“AXH HƏR İKİ ÖLKƏNİN VƏTƏNDAŞLARINI SİYASİ YETKİNLİLƏ, AYIQ-SAYIQ DAVRANMAĞA ÇAĞIRIR” !!!

PAYLAŞIN

“SONUNADƏK PROSESİN TƏQİBÇİSİ OLACAĞMIZI, GƏRƏKƏN BÜTÜN ADDIMLARI ATACAĞIMIZI BƏYAN EDİRİK” !!!

Tanınmış iş adamı Mübariz Mənsumovun Türkiyə Cumhuriyyətində həbs olunmasına etiraz edən

AZƏRBAYCAN  XALQ  HƏRƏKATININ 

B Ə Y A N A T I

Azərbaycan Xalq Hərəkatı, Türkiyə Cümhuriyyətində, tanınmış iş adamı,  soydaşımız Mübariz Mənsumovun həbs olunmasından  narahatlığını ifadə edir. Azərbaycanda və Türkiyədə bilərəkdən yaradılan ajiotajı,  yaranmış vəziyyətdən sui-istifadə  edərək aparılan çirkin kampaniyanı qətiyyətlə pisləyir.

Mübariz Mənsumovun həbsini Türkiyə və Azərbaycan arasındakı dövlətlərarası münasibətlərin gərginləşdirilməsi üçün girəvə hesab edənlərin fəallaşması aydın şəkildə görünür. AXH, bu  meyllərin millətimizin və dövlətlərimizin strateji maraqları ilə daban-dabana ziddiyyət təşkil etdiyini, Türkiyə və Azərbaycan arasında  münasibətlərə zərbə vurduğunu bəyan edir. AXH, hər iki ölkə vətəndaşlarını bu məsələdə siyasi yetginliklə,  ayıq- sayıq davranmağa çağırır.

Azərbaycan hakimiyyəti təmsilçilərinin bu həbsdə nə qədər maraqlı və iştirakçı olduqları  haqqındakı məlumatlar kifayət qədərdir. Yaranmış durumdan Azərbaycanın, Türkiyənin və Türk düşmənlərinin dəyirmanına su tökmək misalı hərəkətlər yolverilməzdir. AXH, sonadək prosesin təqibçisi olacağını,  gərəkən bütün addımları atacağını bəyan edir.  

AXH, bir daha bəyan edir: -Türkiyə Cümhuriyyəti dövlətinin məhkəmə və yarqı sisteminin vasitəsi ilə   Türk ədalətinin  öz sözünü deyəcəyinə inamımız tamdır!

AXH Təşkilat Komitəsi

16 mart 2020-ci il                                                                     Bakı Şəhəri

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*