AYNUR CAMALQIZI, BƏLKƏ BİR AZ YAVAŞLIYAQ???!!! – I yazı

PAYLAŞIN

SƏRDAR-000001Sərdar ƏLİBƏYLİ

HEÇ KİM, HEÇ NƏ UNUDULMUR AXI

I yazı

Heydər-İlhamaynur camalqızı-001Rəhim QazıyevDünən axşam internetdə var-gəl edərkən, bir vaxtlar mətbuatda Aynur Camalqızı imzaslnnan tanınan, sonralar  deputat “seçilib” Aynur Quliyeva olan, deputatlıqdan sonra isə yenidən mətbu meydana gəririlərək, gah o, gah da bu imzaynan, əvvəl tüpürdüyü nə vardısa hamısını yalayan  bu  tanınmış  xanımın Rəhim Qaziyevlə bağlı bir yazısı rastıma çıxdı. Bilmirəm, zamanında Rəhim bəyin bu yazıdan xəbəri olub, ya yox, amma, yəqin ki olmuyub. Çünki Rəhim Qazıyevin belələrinə papuç buraxacaq biri olmadığını bilirəm. Əslində məsələ Rəhim Qazıyevdən nəsə yazmaqla bağlı deyil, enində sonunda, o da, nə mələkdi, nə də Allahın bacısı oğlu. Amma, belə baxanda, adı-soyadı   Aynur Camalqızı (yoxsa Quliyeva) olan, bu xanım  təzə bir şey yazmıyıb. Bir vaxtlar Heydər və İlham Əliyevlərə yazdıqlarını təzədən köçürərək, elə həmin stildə və həmin də hirs-hikkə ilə Rəhim bəyin adına ünvanlıyıb. Daha maraqlı orasıdı ki, Aynur həmin yazısını Rəhim Qazıyevin prezidentə ünvanladığı məktuba cavab əvəzi yazıb. Əslində mənnən ötəri məsələnin ən maraqlı tərəfi də elə buydu. İndi belə çıxır ki, ya Aynur özünü İlham Əliyevin vəkili sanır, ya  da İlham Əliyevmi onu Rəim Qazıyevə cavab yazmaqla görəvləndirib?. Amma nə olursa olsun, “Məscidin qapısı açıqdısa, itin həyasına nə gəlib” misalı, ha əlləşdimsə, ha düşünüb-daşındımsa, bu xanımın həyasızlığınnın razmerinə  bir don geydirə bilmədim. Kim hardan-hara gəlib çıxa və  kim kimə laf söylülə, kim kimə söz ata bilərmiş, “Atova lənət “Kirpi””.  Aynurun Rəhim Qazıyevlə bağlı nələr yazdığını və necə yazdığını, yazılarından “Heydər”, “İlham” adlarını çıxarıb yerinə necə “Rəhim Qazıyev” yazdığını növbəti yazılarda  bircə-bircə oxuculara təqdim eliyəcəm. Amma hələlik bir baxın, görün İlham Əliyevi Rəhim Qazıyevdən, öz ağlınca, müdafiə edən kimdi və o, İlham Əliyevlə atasının haqqında nələr yazıb? Əslində mən nümumə üçün bircə yazı təqdim eliyəcəm, amma Aynurun belə yazıları onlarla yox, yüzlərlə olub. Oxuyun, düşünün  və  simasızlığın, həyasızlığın, kəmfürsətliyin  ən abırsız formasının miqyaslarına diqqət eliyin – “Bu, hansı əxlaqın, hansı mənəviyyatın göstəricisidi, Tanrım?..” (Cümlə Aynur Camalqızına məxsusdur – S.Ə.). Zira, bir şəxsə, onun adı istər Heydər, istər İlham, istərsə də Rəhim və ya lap elə Aynur olsun, nəsə yazan birinin, ən azı buna haqqı olmalıdı və kimsə özünə rəva bilmədiyi sözləri, ifadə və ibarələri başqasına yazmamalıdı. Adı Aynur, soyadı Camalqızı və ya Quliyeva olmaq isə, bu mənada xüsusu imtiyaz vermir ki, ağlına və ağzına gələni gah bir, gah da başqa bir adama yazıb, insanların əsəbləri və cəmiyyətin heysiyyatınnan oynuyasan. 


“ATİLMIŞ VƏ UNUDULMUŞ QOCA

Aynur CamalqızıAynur CAMALQIZI:

“Heydər Əliyev də nə sələflərindən, nə də xələflərindən xüsusi nəyləsə fərqlənmir, elə onlar kimi şərəfsiz, alçaq və əclaf olub…”

“HARAMDAN HARAMZADA TÖRƏYİR!!!”

Hələ 93-cü ildə Azərbaycan efirində gözləmədiyim halda və ampluada gördüyüm gündən anlaya bilmirəm ki, Heydər Əliyevi “sevən”, onu “dahi”, “uzaqgörən”, “dünya şöhrətli”, “qeyri-adi zəkalı”, “qeyri-adi şəxsiyyət” sayan kəs doğrudanmı səmimidi?..
heydər əliyevMən bu cür adamların səmimiyyətinə həmişə şübhə eləmişəm. Bu gün də şübhəliyəm.
Mən Heydər Əliyevi səmimiyyətlə sevməyin, ona səmimiyyətlə pərəstiş etməyin mümkünlüyünü ağlıma sığışdıra bilmirəm.
Ona görə ki, bu adamın otuz dörd illik idarəçiliyi insanları xof və qorxu içərisində saxlamaqla, yalanı, iftira və şəri adi HƏYAT TƏRZİnə çevirməklə özünü göstərib! Bəlkə heç düşünməyib ki, o, qorxu, həyəcan və əzabın böyütdüyü gözlərdə böyük görünüb. Zor və xof olan yerdə sevgi ola bilməz!
Heydər Əliyevi qeyri-adi şəxsiyyət sayan hər kəsə xatırladıram: rüşvətxorluğu, korrupsiyanı, saxtakarlığı, əxlaqsızlığı, mənəviyyatsızlığı, terroru, təzyiqi, təhdidi, yalanı, iftiranı, şəri zorla insanların məişətinə daxil eləmək qeyri-adi üstünlük sayılmamalıdı. Bu, alçaqlıqdı, şərəfsizlikdi, əclaflıqdı ki, bu da bütün diktatorlara xas xüsusiyyətdi. Heydər Əliyev də nə sələflərindən, nə də xələflərindən xüsusi nəyləsə fərqlənmir, elə onlar kimi şərəfsiz, alçaq və əclaf olub…
Məmləkəti yanı üstə qoymaq, torpaqları işğal altında olan insanları “atəşkəs” yuxusuna vermək, “nə sülh, nə müharibə” siyasəti ilə ev-eşiyi, yurd-yuvası, namusu-irzi yağmalanan, təhqir olunan əhalini çərlədib öldürmək, altı mindən artıq əsgər və zabitin qətlinə müəlliflik eləmək “dahi”lik hesab oluna bilməz. Bu, millətin qanına yerikləməkdi, qanına susamaqdı, soyqırımdı, qətliamdı! Bu adam 34 il ərzində Azərbaycan xalqına qarşı elan olunmamış müharibə aparıb. Bədbəxt insanları dərdlərinin havasına oynadıb. Milləti çörəklə imtahana çəkib, qarşısında diz çökdürüb, sındırıb, əyib, istədiyi formaya salmağa çalışıb…
Nəticə göz qabağındadı: ortada səkkiz milyonluq bir millətin qarşısıalınmaz kini, nifrəti, göz yaşı…
Məmləkəti Heydər Əliyevin yalnız özünə deyil, bütövlükdə klanına, tayfasına bu və digər formada bağlılığı olan hər bir adama ünvanlanan nifrət titrədir. Bu nifrəti nəyləsə önləmək mümkün görünmür.
heydər əliyev yıxıldı
Heydər Əliyev gecikib, çox gecikib. Tanrı və Azərbaycan xalqı qarşısında günahlarını boynuna almaqla, əfv olunmasını diləməklə, bəlkə də normal bir ölüm qazana bilərdi. Fəqət ona nə ölü kimi ölü, nə də diri kimi diri demək olur…
Nəslinin və siyasətinin davamçısı sayılmalı olan oğulun əməlləri də əslində, hətta doğulma ili saxta olan, dəqiq bilinməyən bu ömrün, bu yaşamın məntiqi nəticəsidi.
Heydər Əliyevin oğlu məhz belə olmalıydı: fərsiz, bivec, nüfuzsuz, boz sifətli…
Heydər Əliyevin oğlu məhz belə tanınmalıydı: qumarbaz, əyyaş, qadın düşkünü, pleyboy…
Heydər Əliyevin oğlu atasının nəşinə yiyə durmaq, yas mərasimi düzənləmək əvəzinə qol götürüb oynamalıydı. Oynayır!
Ruhu o dünya ilə bu dünyanın arasında çarpışan, üsyana qalxan atası ilə telefonla danışmasından dəm vurmalıydı. Vurur!
Yaslı günlərinin sükutunu toyxana müğənnilərinin diringiləriylə pozmalıydı. Pozur!
Heç nəyə təəccüblənmək lazım deyil. Hər kəs əkdiyini biçir.  HARAMDAN HARAMZADA TÖRƏYİR!!!
Heydər-İlham-1Bir neçə ay öncəyədək Azərbaycana meydan oxuyan Heydər Əliyevdən qalan budu: bir ovuc təəssüf…
Heydər Əliyev artıq Azərbaycan insanının xatirində belə yaşayır: unudulmuş və atılmış qoca…
Bu, əslində dəhşətlidi, çox dəhşətli taledi. İki övlad atasının, bir dövlətin başçısının, YAP-çı təbirincə desək, “dünya” boyda şöhrətin yiyəsinin nəşinə yiyə çıxan yoxdu. Bütün doğmaları, əqidə yoldaşları onun ölümüylə də spekulyasiya eləməklə, özü kimi alçaq varisi, əsrin yeganə avantüristi kimi, tərcümeyi-halını daha da zənginləşdirməklə məşğuldu.
heydər əliyev GENERALTaleyin bu sonluğu qoca KQB generalının “uzaqgörən”liyini xatırlamaq üçün heç bir əsas vermir: dədənin meyiti ortada, oğul prezidentlik iddiasında! Bu, hansı əxlaqın, hansı mənəviyyatın göstəricisidi, Tanrım?..
Mən alnına bu yazı yazılan Heydər Əliyevə acıyıram! Anılası, öyüləsi, fəxr ediləsi, həsəd aparılası tale deyil!
Qan üzərində qurulan təxti-səltənət dağılır…
Torpaq da üsyan eləyir; “məni murdarlamayın”, – deyir…”

“Yeni Müsavat”, 11 oktyabr 2003-cü il, №275(2202)

http://www.facebook.com/notes/great-peoples-movement-böyük-xalq-hərəkatı/atılmış-və-unudulmuş-qoca/372771396080132

Davamı var

1 Comment

  1. Bütün bəşəriyyətə məlumdur ki, Azərbaycan yaltaqlar ölkəsidir. Və mən həmişə fəxr edirəm ki, mənim vətənim öz övladlarının zəhməti və səyi ilə bu cür şöhrətə çatıb.

    Məni həmişə bir şey düşündürür: niyə yaltaqlıq üzrə düya çempionatları keçirilmir? Nyə yaltaqlıq olimpiadalaırn proqramlarına salınmır? Azərbaycan yaltaqları bütün qızıl medallları alıb, Bakı jurnalistləri demilkən, rekordlara imza atardılar. Azərbaycanlı yaltaq maneə tanımamaqda, vazelinsiz, sabunsuz gündəyməz yerlərə şuppultu ilə girməkdə Messidən də mahirdir!

    Ah, nə qədər azərbaycanlı istedad bəşəriyyətə özünü tanıda bilmir!

    Bu gün jurnalist Aynur Camalqızının Mehriban Əliyevaya həsr etdiyi tərif məqaləsini oxuyanda, Azərbaycan jurnalistləri demişkən, göz yaşlarıma hakim ola bilmədim!

    Ah, siz şəhidlik zirvəsindən dəm vurursunuz. Hünəriniz varsa, Aynur Camalqızı kimi yaltaqlıq zirvəsinə qalxın!

    Yaltaqlıqda, girməkdə, yalamaqda Aynur Camalqızınıın göstərdiyi texnikanı heç Serena Uilyams tennisdə göstərə bilməyib!

    Mehriban Əlliyevadan Leyla Əliyevaya keçəndə Camalqızı Zidan finti göstərir və hətta Zidanı da keçir!

    Ah, Bakıda “Azd qadın” heykəlini yıxın yerə, dağıdın, yerinə Camalqızının surətindən “Yaltaq qadın” qayırıb qoyun!

    “Yaltaq qadın”! Ah, bu heykəllə Bakı dünya turizminin paytaxtına çevrilər!

    Ah, kim bu qadını əkib, kim doğub! Onun Mirbəşirin Mamırlı kəndindən olan valideynlərinə “Əməkdar seleksiyaçı” adları verin!

    Yox, yox, mən yenə göz yaşlarıma hakim ola bilmirəm…

    Ah, vətənim! Ah, yaltaqlar ölkəsi!

    Ah, mənm odlar yurdum, Azəribaycanım…

Leave a Reply

Your email address will not be published.


*