AYDIN ŞÜKÜR: “HAMI SEÇKİLƏRƏ …” !!!

PAYLAŞIN

“… bu iyrənc anti-azərbaycan sistemə, hər seçkidə bir zərbə vura-vura, rejimin axırına çıxmalıyıq.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Tariximizin SEÇKİ fəsadları və bu günümüz, qısa olaraq :

Azərbaycanda seçici fəallığı da, az-çox demokratik olan ilk parlament seçkisi də 1990-cı ilin 30 sentyabrında başlayıb. 360 dairə üzrə seçkilər keçirilib. Bu dairələrin yarıdan çoxunda 2-ci tur seçkiləri olub. Seçkilərin 2-ci turu 14 oktyabrda baş tutub. Ali Sovetin tərkibi 1990-cı ilin dekabrında formalaşsa da, yeni parlamentin ilk iclası yalnız 1991-ci il fevralın 5-də açıldı və üç rəngli bayrağımız Ali Sovetin binasına gətirilərək dövlət bayrağı kimi təsdiq olundu. “Demokratik Blok” adlı parlament fraksiyası yaranıb və bu fraksiya, Azərbaycanın müstəqilliyini elan edib, müstəqillik haqqında konstitusiya aktı qəbul edib. Bütün bu uğurlar, Azərbaycan Xalq Cəbhəsinin, Azərbaycan xalqını təşkilatlandırmağı sayəsində baş verib.
Bu gerçək tariximizdir…

Lakin, o dönəmdən xalq üçün çox ziyanlı bir ənənə-anlayış formalaşdırıblar və bu anlayış indi də davam etməkdədir. Seçiciyə bu anlayışı formalaşdıran, o vaxtkı kommunistlər, indi də hakimiyyətdə olanlar oldu və öz ənənələrini davam etməkdədirlər.

O vaxt, artıq xalqın gözündən düşən,xalq qarşısında güvənini itirən,xalqa, satqın, ermənipərəst mövqe tutan,xəyanətkar kimi təsir bağışlayan,yalanları tükənmiş kommunist hakimiyyətinin, bütün ümidləri itirsə də, əllərində xalqdan oğurladıqları külli sərvətlər mövcud idi.

1990-cı il seçkilərini xatırlayanlar bilir. Hakimiyyətin kommunistlərdən olan deputatlığa namizədləri, Azərbaycan xalqını növbəti dəfə yeni yalanla aldatmaq üçün, seçiciyə “canıyananlıq” formatında “seçki təbliğatı”na start verdilər. Oğurladıqları pullardan “səxavət” göstərməyə başladılar və “deputat belə olmalıdır” yarışına çıxdılar. Əsas da, əhalinin sıx olduğu yerlərdə, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əlibayramlı və başqa şəhər mərkəzlərində.

Xırda-para küçələrdə asfalt salmaq, bir-iki yerə ən kiçik ölçü olan 15-lik boru ilə su və qaz çəkmək,primitiv proyektlərlə xeyir-şər yerləri tikdirmək, ac-yalavac seçicilərə qəpik-quruş paylamaq və sair işlər görürdülər. Bununla da,kommunistlər ən təhlükəli oyunlarını oynayıb “deputat necə olmalıdır” yanlış və ziyanlı ənənəsini düşməncəsinə Azərbaycan xalqına-seçicisinə sırıdılar və Azərbaycan seçicisin əksəriyyətinin təfəkküründə bunu formalaşdırdılar ki, bunun da fəsadını 30 ildir yaşamaqdayıq.

Seçib-seçilmək yarışı ideoloji alternativlik əsasında keçirilməlidir. Deputatlar, müəyyən təfəkkür sahibi, ideoloji yol adamı, dövlətçilik düşüncəsinə malik, dövlətə xeyir verə biləcək ixtisas sahibləri, amalı xalqa xidmət olan dürüst insanlar olmalıdır.

Seçicilər də, deputatların bu keyfiyyətlərini müqayisə edib, kimləri seçmək qərarını verməyi bacarmalıdırlar. Təəssüflər olsun ki, kifayət qədər dəyərli və dürüst olan deputatlığa layiq insanlarımız olsa da, rejimdə nə belə dürüstlük var,nə seçən var,nə seçilən, nə seçməyi bacaran var, nə də seçiciyə, xalq naminə seçmək anlayışını öyrədən.Rejimi anlasaq da, seçkidən-seşkiyə xalqdan narazılıq edən, seçkilərarası müddətdə və seçki fürsətindən istifadə edib xalqı seçki barəsində maarifləndirməyən xalq fədailərini anlamaq çətindir…

Bildiyimiz kimi, 1990-cı ildən bu yana hakimiyyət həmən kommunistlərin və onların davamçılarının əlindədir və 1992-ci il iyun ayının 7-də keçirilən prezident seçkilərindən başqa(təkcə o seçkidə belə anti-xalq hallar olmayıb) bütün seçkiləri də bu anti-azərbaycan, anti-xalq ünsürlər keçirirlər. Bu öz şəxsi mənfəətlərini güdən anti-azərbaycan ünsürlər, eyni zamanda seçicini passivləşdirən kütləvi təbliğat aparırlar.Azərbaycan xalqını təhqir edən “şüarlar” yayırlar. Bu şüarlar hamıya bəllidir;

 

“seçici fəallığının heç bir faydası yoxdur”,

” hamı seçkilərə qatılsa da hakimiyyət öz bildiyini edəcək”,

“pullu namizədlər mandatı pulla alır”,

“MSK,DSK-lar, Mnsk-lar hamısı satqın,yaltaq, şərəfini 5-10 quruşa satmış adamlardan formalaşıb”

və sair və ilaxır.

Eyni zamanda, özünü “millət fədaisi” hesab edənlər də, hakimiyyətin xalqı passivləşdirən bu “şüalarını” “ağıllı” görsənmək üçün durmadan yayır,mənasız “proqnozlar” verir, xalqın aktivləşməsinə, seçici fəallığının artmasına əngəl olurlar.
Rejimin tətbiq etdiyi iyrənc seçki sistemini dağıtmaq üçün

HAMI SEÇKİLƏRƏ

getməliyik, bu iyrənc anti-azərbaycan sistemə, hər seçkidə bir zərbə vura-vura, rejimin axırına çıxmalıyıq.

Seçki qutusunun başına seçicinin əksəriyyəti getmək qabiliyyətində olmayınca,seçib-seçilmək mədəniyyətini öyrənməyincə rejimin ömrü uzun olacaq.

———————————————————————————————–

P.S.

2005 və 2010-cu il parlament seçkilərində namizəd olsam da, seçicilərimə mənə səs verməyə deyil, seçkilərdə aktiv olmağa, səsvermə bülletenlərinə sahib çıxmaqlarına, kimi seçəcəklərsə öz iradələrinə uyğun davranmalarına çağırış etmişəm. Mənim marağım, seçici aktivliyi olan, vətəndaş həmrəyliyi hökm sürən,Qarabağı işğaldan azad edə biləcək güclü bir cəmiyyətimizin olmasıdır.
Allah köməyimiz olsun !

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*