDİR”!!!

BakuNews.Az 

 
Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı…
BAKUNEWS.AZ
 ———————————————————————————————————————-
2-ci mahnı:  

“AzTv SƏDRİ MÜĞƏNNİ İLƏ KÜÇƏ UŞAĞI KİMİ DANIŞIR” !!!

https://www.youtube.com/watch?v=ibZ2JeQ7YFY

——————————————————————————————————————————
3-cü mahnı:

“BAĞÇA MÜƏLLİMƏSİ UŞAQLARI TƏPİYİN ALTINA SALIR” !!! 

Айбениз ДЖАББАРОВА 

UŞAQ BAĞÇASINDA BAŞ VERƏN VƏHŞİLİK. UŞAQLARA QARŞI QUDUZ MUNASİBƏT. BUNUN SONU OLMAYACAQ?! MƏNƏ ELƏ GƏLIR BU MÜƏLLİMLƏRİN PSİXOLOJİ DURUMU YOXLANILMALIDIR. MƏNŞƏYİ MƏLUM OLMAYAN ƏTLƏRI YEYİB , BƏZİLƏRİ QUDUZLAŞIBLAR.

https://www.facebook.com/YumurtaProduction/videos/1734205663540994/

 Просмотры: 51 263
 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*