AXH QƏTİYYƏTLƏ ETİRAZ EDİR !!!

PAYLAŞIN

“Qurban Məmmədova və ailə üzvlərinə  məxsus olan mülklər, onlara aid əmlaklar yağmalanmış, içtimaiyyətin və jurnalistlərin gözü qarşısında amansız vandalizim hərəkətlərinə yol verilmişdir.”!!!

Azərbaycan Xalq Hərəkatının Bəyanatı

Azərbaycan hakimiyyətinin öz siyasi rəqiblərinə, müxalifətə qarşı qanunsuz hərəkətləri davam edir.

Növbəti belə qanunsuzluq hərəkatı Azərbaycan Xalq Hərəkatının təşkilatçılarından biri, 2018-ci ildən İngiltərədə siyasi sığınacaq alaraq oradan, “YouTube” üzərindən yayımlanan “AzerFreedom Tv”–nin aparıcısı kimi rejimə qarşı mübarizəsini davam etdirən Məmmədov Qurban Cəlal oğluna və ailə üzvlərinə, azyaşlı qız nəvələrinə qarşı törədilmişdir.

05 Sentyabr 2020-ci ildə, Bakı şəhəri,  Nərimanov rayonu ərazisində, yerləşən mülklər Q.C.Məmmədova və ailə üzvlərinə (qızları: Məmmədova Günel Qurban qızı, Haqverdiyeva Turan Qurban qızı və oğlu Məmmədov Elnur Qurban oğlu) məxsus olan mülklər, Bakı şəhəri,  Nərimanov rayonu İcra Hakimiyyətinin iştirakı və təşkilatçılığı  ilə, hec bir qanuni əsası olmadan, məhkəmə qərarı təqdim edilmədən, vəhşicəsinə dağıdılmış, onlara məxsus əmlaklar yağmalanmış, içtimaiyyətin və jurnalistlərin gözü qarşısında amansız vandalizim hərəkətlərinə yol verilmişdir.

Azərbaycan Xalq Hərəkatı,  Baş vermiş bu özbaşnalığı və hakimiyyətin “başqasının qanuni əmlakını məhv etmək”lə ifadə olunan bu ağır cinayət əməlini qətiyyətlə pisləyir iqtidarın qanunsuz əmmələrinə, insan və vətəndaş hüquqlarının amansızlıqla pozulmasına qətiyyətlə etiraz edir.

Azərbaycan Xalq Hərəkatı,  Azərbaycanda təmsil olunan Beynəlxalq təşkilatların, BMT-nin Bakı nümayəndəliyinin,  Diplomatik korpusların diqqətini bu qansuzluğa cəlb edir və onlardan bu qanunsuzluq barədə öz dövlətlərinin rəhbərliklərini məlumatlandırmağı, eləcə də  bu hərəkətlərin yol verilməzliyini Azərbaycan Hakimiyyətinin diqqətinə çatdırmağı xahiş edir.

Azərbaycan Xalq Hərəkatının təşkilat komitəsinin, BMT-nin insan hüquqlarının kommisarlığından, BMT-nin Bakı təmsilçiliyindən, ABŞ-ın Azərbaycandakı səfirliyindən xahiş edirik ki, Q.Məmmədovun ailə üzvləri:  Məmmədova Günel Qurban qızı, Haqverdiyeva Turan Qurban qızı və oğlu Məmmədov Elnur Qurban oğlunun, onların ailə uzvlərinin şəxsi həyatlarına real təhlükə yarandığını nəzərə alaraq, onların dərhal BMT-nin himayəsi altında Azərbaycandan çıxarılmasını və onların özlərinin seçəcəyi xarici ölkələrin birinə yerləşməsini təmin etsinlər. 

Azərbaycan Hakimiyyətinin öz daxilində baş verən və artan xəttlə inkişaf edən, qarşıdurmaların fonunda müxalifət nümayəndələrinə, ictimai–siyasi xadimlərə bu cür divan tutulması, vətəndaş haqlarına qanunsuz və məhkəmə qərarıları olmadan müdaxilələr yol verilməzdir. Azərbaycan iqtidarı,  indiki həssas zamanda cəmiyyəti daxili gərginliyə və qarşıdurmaya sürükləyə biləcək addımlardan çəkinməlidir. İqtidar Azərbaycanın hazırkı  ağır zamanda, öz strateji hədəflərinə döğru yürüməyinə mane olan bu vandal hərəkətlərdən  çəkinməlidir.  Vətəndaş həmrəyliyinə ehtiyac duyulan  bu günlərdə, indi  törədilənlər, cəmiyyət daxili qarşıdurmaların böyüməsinə,  ümumi düşmənə qarşı yekdil mübarizə aparmağa mane olur.

Azərbaycan Xalq Hərəkatı, bir daha, Azərbaycan Hakimiyyətini, insan haqqlarına sayğılı davranmağa, getdikcə kütləvi hal alan, ağır nəticələr verə biləcək qanun pozuntularına, dövləti cinayət kimin dəyərləndirilən vandalizim aktlarına son qoymağa casğırır.    

Bakı ş.                                                                         05 Sentyabr 2020-ci il 

1 Comment

  1. Alcaqligin,azqinligin,vicdansizligin,hedsizliyin,ozbasoialigin,harinlamisligin pik noktesi catdi artiq.Orasi cox yuksek,oradan dusmek olumcul olacak.Yeter.

Leave a Reply

Your email address will not be published.


*