“AZƏRBAYCAN HAKİMİYYƏTİ TƏCİLİ KARANTİN TƏDBİRLƏRİ GÖRMƏLİDİR”!!!

PAYLAŞIN

“İNDİKİ HALDA YÜRÜDÜLƏN BALANSLI, TOLERANT VƏ MULTİKULTURALİST SİYASƏT MİLLƏTİN VƏ DÖVLƏTİN SABAHINA BASDIRILMIŞ MİNADIR” !!!

24 fevral  2020-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti  yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş,  müvafiq qərarlar qəbul edilmişdir.

İdarə Heyətinin yığıncağında,  insanların təşvişinə və müxtəlif şayiələrin yayılmasına səbəb olan koranavirusun qonşu ölkələrdə mövcudluğu və buna qarşı Azərbaycanda görülən tədbirlərə münasibət bildirilmişdir. Məlumatlandırıcı və qabaqlayıcı tədbirlərin yetərli olmadığı, cəmiyyəti təmin etmədiyi qeyd olunmuşdur.

İranla geniş ticarət əlaqələrinin  olması, indiki halda  ölkəmiz üçün ciddi təhlükə təşkil etdiyi xüsusi qeyd edilmişdir.

KXCP, müvafiq dövlət qurumlarının, Səhiyyə Nazirliyinin,  mümkün epidemiyanın qarşısını almaq üçün heç bir fəaliyyət göstərmədiyini səhlənkarlıq, məsuliyyətsizlik və xalqa qarşı cinayət   kimi qiymətləndirir.

KXCP, Azərbaycan hakimiyyətindən  təcili karantin tədbirləri  görünməsini  tələb edir.

KXCP, Azərbaycan hakimiyyətindən müvafiq tibbi ləvazimat və avadanlığın, aptek və səhiyyə müəssisələrində mövcudluğu, onların ehtiyatların yaradılması, qiymətlərə nəzarət istiqamətində  ciddi tədbirlərin görülməsini tələb edir. 

İdarə Heyətinin yığıncağında, Xocalı Soyqırımının Anım Günü ilə bağlı müzakirələr aparılmışdır. KXCP, düşmən tərəfindən müharibənin hər gün davam etdirilməsi, Şəhidlərin olmasına son vermək üçün, Azərbaycan hakimiyyətindən işğal olunmuş torpaqların azadlığı uğrunda qəti addımlar atmağı, Vətən Müharibəsinə başlamağı  bir daha tələb edir.  

KXCP, 20 faiz ərazisi işğal altında olan, Azərbaycan əsgərinin yolunu gözləməkdə olan yüzlərlə əsir qızı-gəlini,

qisası alınmamış Xocalı dərdi olan, atəşkəs şəhidlərinin sayı, döyüş şəhidlərinin sayını çoxdan üstələdiyi, günü bu gün də, az qala hər gün şəhid verən bir ölkənin hakimiyyətinin gah balanslı, gah tolerant, gah da multukulturalist siyasət yürütməyə haqqı yoxdur və  bu siyasətin millətin də, dövlətin də sabahına  basdırılmış  mina olduğunu  bir daha bəyan edir və Azərbaycan hakimiyyətini, duruma adekvat siyasət yürütməyə, həmçinin Qarabağ və ətraf rayonların azad edilməsi yönündə təsirli tədbirlər görməyə çağırır.    

İdarə Heyətinin yığıncağında, təşkilati məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur.                                                                                                            

24 fevral 2020-ci il         

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*