AXH BƏYAN EDİR !!!

PAYLAŞIN

“Azərbaycan Xalq Hərəkatına qarşı törədilən qanunsuz hərəkətləri qətiyyətlə pisləyir, qarşıdurmalara aparan hallara görə siyasi hakimiyyətin məsuliyyət daşıdığını bir daha bəyan edirik.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Azərbaycan Xalq Hərəkatının

B Ə Y A N A T I

3 mart 2019-cu il tarixdə Azərbaycan Xalq Hərəkatının Masallı rayonunda təsis toplantısı keçirilmişdir. Yeni yaranan bu təşkilata YAP hakimiyyətinin düşmən münasibətini, toplantıya yer ayırmayacağını nəzərə alan təşkilatçılar təsis iclasını təəssübkeşlərdən birinin evində keçirməyə məcbur olmuşdur. Xalq Hərəkatının Masallı rayon şöbəsi təsis edildikdən, təşkilati məsələlər həll edildikdən sonra rayon polis idarəsinin mülki geyimli əməkdaşları təsis toplantısı keçirilən şəxsi evə hücum çəkmişdir. Bu zaman ilk növbədə jurnalistlərə qarşı zor tətbiq edilmiş, qollarını buraraq aparatları əllərindən alınmış onlara ağır bədən xəsarətləri yetirilmişdir. Bu qanunsuz, cinayət xarakterli əməliyyata rayon polis idarəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov rəhbərlik etmişdir. Azərbaycan Respublikasının “Polis haqqında” qanununa zidd, polis adına ləkə gətirən bu hücum əməliyyatında H.Əmiraslanovla birlikdə onun müavini Polad adlı şəxs, eləcə də, digər əməkdaşlar xüsusi canfəşanlıq göstərmişlər.

H.Əmiraslanov törətdiyi bu özbaşınalıqla kifayətlənməmiş, mülki vətəndaşları, hətta, azyaşlı uşaqları da, bu rüsvayçı əməliyyata cəlb etmiş, onların müşayəti ilə çoxlu sayda mülki şəxslər, azyaşlı uşaqlar maşınlara hücum edərək müxtəlif əşyalar atmış, maşınları ciddi zədələmişlər. Polis rəisi H.Əmiraslanovun qanunsuz hücumu şok vəziyət yaratmış, nəticədə ev sahibinin həyat yoldaşının, gəlininin səhhətində ciddi problemlər yaşanmış, ciddi cəhdlə onları həyata qaytarmaq mümkün olmuşdur. Ev sahibi zorla maşınına basılıb polis şöbəsinə aparılmış, ona qarşı zor tətbiq edilmişdir. Eləcə də, jurnalist G.Qənbərli polis idarəsinnə qanunsuz aparılmış, uzun müddət incidilmişdir. Azərbaycan Xalq Hərəkatı dərin narahatlıq hissi ilə bildirir ki, YAP hakimiyyətinin idarəçilikdə yanlış addımları, polis qüvvələrindən siyasi məqsədləri üçün istifadə etməsi, sünü qarşıdırmalar yaratması, vətəndaşların konstitusion hüquq və azadlıqlarına düşmən münasibət bəsləməsi yolverilməzdir və beynəlxalq təşkilatlar, Azərbaycanda fəaliyyət göstərən səfirliklər, nümayəndəliklər buna xüsusi diqqət ayırmalıdır.

Biz, Masallı rayonunda, eləcə də digər rayonlarda insan hüquq və azadlıqlarının kütləvi pozulmasını, Azərbaycan Xalq Hərəkatına qarşı törədilən qanunsuz hərəkətləri qətiyyətlə pisləyir, belə əməllərə hüquqi qiymət verilməsini qarşısına məqsəd qoymaqla, qarşıdurmalara aparan hallara görə siyasi hakimiyyətin məsuliyyət daşıdığını bir daha bəyan edirik.

Azərbaycan Xalq Hərəkatının İdarə Heyəti.

04.03.2019

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*