“AY QOCA … KİMDİ SƏNİ BU QAPLDAN BURAXAN”!!!

PAYLAŞIN

Bu bazarda nə işi var lütlərin,

Yeri deyil “maymaqlarin, kütlərin”,

Qullugunda durammasan bütlərin,

Kimdi səni bu qapıdan buraxan?

Fb-NİN ARXİVİNDƏN

ZƏLİMXAN YAQUB OLDUĞU KİMİ !!!!!!!!!!!!!!!!!

 

Bir nazirliyin qapısında gozunun yaşını yagıs kimi yağdiran qoca bir kişi gördüm. Şikayəti Allahın yanına cıxsa da, yuxarıda oturana çatmırdı:

Bu qapıdan yollar gedir, ay qoca,

Sud arxından qollar gedir, ay qoca,

Zəri daşır, pullar gedir, ay qoca,

Kimdi səni bu qapıdan buraxan?

 

Bu bazarda nə işi var lütlərin,

Yeri deyil “maymaqlarin, kütlərin”,

Qullugunda durammasan bütlərin,

Kimdi səni bu qapıdan buraxan?

Bu qapının gədələri bəylənər,

Kisiləri harinlaşar, səylənər,

Gündə burda necə karvan əylənər,

Kimdi səni bu qapıdan buraxan?

Nə olsun ki, qəlbin qəmdən oyuqdu,

Nə olsun ki, bəxtin batan qayıqdı,

Görmursənmi, mərmər buzdan soyuqdu,

Kimdi səni bu qapıdan buraxan?

Sünbül elə dəndən kecir dərdini,

Tanriya bax, günden kecir dərdini,

Bura gəlmə, genden kecir dərdini,

Kimdi səni bu qapıdan buraxan?

Düyməsi var, tilsimi var, zəngi var,

Bir deyil ki, yetmis yeddi rəngi var,

Talelərlə qovgasi var, cəngi var,

Kimdi səni bu qapıdan buraxan?

Aclar gəlib, acları da gedən var,

Dag əridən, das üyüdən bədən var,

Cangüdənin özunu də güdən var,

Kimdi səni bu qapıdan buraxan?

Pusqular var, pusduran var, pusan var,

Qan axıdan, qusduran var, qusan var,

Qorxusundan ömru boyu susan var,

Kimdi səni bu qapıdan buraxan?

Silahi var, polisi var, postu var,

Rüsvət adli bir can ciyər dostu var,

Bu qapının bu millətə qəsdi var,

Kimdi səni bu qapıdan buraxan?

Get özünə ayrı iş tap, ay qoca,

Ayrı dil tap, ayri diş tap, ay qoca,

Xacpərəst ol, bir keşiş tap, ay qoca,

Kimdi səni bu qapıdan buraxan?

Zəlimxan YAQUB

На изображении может находиться: 1 человек
Etibar Qerib, Кенуль Рафик Кызы и ещё 80
Комментарии: 11
Поделились: 45
Sarayin daş qəlbindən bezən şair…Butun mədhiyyələrini vurub heç edir bu hayqirtin…Allah sənə rəhmət eləsin.
Zor gelir senin gibi bir şair insan ay zelimxan allah sana rahmet eylesin nur içinde yat
Allah rəhmət eləsin ŞAİR
Azərbaycan xalqı nə qədər varsa, Zəlimxan Yaqub da bu xalqın dilində, sözündə, ürəyində yaşayacaq.
Allah rehmet elesin
ALLAH REHMET ELESIN. BUNU LAP YERINDE DIYIB.
Dahı ınsan ıdı allah rehmet elesın
Allah rehmet elesin.Ne gozel yazmisan,coxlarinin dile getire bilmediklerini yazmisan.
Allax rehmet elesin. Nur icinde yat
Allahdan rəhmət diləyirik.
Şəmsəddin Cami
Allah rehmet elesin. Ancaq oqru rejimi destekleyirdi.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*