AYNUR CAMALQIZI, BƏLKƏ BİR AZ YAVAŞLIYAQ … !!!

PAYLAŞIN

HEÇ KİM, HEÇ NƏ UNUDULMUR AXI…

…VƏ YA, TARİXİN YADDAŞI DA QİSASI DA AMANSIZ OLUR !!!

Bu Aynur Camalqızının yanında və ya yaxınında olan biriləri ona desin ki, “lotu” sözünü çox işlətməsin, camatın ağlına alayı fikirlər gəlir…

Bir də “öz liderinə xəyanət”in ən bariz nümunəsini, ən yeni tariximizin bəmbəyaz yaddaşına simsiyah hərflərlə yazmış biri olaraq, bu haqda da susması məsləhətdi. Anadolular demiş, şakası belə ürək bulandırır…

… və nəhayət, kimin kimə və necə xəyanət etməsini bu xanımın illər öncə qələmə aldığı  bircə yazının timsalında hər kəs görsün istədim. Kimsəni qisasçılıqda suçlamaqdansa, tarixin amansız yaddaşından və bir o qədər də amansız olacaq qisasından çəkinin bə, adamlar !!! 

————————

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

———————–

———————————————————————————————-

“ATİLMIŞ VƏ UNUDULMUŞ QOCA

Aynur CamalqızıAynur CAMALQIZI:

“Heydər Əliyev də nə sələflərindən, nə də xələflərindən xüsusi nəyləsə fərqlənmir, elə onlar kimi şərəfsiz, alçaq və əclaf olub…”

“… HARAMDAN HARAMZADA TÖRƏYİR!!!”

Hələ 93-cü ildə Azərbaycan efirində gözləmədiyim halda və ampluada gördüyüm gündən anlaya bilmirəm ki, Heydər Əliyevi “sevən”, onu “dahi”, “uzaqgörən”, “dünya şöhrətli”, “qeyri-adi zəkalı”, “qeyri-adi şəxsiyyət” sayan kəs doğrudanmı səmimidi?..

Mən bu cür adamların səmimiyyətinə həmişə şübhə eləmişəm. Bu gün də şübhəliyəm.

Mən Heydər Əliyevi səmimiyyətlə sevməyin, ona səmimiyyətlə pərəstiş etməyin mümkünlüyünü ağlıma sığışdıra bilmirəm.

Ona görə ki, bu adamın otuz dörd illik idarəçiliyi insanları xof və qorxu içərisində saxlamaqla, yalanı, iftira və şəri adi HƏYAT TƏRZİnə çevirməklə özünü göstərib! Bəlkə heç düşünməyib ki, o, qorxu, həyəcan və əzabın böyütdüyü gözlərdə böyük görünüb. Zor və xof olan yerdə sevgi ola bilməz!

Heydər Əliyevi qeyri-adi şəxsiyyət sayan hər kəsə xatırladıram: rüşvətxorluğu, korrupsiyanı, saxtakarlığı, əxlaqsızlığı, mənəviyyatsızlığı, terroru, təzyiqi, təhdidi, yalanı, iftiranı, şəri zorla insanların məişətinə daxil eləmək qeyri-adi üstünlük sayılmamalıdı. Bu, alçaqlıqdı, şərəfsizlikdi, əclaflıqdı ki, bu da bütün diktatorlara xas xüsusiyyətdi. Heydər Əliyev də nə sələflərindən, nə də xələflərindən xüsusi nəyləsə fərqlənmir, elə onlar kimi şərəfsiz, alçaq və əclaf olub…

heydər əliyevMəmləkəti yanı üstə qoymaq, torpaqları işğal altında olan insanları “atəşkəs” yuxusuna vermək, “nə sülh, nə müharibə” siyasəti ilə ev-eşiyi, yurd-yuvası, namusu-irzi yağmalanan, təhqir olunan əhalini çərlədib öldürmək, altı mindən artıq əsgər və zabitin qətlinə müəlliflik eləmək “dahi”lik hesab oluna bilməz. Bu, millətin qanına yerikləməkdi, qanına susamaqdı, soyqırımdı, qətliamdı! Bu adam 34 il ərzində Azərbaycan xalqına qarşı elan olunmamış müharibə aparıb. Bədbəxt insanları dərdlərinin havasına oynadıb. Milləti çörəklə imtahana çəkib, qarşısında diz çökdürüb, sındırıb, əyib, istədiyi formaya salmağa çalışıb…

Nəticə göz qabağındadı: ortada səkkiz milyonluq bir millətin qarşısıalınmaz kini, nifrəti, göz yaşı…

Məmləkəti Heydər Əliyevin yalnız özünə deyil, bütövlükdə klanına, tayfasına bu və digər formada bağlılığı olan hər bir adama ünvanlanan nifrət titrədir. Bu nifrəti nəyləsə önləmək mümkün görünmür.

heydər əliyev yıxıldı

Heydər Əliyev gecikib, çox gecikib. Tanrı və Azərbaycan xalqı qarşısında günahlarını boynuna almaqla, əfv olunmasını diləməklə, bəlkə də normal bir ölüm qazana bilərdi. Fəqət ona nə ölü kimi ölü, nə də diri kimi diri demək olur…

Nəslinin və siyasətinin davamçısı sayılmalı olan oğulun əməlləri də əslində, hətta doğulma ili saxta olan, dəqiq bilinməyən bu ömrün, bu yaşamın məntiqi nəticəsidi.

Heydər Əliyevin oğlu məhz belə olmalıydı: fərsiz, bivec, nüfuzsuz, boz sifətli…

Heydər Əliyevin oğlu məhz belə tanınmalıydı: qumarbaz, əyyaş, qadın düşkünü, pleyboy…

Bakıda Heydər Əliyevin dəfni. 2003

Heydər Əliyevin oğlu atasının nəşinə yiyə durmaq, yas mərasimi düzənləmək əvəzinə qol götürüb oynamalıydı. Oynayır!

Ruhu o dünya ilə bu dünyanın arasında çarpışan, üsyana qalxan atası ilə telefonla danışmasından dəm vurmalıydı. Vurur!

Yaslı günlərinin sükutunu toyxana müğənnilərinin diringiləriylə pozmalıydı. Pozur!

Heç nəyə təəccüblənmək lazım deyil. Hər kəs əkdiyini biçir.  

HARAMDAN HARAMZADA TÖRƏYİR!!!

Heydər-İlham-1Bir neçə ay öncəyədək Azərbaycana meydan oxuyan Heydər Əliyevdən qalan budu: bir ovuc təəssüf…

Heydər Əliyev artıq Azərbaycan insanının xatirində belə yaşayır: unudulmuş və atılmış qoca…

Bu, əslində dəhşətlidi, çox dəhşətli taledi. İki övlad atasının, bir dövlətin başçısının, YAP-çı təbirincə desək, “dünya” boyda şöhrətin yiyəsinin nəşinə yiyə çıxan yoxdu. Bütün doğmaları, əqidə yoldaşları onun ölümüylə də spekulyasiya eləməklə, özü kimi alçaq varisi, əsrin yeganə avantüristi kimi, tərcümeyi-halını daha da zənginləşdirməklə məşğuldu.

heydər əliyev GENERALTaleyin bu sonluğu qoca KQB generalının “uzaqgörən”liyini xatırlamaq üçün heç bir əsas vermir: dədənin meyiti ortada, oğul prezidentlik iddiasında! Bu, hansı əxlaqın, hansı mənəviyyatın göstəricisidi, Tanrım?..

Mən alnına bu yazı yazılan Heydər Əliyevə acıyıram! Anılası, öyüləsi, fəxr ediləsi, həsəd aparılası tale deyil!

Qan üzərində qurulan təxti-səltənət dağılır…

Torpaq da üsyan eləyir; “məni murdarlamayın”, – deyir…”

“Yeni Müsavat”,

11 oktyabr 2003-cü il, №275(2202)

http://www.facebook.com/notes/great-peoples-movement-böyük-xalq-hərəkatı/atılmış-və-unudulmuş-qoca/372771396080132

 585 total views, 2 views today

PAYLAŞ

1 Comment

Leave a Reply

Your email address will not be published.


*