ASLAN İSMAYILOV VƏ HAFİZ HACIYEV – EYNİ MİSSİYALI FƏRQLİ ADAMLAR !!!

PAYLAŞIN

“TAYLI TAYINI TAPMASA…” !!!

Demişdim ya, “Taylı tayını tapmasa, günü ah-vaynan keçər” – deyə. Asıan İsmayılovun da aylar öncəsində Hafiz Hacıyevlə toqquşmasını və məhkəmələrdə onunla tərəf müqabili olmasını, elə bu mənada, ən bariz göstərici kimi dəyərləndirmişdim. Aslanın, Hafizlə bu günkü Ali Məhkəmə çəkişməsindən sonra, öz Fb səhifəsində paylaşdığı status (p.s. bölümündə) da, bəndənizin bu dəyərləndirməsini bir daha və də, qəti əminliklə sübuta yetirmiş oldu. Cənab İsmayılov növbəti dəfə, yana-yana bildirir ki, sən demə dövlət və hökumət ərkanının az qala tamamı, xəyanətkar və cinayətkar, rüşrətxor və korrupsionerir imiş. Prezident isə, ya onların yedəyində sürünür, ya öhdələrindən gələ bilmir, ya da gecikmiş etiraflarla öz komandasının arxasını təmizləyir. Əslində, birbaşa və dolayısı ilə, Hafiz Hacıyev də illərdən bəridir ki, eyni şeyləri təkrarlayab durur. Tək fərqləri isə ondan ibarətdir ki, Hafiz bəy prezidendə “qardaşım”, Aslan bəy isə “xilaskarım” və ya anadolular demiş, “hünkarım” deyə xitab edir. Əslində adamların məqsədləri də eynidir, hər ikisi klassik janrda yazılmlş “Prezident yaxşı oğlandı, ətrafı pisdir” mahnısını oxumaqla, azərbaycansayağı siyasət dənizində üzən gəmilərini suyun üzündə tutmağa çalışırlar… Zira, zahirən fərqli görünsələr də eyni missiyanın daşıyıcılarıdır. Hər halda, oyunçu aparsın da, amma oyun nəyin uğuruna oynanır, rəqabət nəyin üstündə gedirsə artıq … !!!

————————————————————————————-

P.S.

“… AZƏRBAYCAN ADLI ÖLKƏNİ KİM İDARƏ EDİR?!”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Aslan Ismayilov 

сейчас здесь:

 Ali Məhkəmə.

13 mart 2018

На данном изображении может находиться: 5 человек, костюм

Bu gün Ali Məhkəmə sədrlik edən Əli Seyfəliyev və hakimlər Rahib Nəbizadə, Azər Hüseynov Hafiz Hacıyevin (balıq hafiz) şikayəti əsasında haqqımda qaldırılmış cinayət işi üzrə çıxarılmış ittihamedici hökmü qüvvədə saxladı. Beləliklə də, Azərbaycan hakimiyyəti növbəti dəfə göstərdi ki, bunlara Aslan İsmayılov kimi yox, Hafiz Hacıyev kimi vətəndaşlar lazımdır. Çıxışımda da bu fikirləri bildirib dedim ki, əgər belə olmasaydı Aslan İsmayılov bu ölkədə 3 dəfə məhkum olunmuş, işsiz, ölkədən çıxışına qadağa qoyulmuş, Hafiz Hacıyev isə Prezidentliyə namizəd, zəngin birisi olmazdı. Ancaq bu hakimiyyət dövründə Hafiz Hacıyev Prezidentin köməkçisi Əli Həsənov və Ədliyyə naziri Fikrət Məmmədovun göstərişi ilə Aslan İsmayılovu küçə söyüşləri ilə söyüb, Vətənə xəyanətdə ittiham edib cəzasız qalmaz, Aslan İsmayılov isə heç vaxt üzə-üzə gəlmədiyi, təmasda olmadığı şəxsi atdığı addımlara görə, insanlar arasında nifrət obyekti olduğuna görə ancaq “canlı” adlandırdığına görə məhkum olunmazdı. Ən dəhşətlisi də odur ki, illər əvvəl səsləndirdiyim tənqidi fikirlərə görə mən 3 dəfə qanunsuz olaraq məhkum olunsam da, bu gün həmin fikirlərin demək olar ki, hamısını son vaxtlar Azərbaycan Respublikası Prezidenti öz çıxışlarında və atdığı addımlarında (şəhid ailələrinə müavinətlərin ödənilməsi, minimal əmək haqlarının qaldırılması, dollarla olan kredit problemlərinin hissəvi həll edilməsi, məhkəmələrdə ciddi islahatlara ehtiyacın olması və s.) etiraf edir və aradan qaldırılması üçün müvafiq addımlar atır.

İndi gəl başa düş ki, Azərbaycan adlı ölkəni kim idarə edir?!

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*