
“BU MƏHKƏMƏ HÖKMÜ YOX, CİNAYƏT AKTIIDIR” !!!
Fb-NİN GÜNDƏMİNDƏN
Əlövsət ƏHƏDOĞLU SADIQLI
Azərbaycanda ölüm hökmü rəsmi olaraq ləğv edilib. Əbülfəz Bünyadova verilən bu məhkəmə hökmü isə (15 il və 3 ilini Qobustan qapalı həbsxanasında çəkməklə) məhz dolayısı ilə ölüm hökmüdür. Niyə? Ona görə ki, bu adam yataq xəstəsidir, özü özünə xidmət edə bilmir, hətta bioloji ehtiyacını yardım olmadan ödəyə bilmir və ona uzun müddətdir ki, başqası xidmət göstərib. İndi həbsdə və ya Qobustan həbsxanasında ona kim xidmət edəcək? Təbii ki, heç kim və öləcək! Və bu da ölüm

hökmü!!!
Bu mənada hesab edirəm ki, bu məhkəmə hökmü məhkəmə hökmü yox, cinayət aktıdır!
Və hesab edirəm ki, hakimiyyət bu cür qəddarlıqlarla nəinki istəyinə çata bilməyəcək, hətta ömrünü daha da qısaldacaq…!
PAYLAŞ