ATAMA MƏKTUB: “… TA O ZAMANACAN GƏL Kİ, BİR GÜN MƏN ÖZÜM SİZƏ GƏLİNCƏ…”

PAYLAŞIN

“DARA ÇƏKİR SƏNSİZ KEÇƏN İL MƏNİ,

İLLƏRİNƏ QURBAN OLUM, AY ATA” !!!

DÜZ 9 İL NEÇƏ SAAT  BUNDAN ÖNCƏYDİ, SƏN SON NƏFƏSİNİ VERİB, HƏYATA GÖZLƏRİNİ ƏBƏDİ YUMARAQ HAQQIN DƏRGAHINA VARİS OLANDA…

ELƏ BİL HƏR ŞEY DÜNƏN OLUB, HƏMİN ANLARDA İÇİMİ SARAN O BOŞLUĞU İNDİ DƏ HİSS EDİRƏM VƏ HEÇ DOLMADI O BOŞLUQ, GÜMAN Kİ, DOLASI DA DEYİL. O BOYDASINA BİR ÖMÜR YETMİYƏCƏYİNİ BİLİRƏM. DÜNYANIN FANİLİYİNƏ ACIYIB, HƏYATDAN KÜSDÜYÜM O GÜNLƏRİN ACILARI HEÇ TƏRK ETMƏDİ MƏNİ. RUHUNU RUHUMDA YAŞATMAĞA ÇALIŞDIM… VƏ TƏK TƏSƏLLİM DƏ BU OLDU. ARTIQ NƏ QƏDƏR BACARDIMSA, BİLMİRƏM…

SƏNSİZLİKDƏ SƏNİ AXTRMAĞIN MƏNASIZ OLDUĞUNU ANLIYA-ANLIYA, HƏR TİNDƏN ÖTƏNDƏ, HƏR DÖNGƏDƏN KEÇƏNDƏ, HƏR DƏFƏ ATA OCAĞININ QAPSINDAN GİRƏNDƏ QARŞIMA ÇIXACAĞINI DÜŞÜNDÜM, BƏLKƏ DƏ ÇOX, LAP ÇOX İSTƏDİM BUNU, ONA GÖRƏ…

 

 

AMA SƏN YUXULARIMA GƏLDİN. YUXUDA DA ÖLÜM-İTİM BİLİNMƏZ Kİ… VƏ İNDİ DÜŞÜNÜRƏM Kİ, SƏNDƏN SONRAKI ÖMRÜM ELƏ O YUXULARDAN İBARƏT OLUB, QALAN NƏ VARSA, HAMISI BU FANİ DÜNYANIN KƏLƏKLƏRİ, YETİM BİR OĞLANIN İÇ DÜNYASININ, BƏZƏN GERÇƏKLİKLƏRƏ HEÇ UYUŞMAYAN ÇIRPINTILARINDAN SAVAYI BİR ŞEY DEYİL…

ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN BÖYÜK KİŞİ, AMA RUHUMLA DOLAŞAN RUHUNA AND VERİRƏM, YUXULARIMA GƏLMƏYİ UNUTMA NOOLUR, YAŞAMAQ İSTİYİRƏM HƏLƏ, ONA GÖRƏ. BU DÜNYANIN ÇİRKİN OYUNLARINDAN, ÇİRKLİ YAŞAMINDAN UZAQDA, TƏRTƏMİZ, QAYĞISIZ VƏ BİR AZ DA RAHAT YAŞAMAQ. SƏNİNLƏ İNDİ ANCAQ O YUXULAR BİRLƏŞDİRİR MƏNİ, SƏNSİZLİYİ UNUTMAĞIN, UNUDA BİLMƏNİN TƏK MƏKANIDI O YUXULAR, HƏLƏ DEYƏCƏKLƏRİM, ANLADACAQLARM ÇOX ŞEYLƏR VAR, SƏN DƏ YƏQİN MƏNİ DANLAMAQ ÜÇÜN, ARADA DA XƏLVƏTCƏ BƏZİ SİRR SÖZLƏRİNİ QULAĞIMA PIÇILDAMAQ ÜÇÜN DARIXIBSAN, GÖR NEÇƏ MÜDDƏTDİ GÖRÜŞMƏYƏLİ. GƏL, MÜTLƏQ GƏL, SƏNSİZ YUXULARIM DA DAHA MARAQLI DEYİL, GƏL Kİ, YOLLARI YADIRĞAMAYAQ, TA O ZAMANACAN GƏL Kİ, BİR GÜN MƏN ÖZÜM SİZƏ GƏLİNCƏ…

HƏ, BU ARADA BİR XAHİŞİM DƏ VAR, MƏN GƏLİNCƏ ANAMI DARIXMAĞA QOYMA, SƏNİ BİLİRƏM MƏN, ONU TEZ-TEZ TƏK QOYUB, GƏZİB-TOZMAQ ŞAKƏRİN VAR. AMA MƏN GƏLİNCƏ DÖZ, LAP AZ QALDI, GƏLİNCƏ İKİMİZ DƏ RAHATLARIQ VƏ KÖHNƏ ŞAKƏRİNƏ DÖNƏRSƏN, BUNU SƏNƏ YASAQ ETMƏSİN DEYƏ, ANAMDAN XAHİŞ EDƏCƏM, SÖZ …

SONSUZ SEVGİ VƏ SAYĞILARLA:

SƏRDAR 

14 OKTYABR 2019.

 484 total views, 2 views today

PAYLAŞ

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*