“AYDINLARI MİLLİ MƏFKURƏYƏ SÖYKƏNMƏYƏN MİLLƏTİN MƏĞLUBİYYƏTİ QAÇILMAZDIR”!!!

PAYLAŞIN

“”O dünyada ki, mənim millətimin haqları pozulur, mən o dünyanı yıxaram, yenərəm , dəyişərəm” – deyən milli ideoloqumuz, öndərimiz olmadı.”

Fb-NİN GÜNDƏMİNDƏN

SAVAŞMALIYIQ!!!

Rizvan Talıblının statusunu oxudum. Üzüldüm…Rizvan Talıblı çox vətənpərvər zəhmətkeş bir dostumuzdu. Qərbi Azərbaycan davasında böyük əməyi, zəhməti olan bir dava adamıdır.

Lakin yazdıqları doğru deyildi… Erməni problemi necə doğuldu, İrəvan xanlığı necə Ermənistan dövlətinə çevrildi, ermənilər yerli türkləri necə soyqırıma və deportasiyaya uğratdı, hamsını bilirik, yazırıq və danışırıq. Lakin fakt faktlığında qalır. Həqiqətin gözünün içinə dik baxıb orada özümüzü öz əməllərimizi görməyi bacarmalıyıq. Biz ermənilərə və ruslara məğlub olmuşuq. 1922 -1937 ci illərdən bu yana İrəvan türkləri Ermənilərə qarşı bircə güllə də atmayıblar. Doğrudur, Ermənilərə qarşı savaşan bütün kişilər Stalin, Beriya, Mirzoyan, Mikoyan, Kirov, Orcanikidze tərəfindən məhv edilmişdir. Lakin bütün bunlar özünə haqq qazandırmağa əsas vermir, verməz. O da doğrudur ki, beynəlxalq şərtlərdən dolayı Türkiyə bizə yardım edə bilmirdi, Azərbaycanın kosmopolit kommunistləri isə həmişə İrəvan türklərinin maraq və mənfəətlərini ermənilərə və Moskvaya satmışdır. Azərbaycan İrəvan türklərini qorumamışdır, qoruya bilməmişdir. Səbəblər nə olursa olsun, biz erməniyə məğlub olmuşuq.
Məğlubun nəyi, nəsi kimdən üstün ola bilər ki…

O da doğrudur ki, biz savaşmayaraq qaçmışıq. Bəli. Biz savaşmadan qaçmışıq…Savaşmadan qaçmışıqsa hansı üstünlük kompleksi əsdirmək olar ki….Üstünlük komplekslərini məğlub Azərbaycanın içində əsdirməktənsə, İrəvanda, Şuşada erməniləri məğlub edib qalib kimi əsdirmək daha doğru olmazmı?.

İndi 1988-də qaçmış İrəvan Türkləri yaşadıqları, qoyub qaçdıqları hər bölgənin, kəndin tarixini, kitablarını yazırlar. Çox gözəl. Kitabları açıb baxıram. Hər kəs kəndindəki məktəblərin yetişdirdiyi alimləri nazirləri sadalayıb fəxr edir. Ayıb, çox ayıb. Buradan yazmaya bilməyəcəm ki, ay ellilərim o siyasi şüuru olmayan alimləriniz o torpaqları o vətəni qoruya bilməyəcək dərəcədə cahildirlər… Bir müqayisə etsənizə. Ermənilər bircə erməninin yaşamadığı torpaqda Ermənistan qurdular, yəhudilər bir yəhudinin yaşamadığı Fələstində İzrail dövləti qurdular və bu möcüzəni gerçəkləştirərkən də alimlər, dini liderlər, sənətçilər, yazarlar, əsgərlər yumruq kimi birləşmişdi. Savaşda hamı əsgər olmuşdu. Bəs bizdə necə….

Azərbaycana gəldiyim son 30 ildə Azərbaycanı dərindən müşahidə edib bu nəticəyə gəldim ki, “azərbaycanlı” öz dövlətini dağıdıb, dövlətdən oğurlayıb, çapıb-talayıb özünə, ailəsinə ev qurur, həyat qurur, erməni isə evindən, ailəsindən kəsib dövlətə verir, erməni dövlətinin qurulması üçün hər fədakarlığa sinə gərir. Azərbaycanlı tip öz hakimiyyətini möhkəmləndirmək üçün öz dövlətindən, xalqından oğurlayaraq Vatikana, Amerika, Avropa, Rusiya ölkələrinə yatırım qoyur, hədiyyələr edir, ermənilər isə bütün bu ölkələrdən yardım alaraq erməni millətinin problemlərini həll etməyə çalışır. Erməni dövləti erməni insanı və erməni xalqı üçün çalışır, Azərbaycan dövləti Azərbaycan xalqını, insanını əzən bir maşına çevrilib bir ailə üçün çalışır. İnciməyin, bizim hər zaman dövlətimiz olsa belə, erməninin də heç vaxt dövləti olmasa belə, erməninin dövlət ağlı və toplumsal şüuru bizdəkindən qat-qat üstündür. Erməni ziyalısı erməniçidir, millətçidir, bütün ideologiyaları erməni millətinin xeyrinə istifadə etməyi bacarır, bizim ziyalı isə millətçiliyi faşizmlə eyniləştirəcək qədər cahil, kökündən tarixindən qopmuş kosmopolit, böyük milli idealları olmayan praqmatikdir. Bizim ziyalı bizdən olmayan ideologiyaların, fərqli kültürlərin, dinlərin qurbanlarına asanlıqla çevrilir. Divar ola bilmir, millətə yönəlmiş təhlükələrin, oxların qarşısına divar kimi dikilə bilmir.

Bizim ziyalılar bu gün prezidentin siyasətinə mədhiyələr yazdıqca, çıxartdığı 5 kitabla, akademik karyeriylə öyündükcə mən onun düz gözünün içinə deyirəm. Sənin anan erməni əlində əsir olaraq işgəncə çəkib çan verirsə, sənin anan erməni əlindədirsə bütün bunlar….
Sokrat Afina ilə Sparta arasındakı döyüşə savaşçı kimi qatılıb şəhərini müdafiə etmişdi. Əli Bəy Hüseynzadə Osmanlı Yunan savaşlarında həkim olaraq Osmanlı ordusuna xidmət etmişdi.

Ən böyük ziyalı Atatürkdür. Həm düşmənləri yendi, həm cahiliyyəni.

Nə olursa olsun Azərbaycanın, Türk millətinin maraqlarına çalışmayan bir zəka, bir akademik karyer, bir sənət və ruh yalnız kosmopolitizmə can verər, milli köklərdən bəslənməyən heç bir ruh və əməl zamansızlıq qazanmaz. Aydınları milli məfkurəyə söykənməyən millətin məğlubiyyəti qaçılmazdır.

Bizim ziyalımız millətin yanında yox, prezidentin, hökümətin yanında yer alar. Bizim ziyalımız millət və dövlət mənfəətləri naminə prezidenti, höküməti diz çöktürməyi başarmaz, onun qarşısına dikilməz, prezidentlə hökümətlə savaşmaz, öz gücünü, məsuliyyətini dərk etməz. Dövlətin yox hökümətin adamı olar, Dövlətlə hakimiyyət anlayışının fərqini bilməz. Əlbəttə bu yazdıqlarımda istisnalar da var ki, bu gün dövlətimiz bu istisnaların çiyinləri üstündə durur… Biz burada istisnaları deyil, ümumi tendensiyaları qeyd edirik.

İnanın, çox acı bir gerçəyi yazacam. Göyçə, Qaraqoyunlu Elinin çox alimlərini, yazarlarını, nazirlərini, akademiklərini tanıdım. Tanıdıqca üzüldüm. Heç birində yüksək siyasi şüur yoxdur. Heç biri strateji düşünə bilmir. Heç biri erməniləri məğlub edəcək savaş əzmini və ruhunu təmsil etmir. Heç biri öz tarixini dərindən bilmir. Heç kimin xətrinə dəyməsin, uzun zaman müşahidə etdim İrəvan bölgəsinin şəxsiyyətlərini. Hamsının ruhu və şüur tipləri filoloji aspektdə formalaşıb… Savaş fəlsəfəsini və ruhunu formalaşdıracaq bütün vərdişlər və dəyərlər deqredasiyaya uğrayıb. Bu təkcə İrəvan türklərində belə deyil ki… Borçalı da bu gündədir. Bakıda oturub filosofluq etmək qəhrəmanlıq deyil ki… Borçalını itiririk… Və bu prosesi durdurmaq əzmimiz yoxdur, heç bunun faciəsini dərk edən ağlımız belə yoxdur.

Təkcə İrəvan Türkləri deyil, bütün Azərbaycan erməniyə savaşda məğlub olub. Hamımız, bütün Azərbaycan vətəndaşları və bölgələri milli enerjini və millu qüruru təmsil etmək baxımından bir birimizdən üstün deyilik, hamımız yenilmişik, yenilginin acısını hamımız eyni dərəcədə paylaşırıq, hamımız eyniyik. İstisnalarla hamımız savaş ruhumuzu itirmişik.
Amerika Vyetnamda məğlub oldu, Rusiya Əfqanıstanda məğlub oldu…Çünki o xalqlar savaşdılar. Biz isə savaşmadan, bir güllə atmadan torpaqlarımızdan qaçdıq. Çünki 37-ci ildən sonra bizim millət şüurumuz, siyasi şüurumuz yox edildi. Kütləyə çevrildik…

Biz vətənimizdən, İrəvandan qaçdıq, ona görə ki, Azərbaycan ordu göndərib bizə kömək etmədi, ona görə ki, Azərbaycanın höküməti, elitası, rəhbərliyi, şüuru özü erməniləşmişdi. Azərbaycan Cümhuriyyəti rus bolşevik ordusu tərəfindən işğal edildiyi 1920-dən 1988-ci ilə qədər Azərbaycanın dövlət və hökümət strukturlarında ermənilər vəzifələrə gətirlmişdi. Ermənilər İrəvandakı türklərin soyqırım və deportasiyasına həm də Azərbaycandan rəhbərlik edir, təşkilatçılıq edirdilər. SSRİ dövründə Azərbaycan özü də elə ermənilərin əlində idi. Erməniləşmişdi. Ən azı siyasi şüur baxımından. Biz ermənilər içində yalnız və köməksiz idik. Əlimizdə silahımız yox idi, milli şüurumuz yox idi, savaş əzmimiz yox idi… Ən əsası isə “O dünyada ki, mənim millətimin haqları pozulur, mən o dünyanı yıxaram, yenərəm , dəyişərəm” – deyən milli ideoloqumuz, öndərimiz olmadı.

Bu gün də Azərbaycanın Qarabağ siyasəti erməni millətinin maraqlarına uyğun şəkildə formalaştırılıb. Bunu kim edir, kimdir ermənilərə xidmət edən, kimdir satqınlar… 30 ildir Qaçqın köçkün həyatı yaşayan xalqım bilməlidir ki, hər millət böyük savaşa hazırlanarkən içindəki fərariləri və satqınları yox etməlidir. Azərbaycan nəinki satqın və fərarilərlə doludur, Azərbaycan siyasəti özü bu gün erməniləri gücləndirəcək bir siyasətdir.

Biz 1828-dən 1988-ə kimi öz torpaqlarımızdan qaçdıq, qaçmağa məcbur edildik. Lakin nə olursa olsun, qaçmamalıydıq, Savaşmalıydıq… Tarix səbəbləri yox nəticələri mühakimə edir.
Hamımızın milli vicdanımız yaralıdır, vicdanlarımız yenilginin acısından sızlar, çox sızlar…

İndi hamımızın bir vəzifəmiz var. Savaşmaq. Qarabağı və İrəvanı erməni işğalından azad etmək, Qafqazda ermənilərə vətən qurma haqqını tanımamaq. Ermənilər öz müqəddəratını təyin etmə haqqını, ya gəldikləri Livanda, ya Suriyada, ya Hindistanda, ya da Amerikanın çoğunluqda olduqları bir ştatında gerçəkləştirsinlər. Əgər bu şərtləri qəbul etməyən bir uluslararası düzən varsa, bir dünya varsa , o zaman o düzəni, o dünyanı dəyişəcəyik. Ermənilər, bax, belə etdilər. Yəhudilər, bax, belə etdilər. Dünya tarixini dərindən incələsəniz görəcəksiniz ki, İzrail qurmaq və Qüdsü yəhudi mərkəzinə çevirmək üçün yəhudilər dünya şərtlərini dəyişdirdilər. Yeni paradiqmalar yaratdılar. Ermənilər də, yəhudilər də doğu xalqları olsalar belə, bu amacla Doğudan çıxıb, Batı ilə inteqrasiya olundular. Dinlərini, kilsələrini, diasporlarını, ağıllarını, silahlarını kullandılar. Bəs biz nə etdik. Dövlət başçımızın çıxışlarına baxın. Dini liderimizin səviyyəsinə baxın. Allah aşkına…bunlarla savaşa gedilərmi. Hələ Savaşı demirəm, bunlarla bu vətəni müdafiə etmək olarmı, bunlarla başarılar qazanılarmı?… 1920-dən bu yana Azərbaycan nə gerçək bir siyasi lider, nə gerçək bir dini lider görmədi. Azərbaycan elitası Rusiyaya, bütün dünyaya meydan oxuyan gücdə olmadı. Azərbaycan fəlsəfəsi yeni paradiqma yaratmadı. SSRİ içində olduğumuz müddətdə Filoloji təfəkkürümüz bütpərəstlik, şəxsiyyətə pərəstiş, fəlsəfəmiz apologetika, tarix şüurumuz yerlipərəstlik və bölgəçilik, siyasi şüurumuz isə müstəmləkəçilik, qul psixologiyası, aşağılıq kompleksi formalaşdırdı.

Azərbaycanın humanitariya sahəsində yazan əksər alimləri (istisnalarla. İstisnalar da bir tarix faktıdır) Azərbaycana xəyanət etmişlər, bütün siyasətçiləri, bürokratları satılmışlar. Vəzifəyə, pula, medalyaya… Daha nələr, nələr… Bunları yazıb sizə yenilgi ruhu aşılamaq istəmirəm.
Azərbaycanı azad etmək üçün yeni keyfiyyətli, yeni şüurlu azad millət olmamız şərtdir. Rusiyanın aşıladığı dəyərlərdən, qul psixologiyasından, kadrlarından azad olmalıyıq. Yenilənməliyik. İmperiya qürurumuzu bərpa etməliyik. Kiçik regionlara həbs etdiyimiz şüurumuz və ruhumuzu Xəzərdən Kəngər körfəzinə qədər olan Böyük Azərbaycana kökləyək ki, onun böyük şəhərləri İrəvan, Mosul, Təlafər, Təbriz, Tehrandır.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*