“AXH-NİN YARANMASI CƏMİYYƏTİN SİFARİŞİDİR”!!!

PAYLAŞIN

“BU İQTİDARI DƏYİŞMƏK ÜÇÜN BİZ BİRLƏŞMƏLİYİK” !!!

Fuad ƏLİYEV:

“Azərbaycanda müxalifətdə olan ikinci bir partiya yoxdur ki, ALDP kimi xarici əlaqələrə sahib olsun.”

——————————————————————————–

Bu günlərdə yaranmasının 20 illiyini qeyd edən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevlə söhbət zamanı, onunla birgə ötən 20 ilə nəzər salmağa çalışdıq və eyni zamanda da, məmləkətimizin sabahına boylanıb, “ölkəmizi, dövlətimizi və xalqımızı yaxın gələəcəkdə nələr gözləyir”, həmçinin, Fuad bəyin də İdarə Heyətində təmsil olunduğu   AXH-dən nələri gözləmək olar”sualına cavab tapmaq cəhdində bulunduq. Nə alındısa artıq, orasına qiymət vermək oxucuların və cəmiyyətin işidi….

Beləliklə həmsöhbətimiz ALDP sədri Fuad Əliyevdir.

——————————————————————————–

– Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) 20 illiyini qeyd etdi. 20 ili arxada qoyan ALDP gələcəyə nə ilə gedir?

– 20 il ərzində ALDP çoxlu nailiyətlərə imza atıb. Bu illər ərzində partiya daim inkişaf edib və irəli gedib. Son 7-8 il ərzində keçirilən tədbirlər, beynəlxalq tədbirlərdə iştrak və partiyada yenillənmə, təşkilatlanma prosesinin getməsi buna sübut kimi göstətmək olar. Biz qazandığımız nailiyyətlərlə gələcəyə gedirik və gələcəyə böyük ümidlə baxırıq. ALDP bu illər ərzində Azərbaycanın siyasi arenasında mövqeyi və qərarlılığı ilə seçilən bir partiyadır.

– ALDP yarandığı ilkin dönəmlərdə daha çox  müstəqil fəaliyyətə üstünlük verirdi. Amma son 10 ildə partiyanın adı müxtəlif birliklərdə hallanır. Bunu nə ilə izah etmək olar?

– 20 il bundan qabaq Azərbaycanda tamam başqa bir situasiya var idi. ALDP formalaşan vaxtda cəmi 4-5 partiya mövcud idi, hansılar ki, tək başına hakimiyyəti formalaşdıra bilərdilər. Misal üçün AMİP.  ALDP isə iki il ərzində tam formalaşdı və onun lideri Zakir Məmmədovun yorulmaz fəaliyyəti iıə həmin 4-5 partiyanın sıralarına qatıldı. 2000-ci ilin sonunda Bakıda baş verən güclü zəlzələnin nəticəsində Zakir Məmmədov faciəvi şəkildə həlak oldu. Bu faciədən sonra ALDP 2001-ci ildən etibarən  yenidən təşkilatlanma işlərinə başladı. Birinci, biz beynəlxalq əlaqələri gurduq, sonra daxili əlaqələri gücləndirdik, rayon təşkilatlarının fəaliyyətini bərpa etdik, yenilərini yartdıq. Vaxt getdikcə, Azərbaycanda demokratikləşmə prosesi qabağa getmək əvəzinə, sürətlə geriləməyə başladı. İqtidar müxalifətdə olan partiya üzvlərinə qarşı repressiyalar, qeyri-qanuni həbslər, təzyiqlər və s. kimi addımlar atdı ki, bu da vətəndaşlarda müəyyən qədər qorxu hissi yaratdı. Vətəndaşlar partiyalara üzv olmaqdan çəkinirdilər, üzv olanların bəziləri isə üzvlükdən çıxırdılar. İkinci bir tərəfdən müxalifətdaxili çəkişmələr də bu prosesi sürətləndirdi. Artıq vətəndaşlar tərəfindən müxalif partiyaların bəzilərinə inamsızlıq yaranmağa başladı. Ona görə biz həmin vəziyyəti qiymətləndirərək müxalifətin birliklərində iştrak etməyə qərar verdik. Hesab edirəm ki, bugünkü vəziyyətdə heç bir partiyanın tək başına hakimiyyətə gəlmək şansı yoxdur. Bu iqtidarı dəyişmək üçün biz birləşməliyik. İndi bu  yeganə doğru yoldur – birlik yolu. Biz həmişə birlik tərəfdarı olmuşuq və hakimiyyətə də demokratik yolla gəlmək prinsipini üstün tuturuq. Yuxarıda sadaladığım süni maneələrlə bərabər çeşidli obyektiv və subyeltiv səbəblərdən yana, bir çox partiyalarda parçalanma halları müşahidə edildi, bir neçəsi siyasi fəaliyyətini dayandırdı, bəziləri kənara çəkilib siyasi prosesləri izləməyə başladılar, bəziləri isə, ümumiyyətlə, partiyalarını buraxdılar və s. Amma ALDP ayaq üstə durmağı bacardı və həm daxildə güclü formada təşkilatlandı, həm də xarici əlaqələrini möhkəmləndirdi. Azərbaycanda müxalifətdə olan ikinci bir partiya yoxdur ki, ALDP kimi xarici əlaqələrə sahib olsun.

– Azərbaycan Xalq Hərəkatı hansı zərurətdən və ya hansı zəmində yaranıb?

– Vətəndaşlar ağır sosial problemlərlə üz-üzə qalıblar, işsizlik, maaşların və pensiyaların az olması kimi problemlər iqtidardan narazı olanların sayını ildrım sürətilə coxaldıb və bu proses indinin özündə də daha sürətli formada davam edir. Bu Hərəkatı yaradanlar təkçə partiya üzvləri deyil, əksəriyyəti keçmiş döyüşçülər, Qarabağ qaziləri, heç bir partiyanın üzvü olmayanlardır. AXH-nin yaranması cəmiyyətin sifarişidır.

– Amma AXH İdarə Heyəti partiya sədrlərdən ibatətdir.

– Yox niyə ki… İdarə Heyətində sabiq istiqlalçı deputatlar, Qarabağ qaziləri və keçimş döyüşçülər də var. Sadəcə partiya sədrləri orda fərdi şəkildə iştrak edir və hamı ilə bərabər statusa malikdirlər. Bundan başqa AXH İdarə Heyəti 18 nəfərdən ibarətdi, buna baxmayaraq iclaslarda İdarə Heyətinə üzv olmayanlar da iştrak edir və öz fikirlərini deyə bilirlər. Hesab edirəm ki, bu çox yaxşı haldır.

– AXH mitiniq keçirəcək?

– AXH indi təşkilatlanma mərhəlisindədir. Hərəkat tam formalaşandan sonra yəqin ki, mitinqin keçirilməsi də müzakirə olunacaq. Hələ ki, bu muzakirə predmeti deyil.

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*