“AZƏRBAYCAN XALQI ADINDAN BƏYAN EDİRƏM Kİ, …”

PAYLAŞIN

“AZƏBAYCAN XALQI ÖZ ŞƏHİD ÖVLADLARININ QANINI HEÇ KİMƏ BAĞIŞLAMAYACAQ”!!!

Etibar MƏMMƏDOV:

“XALQIMIZ HEÇ BİR ZAMAN BU İŞĞALLA BARIÇMAYACAQ VƏ SON NƏFƏRİNƏDƏK, İŞĞAIÇILARA VƏ İŞQALÇI RUS ORDUSUNA  QARŞI MÜBARİZƏ APARACAQ”!!!

“TEZLİKLƏ İŞĞAL DAYANDIRILARAQ SOVET ORDUSU AZƏRBAYCANDAN ÇIXARILMASA …”!!!

“ƏGƏR QORBAÇOVA İKİNCİ ƏFQANISTAN LAZIMDIRSA, O, BUNU AZƏRBAYCANDA GÖRƏCƏK. ATRIQ BU MÜBARİZƏ BAŞLANIB VƏ AZƏRBAYCAN BOYUNCA ÇOX UZUN ZAMAN DABAM EDƏCƏK PARTİZAN MÜHARİBƏSİ QAŞIMAZ OLACAQ.”!!!  

Moskvada 20 Yanvarla bağlı Mətbuat Konfransında Etibar Məmmədovun tarixi çıxışı (25.01.1990)

P.S.

20 Yanvar hadisələrindən dərhal sonra Azərbaycan Ali Sovetinin o zamankı sədri sədri Elmira Qafarovanın imzası ilə Ali Sovetin adından yayılmış bəyanatda Bakıya və respublikanın digər şəhərlərinə ordu yeridilməsi qanunsuz elan ounaraq, faktiki olaraq işğal kimi dəyərləndirilmişdi və həmin bəyanat bu cümlə ilə bitirdi:   

“AZƏBAYCAN XALQI ÖZ ŞƏHİD ÖVLADLARININ QANINI HEÇ KİMƏ BAĞIŞLAMAYACAQ”!!!

—————————————————————————–

P.P.S.

O məşum günlərdə olduğca maraqlı və ilginc daha iki sənəd də ortaya çıxmışdı. Bunlardan birincisi Etibar Məmmədovun Moskvadakı daimi nümayədəliyimizdə, mərkəzi ba xarici ölkələrin media təmsilçiləri üçün keçirilən mətbuat konfransımda eydiyi tarixi çıxışın ardınca, Azərbaycanın daimi nümayəndəliyinə AXC-nin o zamankı İdarə Heyətinin üzvü  Hikmət Hacızadənin imzası ilə daxil olan məktub idi. Həmin məttubda deyilirdi:

“… ETİBAR MƏMMƏDOVUN AXC VƏ ONUN İDARƏ HEYƏTİ ADINDAN DANIŞMAQ SƏLAHİYYƏTİ YOXDUR VƏ ONUN DAİMİ NÜMAYƏNDƏLİKDƏ QALMASI MƏQSƏDƏUYĞYN DEYİL.” !!!

Bu məktub Daimi Nümayəndəliyə daxil olandan sonra, sovet xüsusi xidmət orqanları tərəfindən nümayəndəliyə basqın edilmiş və Etibar Məmmədov orada həbs olunaraq məşhur “Lefortovo” həbsxanasına aparılmışdı…

O günlərin ikinci ilginc və məşum sənədini isə, İsa Qəmbər başda olmaqla, Moskvaya göndərimiş məktibun müəllifi Hikmət Hacızadənin özü də daxil, o dvrdə “AXC-nin liberal qanadı” kimi tanımlanan İdarə Heyətinin əksər üzvləri imzalamışdılar. Məlum şəxslər tərəfindən imzalanan həmin bəyanatda deyilirdi:

“… Sənədi imzalayan şəxslər 20 yanvardan öncə yaradılmış ŞADP(Şimali Azərbaycan Demikratik Partiyası)üzvləridilər və onların 20 yanvar hadisələrinə qarışacaqları yoxdur.”

Əslində isə, bu sənəd, birbaşa və ya  dolayısı ilə, baş vermiş faciəyə və tökülən qanlara görə məsuliyyətin  AXC-nin radikal qanadının üzərində olduğunu bəyan edirdi…    

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*