ARİF ALIŞANOVUN BAHALI MALİKANƏLƏRİ (FOTOLAR)

PAYLAŞIN

aztvAzTv-yə ayrılan pulların hara xərcləndiyi məlum oldu

Hesablama Palatasının bir neçə gün əvvəl yaydığı məlumatda audit yoxlaması nəticəsində AzTV-də maliyyə pozuntularına yol verildiyi və villa-arifdövlət vəsaitinin xərclənməsində ciddi nöqsanların aşkara çıxarıldığı qeyd olunmuşdu. Ondan əvvəl isə Satlnalmalar üzrə dövlət agentliyinin son beş ildə keçirdiyi tenderlə bağlı mediada araşdırma materialları çap edilmiş və “AzTV-yə ayrılmış milyonlar necə xərclənib” tipli suallar səslənmişdi.

villa-arif-aztvMəlum olmuşdur ki, tenderdə müəmmalı şirkətlər, o cümlədən Yeni Zellandiya, Uruqvay və s. kimi ölkələrin heç kimin tanımadığı şirkətləri villa-aztvtenderi udur və sonradan “əriyib” yoxa çıxırlar. Bütün bunlar cəmiyyətdə çoxlarını, son on ildə dövlət büdcəsindən AzTV-yə ayrılmış 660 milyon manat vəsaitin düzgün xərclənməməsi qənaətinə gətirir.

AzToday.az xəbər verir ki, AzTV-yə ayrılan pulların aqibəti bəlli deyil, bəs “pullar hara gedir” sualına cavb axtaranlar sosial şəbəkələrdə AzTV-nin sədri, ixtisasca mühasib olan A.Alışanovun Bakının mərkəzindəki malikanəsinin, həmçinin Bilgəh, Fatmayi və Xızıda olan villalarının foto şəkillərini yaymaqla cavb verirlər.

logo-1 Today.az

13 Aprel, 2016




ÇAĞDAŞ POEZİYAMIZDAN ZAMANA AYNA TUTAN NÜMUNƏLƏR

dəmir gədəbəyliDəmir GƏDƏBƏYLİ

AYI OYNADAN ADAM …

Asta oynat, usta oynat ayını,
Elə oynat, inciməsin, küsməsin!
Hirsləndimi, tutasıdır toyunu,
Ağıllı ol nəfəsini kəsməsin!

Min oynu var, bir armudun başında,
Ağac tapsa qol budağın sındırır…
Atam oğlu, bil, ayıdı qarşında,
Hirsləndimi, nə qanır, nə qandırır!

ayı

***

Ayaz Arabaçı-1Ayaz ARABAÇI

BƏLLİDİ KİM KİMƏ AFTAFA  TUTUR

Biri “spasibo” qazanır bu gün, 
Biri də havadan “bravo” tutur. 
Hamı “Uzundərə” oynaya bilmir, 
Hərəni içində bir hava tutur.
Adam, rəzalətə ad tapa bilmir, 
Ruhumuz heç nədə dad tapa bilmir, 
Kasıb bir quruca cad tapa bilmir, 
Varlı itini də plova tutur.
Yaxşı məqam düşüb, avantüristə, 
Püstə yedirdirik, biz hələ püstə, 
İndi çox kişilər çiyninin üstə, 
Tüstülü-dumanlı boş qafa tutur.
Mənəvi süqutdu coğrafi dərdlər, 
Üzüldü ürəklər, əyildi qəddlər, 
Petyanın şimaldan verdiyi vədlər, 
Milləti fəlsəfi bir lafa tutur.
Kim sayır günahkar, de kim özünü, 
Qoy gedib sağaltsın həkim özünü. 
Qırağa çəkməsin heç kim özünü, 
Bəllidi kim-kimə aftafa tutur.

Varlı-kasıb-2

 

Varlı-kasıbVarlı-kasıb-1

2 Comments

  1. ewitdiyime gore azerbaycan dovletinin prezident aparatinda iwleyenlerin ovladlarindan tutmuw nazir ovladlar komite sedirlerinin ovladlari prokuror mehkeme reis ve dider vezife sahiblerinin ovladlarindan bir dviziya yaradiblar onlar dunyanin muxtelif dovletlerinde xususi telimlere bawlayiblar qarabag alinan kimi qonacaqlar xankendine bawlayacaqlar balalar qarabagi sokmeye atalarda nece azarbaycani sokubler elede sokecekler ve hamsinada Azerbaycanin Milli Qehremani adini verecekler halal xowlari kiwiler layiqdilerde balam hamsinin nesil necabeti azerbaycan ugrunda wehid olublar bal tutan barmaq yalar kasiblarda veyil veyil gezirler axtarin gorun bir kasib balasi wehid olubmu ay kasiblar ozunuzu bu uca zirveden niye mehrum edirsiniz varlilardan vezife sahiblerinden niye numune goturmursunuz dunya gor- gotur dunyasidir

Leave a Reply

Your email address will not be published.


*