“AXMAQ SULARIN, ƏZAB ÇƏKMƏK İNSANIN VAR OLMA SƏBƏBİDİR”!!!

PAYLAŞIN

“Axmağı sulara durulması üçün, əzabı insana sevincini doya-doya yaşaması üçün verdim.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN 

BU GECƏ TANRI DER Kİ:

1. Yer üzündə olan bütün adamlar mənim üçün tək bir adam, meşədə boy verən bütün ağaclar tək bir ağacdır.

2. Mən insanı insandan, ağacı ağacdan seçmədim, ayırmadım.

3. Suda üzən balıqlar göydə uçan quşların, göydə dolanan bulutlar yerdə olan suların əksi, kölgəsidir.

4. Sular axa-axa durular, insan əzab çəkə-çəkə.

5. Axmaq çayların, əzab çəkmək insanın var olma səbəbir.

6. Axmağı sulara durulması üçün, əzabı insana sevincini doya-doya yaşaması üçün verdim.

7. İnsan heç kimdən heç nə ummadan axan su kimi olmalıdır.

8. Qayaları önündəki düzlərə, ağacları quşlara yaddaş olaraq yaratdım.

9. Düzlər söykəndikləri qayaları, quşlar qonduqları ağacları unutmaz heç vaxt!

Gecələrimizi aydınlat, gündüzlərimizə qut ver, uca Tanrı!

“TANRI” kitabından 9-uncu aydınlatma

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*