AXH “AZERFREEDOM”UN BAĞLANMASINA ETİRAZ EDİR

PAYLAŞIN

“Azerfreedom TV”-nin Azərbaycanda Milli Davanın və Demokratiyanın bərpası uğrunda birgə mübarizənin əsas aparıcı tribunası  olaraq yoluna davam edəcəyinə inanırıq”

“Azerfreedom TV”-nin bağlanmasına etiraz edən

Azərbaycan Xalq Hərəkatı bəyanat qəbul etmişdir.

Bəyanatda deyilir:

 

 

“Azərbaycan Xalq Hərəkatının Təşkilat komitəsi “Azerfreedom” internet televiziyasının növbəti dəfə şikayət olunaraq bağlanmasına etiraz edir və dəfələrlə təkrar olunan bu aksiyanı qətiyyətlə pisləyir.

AXH, bu şikayətlərin,  Azərbaycan hakimiyyətinin bəlli qrup və şəxsləri tərəfindən təşkil olundiğunu bildirir,  belə kəmfürsət addımları şiddətlə qınayır. AXH, şikayətçi rolunda çıxış edən “sapı özümüzdən olan baltalar”a da müraciət edərək, Media mənsublarını, azad Mediyaya qarşı mübarizə aparmamağa və  irticaçı rejimin əlində alət olmamağa çağırır.

AXH, “Azerfreedom” televiziyası və onun rəhbəri Qurban Məmmədovun fəaliyyətə başladığı gündən bəri, Azərbaycanda milli oyanışa və siyasi maarifləndirməyə  xidmət etməsini,  xalqın irticaçı rejimə qarşı mübarizəyə səfərbər olunması yönündə göstərdiyi xidmətləri təqdir edir. AXH, “Azerfreedom TV”-nin  tezliklə fəaliyyətini bərpa edərək, Azərbaycanda Milli Davanın və  Demokratiyanın bərpası uğrunda birgə mübarizənin əsas aparıcı tribunası  olaraq yoluna davam edəcəyinə inandığını   bəyan edir.

AXH Təşkilat Komitəsi

10 mart 2020-ci il                                                                                                       Bakı Şəhəri “

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*