“ARAZ BƏHANƏDİ, QARABAĞ NAĞIL …”!!!

PAYLAŞIN

“ÇƏKİB ARAMIZDAN DÜŞMƏN SƏRHƏDDİ,

YA ÜSYAN OLMALI, YA OTUZ YEDDİ … “!!!

Fb-NİN GÜNDƏMİNDƏN 

***
Səni də inəktək sağırlar, sağıl,
niyə dağılmırsan ay vətən, dağıl,
Araz bəhanədi, Qarabağ nağıl,
çəkib aramızdan düşmən sərhəddi,
ya üsyan olmalı, ya otuz yeddi.

Bu necə bayramdı, nə cəh-cəlaldı,
şər dinir, danışan ağızlar laldı,
torpağın varını sevənlər qaldı,
vətəni sevənlər qeyb oldu, getdi,
ya üsyan olmalı, ya otuz yeddi.

Bu haqqdı, bu şərdi, allaha qalıb,
bu göydü, bu yerdi, allaha qalıb,
bu yurdun hər dərdi allaha qalıb,
onun hökümləri özütək sərtdi,
ya üsyan olmalı, ya otuz yeddi.

Bu yurdun gözünün yaşı satıldı,
kərpici, divarı, daşı satıldı,
baharı satıldı, qışı satıdı,
bu necə bəladı, bu necə dərddi,
ya üsyan olmalı, ya otuz yeddi.

Kababdan çək, qızar köz qabağında,
rəqs elə, göbək at söz qabağında,
bu vətən zorlanıb göz qabağında,
igid binamusdu, qəhrəman pərtdi,
ya üsyan olmalı, ya otuz yeddi.

Küləklə sovruldu əziyyətimiz,
bir çürük qoz qədər vəsiyyətimiz,
sellər ağzındakı vəziyyətimiz.
daha da kəskindir, daha da ciddi,
ya üsyan olmalı, ya otuz yeddi.

Yetişdi zamanı şarlatanların,
böhtanlar yağdırıb, şər atanların,
gərdəyi başında şam tutanların,
qoy qırsın belini şeirimin cəddi,
ya üsyan olmalı, ya otuz yeddi.

Nə gəldi, qılıncı səyirtmək olmur,
bu ölmüş milləti ayıltmaq olmur,
daha o günlərə qayıtmaq olmur,
daha söz oyunu, davası bitdi,
ya üsyan olmalı, ya otuz yeddi.

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*