“AZƏRBAYCANIN DÖVLƏTİ VƏ DÖVLƏTÇİLİYİ İŞĞALDAN AZAD EDİLMƏLİDİR”

PAYLAŞIN

YAP-İN İSTEDAD DAĞARCIQLARININ ƏHALİNİ YEMLƏDİYİ ŞİRİN YALANLAR

Azərbaycanda dövlət və dövlətçilik YAP-ın işğalından təxirə salınmadan azad edilməlidir.

Bütün dünyaya bəyan edirik ki, bu hakimiyyət Azərbaycan xalqının seçimi deyildir.

Bildiririk ki, artıq özlərini iqtidar kimi təqdim edən, mahiyyətləri isə soyğunçuluq və quldurluqdan ibarət bir qrup şəxs 25 ildən artıqdır ki, Azərbaycanı talayır, oğurladıqları pulu xarici dövlətlərə ötürürlər. Həmin pulların hesabına ayrı-ayrı beynəlxalq təşkilatların təmsilçiləri olan siyasətçilərə, dövlət xadimlərinə, deputatlara və s. rüşvət verir, onları satın alırlar. Bununla da hakimiyyəti əldə saxlamaq üçün onlardan bir alət kimi istifadə edirlər. Xalqa isə bunu həyasızcasına dövlət maraqlarına xidmət etməklə həyata keçirmələri haqqında əsassız fikir sırıyırlar.

Dünya artıq bu yalanlara inanmır. Səməd Seyidovun ifşa edilməsi və Avropadan qovulmasının bütün ölkə üçün rüsvayçılıq və təhqir sayılmasına baxmayaraq, YAP həyasızları bundan bu gün də arsızcasına danışırlar.

Gəlin bunları onların olan, yaxud olmayan vicdanlarının ixtiyarına buraxaq. Burada ən təhlükəlisi ondan ibarətdir ki, hazırda dünya siyasətçilərindən heç kim familiyası çirkli pullarla hallanan Azərbaycan səlahiyyətlilərilə bir masa arxasına əyləşərək ölkənin işğal altında olan torpaqlarının sülh yolu ilə geri qaytarılmasını müzakirə etməyi mümkün hesab etmir.

Onu da nəzərə almaq lazımdır ki, torpaqların yalnız bu qaydada geri qaytarılması mümkündür. İqtidardakılar bu yolu bağlamaqla (şüurlu, yaxud şüursuz) xalqa və dövlətə açıq düşmənçilik etmiş olurlar. .

Fərqində olun! Səlahiyyətlilər!

Ziyanın yarısından da geri dönmək olar.              

Bunu da ata-babalarımız xeyir adlandırmışlar.

Əsrlərin süzgəcindən keçərək bizə qədər gəlib çatmış bu hikmətlə zəngin ifadəyə iki bir-biri ilə bağlı olan aspektdən yanaşaraq düşündüklərimi Azərbaycanın taleyi ilə maraqlananların, yaşayanların mühakiməsinə təqdim edirəm.

Azərbaycan adlı məmləkətin başına 2003-cü ildə qara daş düşdü. Üç gün belə, üç nəfərdən ibarət doğma ailəsinə rəhbərlik etmək təcrübəsi olmayan (onun barəsində o zamanların ərəfəsində yayılan şaiyələr, məlumatlar və s. yəqin ki, çoxlarının yaddaşlarından silinməmişdir.) İlham Əliyev ölkə başçısının kürsüsünə oturduldu.

Uzun illər boyu ölkənin baş iqamətgahında və onun yaxın çevrəsində özünə isti yuva qurmaq, heç bir zəhmət çəkmədən ölkənin milyardlarının sahibi olmaq, dövlət strukturlarını korrupsiyalaşdıraraq onun onurğa sütununun fəqərələrini belə rüşvət kərpiclərindən “hörmət” istəyənlər, nəhayət yalmana-yalmana öz arzularına çatdılar. Rüşvət o həddə çatdı ki, hörmət titulu qazandı, hörmətsizlər qısa müddətdə tarixin arxivinə təhvil verildi. Super talançılar, oğrular, soyğunçular, quldurlar dövlətin əsas strukturlarını ələ keçirdilər.

YAP-ın bilavasitə təşkilatçılığı və rəhbərliyi altında bütün dövlət strukturları yüzdəyüz faiz korrupiyalaşdırıldı.

İşbazlar cəmiyyətdə ehtimal olunan və yaşanması üçün hər keçən saniyədə belə əsas yaradırlar ki, narazılıqlar şişir, böhran artıq partlayış həddinə çatmaqdadır. Sadə bir işi belə siravi vətəndaş aidiyyatı dövlət strukturlarında rüşvətsiz həll edə bilmir, ərizə və şikayətlərlə müraciət etdiyi vəzifəlilər onun səsini eşitmir, dərdinə şərik olmaq əvəzinə, rüşvətxorlara açıq-açığına qahmarlıq edirlər. Situasiyanı Ə.Amaşovun inhisarında olan mətbuatda al-qırmızı çalarlarla zənginləşdirilərək insanların mənəviyyatına həyasızcasına təcavüz və müdaxilə edilir, onlar çaş-baş salınırlar.

Heç bir isbata ehtiyac yoxdur ki, bir ölkənin, millətin, xalqın dünya tarixində qalıb-qalmaması ölkədə təhsilin təşkilindən birbaşa asılıdır. Hamı çox gözəl bilir ki, sadə Azərbaycan vətəndaşı Rusiyada, Türkiyədə, digər ölkələrdə ağır əzabla qazandığı qəpik-quruşu repetitor müəllimlərə, mövcudluğu şəxsən məndə şübhə doğuran dövlətə məxsus məktəblərin direktorlarına rüşvət verməklə davam edən bir proses yaradılıb. 9-11-ci sinifdə oxuyan uşaqların böyük əksəriyyəti on bir illik təhsili bu üç il ərzində almaq üçün bir repetitorun yanından digərinin yanına qaçmalı olur, məktəbə getməyə vaxtı qalmır. Attestatı isə repetitorlardan yox, məktəb direktorlarından almağa məcbur olan məktəblilərin valideynləri məktəblə əlavə problemlər yaşamamaq üçün onun rəhbərinin cibinə repetitorlara verdiyinin iki mislindən artıq “hörmət” qoymağa məcburdur. Artıq heç kim üçün sirr deyildir ki, məktəb direktoru bu cinayətkar piramidada ən az payı olan fiquradır. Biz axı dünyada analoqu olmayan bir millətin yetkinləriyik. Ona görə də aramızda elələri tapılır ki, bu “hörmət”in içərisində yazıq direktora pay əlavə etməyi də özünə borc bilirlər. Beləliklə, vətəndaş övladının təhsili üçün ən azı beş dəfə artıq xərc çəkməli olur. Dövlətə vergi verir, digər ödənişləri həyata keçirir, repetitor tutur, uşağın sinif jurnallarında davamiyyətinin qeyd edilməsi üçün müəllimlərin bığlarının altından keçməli, onlara görüm-baxım etməli, direktorlara haqq verməli olur, təhsil şöbəsinin inspektorunun bu qanunsuzluqları görməməzliyə vurması da müəyyən xərc tələb edir. “Qul bazarlarında” qəpik-quruşa belə işləməyə hazır olan, lakin, bunu da vaxtı-vaxtında tapa bilməyən məzlum insan sözsüz ki, belə quduzlaşmış xərclərin öhdəsindən gələ bilmir. Uşaq təhsildən yayınır. Küçəyə atılır. Bunun arxasınca isə nələr gəldiyini izah etməyə lüzum görmürəm.

Təhsil sisteminə, daha yüksək və qazanclı vəzifələrə irəli çəkilmək üçün gətirilmiş, bu sahədən demək olar ki, heç elementar təsəvvürü olmayan Mikayıl Cabbarovdan ali məktəb, institut və universitet tələbələrini məhv edən bir murdar miras qalmışdır. Müşahidə etdiyim təcrübə təqribən belədir. Arxalı köpəklərdən biri bir fənn üzrə müəllim təyin olunur və o, ali təhsil ocağında ancaq bahalı avtomobili ilə yaddaşlara köçürülür. İmtahan sessiyası zamanı həmin avtomobil “ali təhsil” ocağının qarşısında peyda olur. Dövlət vəsaiti hesabına təhsil alan və yuxarılarla qohumluq əlaqələri müəyyənləşdirilməmiş tələbələrə kəsir saxlanılır. Həmin fənlərdən kəsir növbəti kurslar ərzində davam etdirilir. Diplom ərəfəsində tələbəyə bütün bu kursları öz vəsaiti hesabına yenidən oxumaq təklif olunur. Burada kağızların üzərində parıldayan ədədlər adətən ödənişli təhsilə görə xərclərdən ən azı iki dəfə çox olur. Beləliklə, bütün gələcək həyatını alacağı diplomu əsas götürməklə planlaşdırılmış gənc və onun valideynləri küçələrə düşərək pul dilənir. Tapa bilənlər diplom, tapa bilməyənlər isə hərbi hissələrdə xidmətə göndəriş alırlar. Qoy belə olsun. Başında İlham Əliyevin oturulduğu YAP hakimiyyəti insanlara qarşı onsuz da saysız-hesabsız haqsızlıqlar etmişdir və bu gün də o haqsızlıqlar müxtəlif formalarda davam etməkdədir.

Məni narahat edən, rahatlığımın üstündən qara xətt çəkən tamamilə başqa şeydir. Həyatı bu tərzdə yaralanan, pozulan, məhv edilən gənc bunun üçün birbaşa cavabdeh olan İlham Əliyevi, onun ailəsini (onsuz da ölkədə əsas vəzifələri onlar zəbt etmişlər) yox, Azərbaycan dövlətini günahlandırırlar.

Deməli buradan belə bir nəticə hasil etmək olar ki, hakimiyyəti qəsb edənlər onun sabahının da taleyini həll edirlər. Dövlətin içərisində ona qənim kəsilmişlər yetişdirilir.

 Bu çox ciddi problemə xüsusi diqqət yetirməkdə məqsədim ondan ibarətdir ki, 2020-ci ildə parlamentə növbəti seçkilər keçirilməlidir. Hazırkı parlamentdə əyləşənlərin 90%-dən çoxu talançılar, oğrular, əyrilər, bir sözlə, üzdəniraqlardan ibarətdir. Seçki ilə bağlı əhalinin düşüncəsində, şüurunda qısa müddət ərzində inqilabi xarakterli dəyişikliklər baş verməlidir. İnsanlar nəhayət yuxudan ayılmalı, öz taleyinə, dövlətinə, səsinə sahib çıxmalı, YAP-ı çirkli əsgiyə büküb Balaxanı məişət tullantıları zavoduna emala göndərməli, xalqa fəlakətlər, faciələr gətirmiş bu hakimiyyət vahiməli yuxu kimi adamların yaddaşlarından silinməlidir.

Burada bir şeyi xüsusi olaraq oxucuların yaddaşlarında canlandırmaq istəyirəm. Məzahir Pənahovun və onun MSK-sı  bir nəfər kimi seçki proseslərinə hazırlıq proseslərinə belə buraxılmamalıdırlar. Onlara, son parlament və prezident seçkiləri zamanı etmiş olduqları saxtakarlıqları səmimi etiraf etmək, faktiki səslərə uyğun protokollar tərtib edilərək təqdim etmək təklif olunmalıdır.

Mən ümid edirəm ki, saxta seçkiləri saxta sənədlərlə başa vuran 20.000 nəfərə yaxın olan bu insanlardan, yamaqlı vicdanları hələ sökülüb-deşilməmişlər tapılacaq və Azərbaycanın haqq səsinə səs verəcəklər. Cəmiyyətdə sağlamlaşma, saflaşma prosesinin başlanmasına bu ən qiymətli tövhə ola bilər.

Komissiya üzvləri bilməlidirlər ki, onlar seçki sənədlərini saxtalaşdırmaqla ölkəni, əhalini, birinci növbədə özlərini və ailələrini  talançıların, oğruların, killerin yeminə çeirirlər. Beləliklə, bu zavallılar fərqinə varmadan özləri, ailələri və Allah qarşısında bağışlanması mümkün olmayan günah işlətmiş olurlar.

Mən üzümü Azərbaycan adlanan məmləkətdə özünü müxalif adlandırmaqla, xalqın haqqının tapdalanmasına, sərvətinin talanmasına, dünya xalqları arasında 3-cü növ elan edilməklə qoyun adlandırılmasına şərait yaradanlara tutaraq deyirəm. Ay kişilər, ay xanımlar, bəylər və s. və i.a., ayılın və özünüzə nəticə çıxarın. Növbəti 5 ilə müxalifət kimi daxil olanlardan böyük əksəriyyəti inşAllah tarixin qarşıdakı kəsiyində bu məkanın qaranlığa çevrilməsində xüsusi xidmətləri olan işıqlı dünyanı dəyişəcəklər. Arxayın olun, bunun qarşısını heç kim ala bilməyəcəkdir. Yaxşısı budur ki, elə bu gün gecikmədən bu murdar yarlığı üstünüzdən kəsərək, atın.

İlham Əliyevin komandasında olan super fırıldaqçıların (bunlardan böyük əksəriyyəti onun ən yaxın çevrəsindədir) isdedadlarına bir çox hallarda sözün əsl mənasında həsəd aparıram, paxıllığım (şükürlər olsun bir yaradana ki, bu keyfiyyəti mənə sözün birbaşa mənasında əsirgəmişdir) tutur.

Məsələn, İlham Əliyev və onun hakimiyyəti zəbt etdikləri dövr ərzində “dırnaqarası” zəfərlərə imza atmış YAP-çıları son 25 il ərzində respublikanın ərazi bütövlüyünün (prezidentin 1 №li borcu) təmin edilməsi üçün barmaq-barmağa toxundurmamışlarsa, onlar bu istedad çərçivəsində bəlkə də 10 il əvvəldən manatın devolvasiyasını planlaşdırmış, çoxsaylı insanların məhvinə yol açmış bu məkirli, çirkin işi soyuqqanlıqla, ardıcıllıqla həyata keçirilməsinin öhdəsindən gələ bilmişlər. Bu günün reallıqlarındn xalqa qarşı edilmiş belə ağır cinayətə nikbin düşüncə ilə yanaşmaqla özümə nəticə çıxarar və fikirlərimi yekunlaşdıra bilərdim. Təəssüf ki, bu mümkün olmadı. Sunaminin ikinci dalğası bizi özünün ağuşuna aldı. İlham Əliyev xalqın nifrətinin həddini aşdığından çəkinərək banklarla əhali arasında yaranmış problemlərin həlli barəsində qərar qəbul etdi.

Əli Əhmədov dərhal mikrafonlara hakim kəsildi və bildirdi ki, prezident problemi olan vətəndaşın yanındadır.

Əli Əhmədov Siz burada biraz təmkinli olun. Balaca bir izahata qulaq asın. Səhvinizi xalq qarşısında etiraf edin ki, İlham Əliyev devolvasiyadan əvvəl də, elə devolvasiya prosesində də, ondan sonraki tamaşaların təşkilində də YAP aferistlərinin yanında idi. Başqa cür ola da bilməz. Çünki Yalançı Azərbaycan Partiyasının(YAP) de fakto və de yure başqanıdır. İndi isə bütün oxucularının nəzər diqqətinə bu afyoranın detallarını çatdırıram.

Dövlət səviyyəli bu afyoranın təşkilatçıları və icraçıları İlham Əliyevin sağ və sol əlləri olan (görürsünüzmü Allahın bu məzlum xalqa rəhmi gəlib onun ayaqlarına əl statusu verməyib, yoxsa aferistlərin sayı ən azı 2 dəfə artmış olardı) Samir Şərifov və Elman Rüstəmovdur.

Azərbaycan xalqına sayı-hesabı bilinməyən faciələr gətirmiş bu afyora ölkənin baş bankirinin və onun büdcə vəsaitlərinin hakim ailənin sifarişləri əsasında yorulmadan lazımi istiqamətlərə transfer edilməsində (fondun ayağına yapışdırmaqla) xüsusi istedad sahibi olduğunu dəfələrlə sübut etmiş qudası Əhməd  Əhmədzadənin bir ailədə birləşmiş və yaşamaq üçün dünyanın ən bahalı ölkələrini seçmiş övladları bir neçə dəqiqənin içərisində dünyanın ən zəngin gənc ailəsi tituluna sahib oldular.

Şərifovun əziz-xələf oğlunun itinin xərcləri Azərbaycan DSMF-nin illik fondu ilə müqayisə olunan səviyyədədir.

Hakim ailənin üzvləri və bir sıra yaxınlarının bu əməliyyatdan qazancı barəsində söylənilən rəqəmlər məndə baş gicəllənməsi yaratdığı üçün onları qeyd edə bilmirəm. Maraqlanan olarsa telefon açsın. Cavab verərik.

Əli Əhmədovun “prezident problemli insanların yanındadır” kimi pafoslu ifadə ilə xalqa sırıdığı fikirlə bağlı mülahizələrimi də oxucularımla səmimi şəkildə bölüşürəm.

İlham Əliyev bütün hallarda olduğu kimi, bu dəfə də xalqla qeyri- səmimidir. Hüquqi terminologiyaya müraciət etmiş olsaq, hərəkətlərində vəzifədən sui-istifadə və vəzifə səlahiyyətlərinin aşılması tərkibləri vardır.

Sual olunur. İlham Əliyev hansı maraqlara xidmət edərək hakim ailəyə və onlarla birbaşa bağlı olan qeyri-dövlət kommersiya banklarının xalqa fırıldaq gəlməklə oğurladıqları pulları xalqın öz vəsaiti (dövlət büdcəsi xalqındır. İlham Əliyevin şəxsi rəhməti nəticəsində qazanılan pul deyil) hesabına, insanların boynuna böyük minnət qoymaqla geri qaytarır. Bu işin arxasında da çirkli məqsədlər durur. Əli Əhmədov isə nə deyirsə, özü üçün deyir. Ondan kim dəyərli, müsbət bir yüklə yüklənmiş söz eşidibsə, qoy buyursun ortaya. Hansı auditoriyada istəyirsə fikir mübadiləsi aparaq.

Səhvə yol verdiyimiz halda biz üzr istəməyi də bacarırıq.

Kaş elə biz səhv edək. Onda ziyanını da özümüz çəkəcəyik.

YAP-çılar üçün İlham Əliyevin baldan da şirin dadan sözügedən qərarını təzəcə qaysaqlamağa başlayan, qanaxmaları dayanmış yaranın xüsusi vəhşiliklə soyularaq (daşnaqsütun dəsti-xətti) yerinə duz basılması kimi qəbul edirəm. Hakimiyyət Respublikada mövcud olan reallıqlardan o qədər uzaq məsafədədədir ki, hərəkətləri zamanı canlı insanlarla robotlar arasındakı fərqi belə anlamır.

Respublika əhalisinə devolvasiyanın gətirdiyi faciələr barəsində cildlərlə sənədli əsərlər yazılmış olsa belə, fəlakətin hüdudlarının yalnız kiçik bir hissəsini əhatə etmiş olar.

İlham Əliyev, Mehriban Əliyeva, Ramiz Mehdiyev, Zeynal Nəqdəliyev, Əli Əsədov, Samir Şərifov, Elman Rüstəmov və bir sıra başqalarının ac nəfislərini doyuzdurmaq məqsədi ilə həyata keçirdikləri bu afyoranın birbaşa dövlətə vurmuş olduğu, miqyasları ölçü vahidlərinə sığmayan ziyandan (idxal, ixrac əməliyyatları manatın məzənnəsi ilə birbaşa bağlıdır) danışmaq fikrim yoxdur. Ayrı-ayrı insanların başına gələnlər barəsində aldığım məlumatlar əsasında etmiş olduğum ümumiləşdirmənin bəzi nəticələrini qeyd edirəm.

Yeni ailə qurmaq üçün iki gənc xərclərini bank krediti hesabına həyata keçirmək istəyirlər. Hakim ailəyə məxsus banklardan birindən kredit götürmək qərarına gəlirlər. Bankda gənclərin “fəzada” uçduqlarını dərhal hiss etmiş taxta manatla verilən krediti tərtib edilmiş sənədlərdə Amerikanların pul vahidi kimi əks etdirmiş, müştərilərə imzalatdırmışlar. Gənclər ev almış onu təmir etdirmiş və ailə quraraq, orada xoşbəxt yaşamağa başlamışlar. Bu yerdə deyirlər sən saydığını say, İlham Əliyevin Əli Əsədovu ilə Samir Şərifovu Elman Rüstəmovla birgə nə sayırlar.

Gənc ailə dünyaya gəlişini səbirsizliklə gözlədiyi körpənin yeddinci ayının ilk gecəsini hər gün olduğu kimi rahat yatırlar və səhər qalxırlar. Bu yerdə televizorun düyməsini basan kimi qara xəbər – devolvasiya. Bir neçə gündən sonra bu ölüm saçan qara xəbərə ondan daha zil qarası əlavə olunur. Gənclərə məlum olur ki, kreditləri dollarla hesablanıb və yeni hesabın ödənilməsi onlar üçün əlçatmazdır. Təqribən bir ilə yaxın bundan əvvəl özündən bəy olan gənc şokdan ayılanda başa düşdü ki, o əvvəl hələ dünyaya göz açmamış körpəsini, onun dalınca ömür yoldaşını, evini itirmiş, həyatda tək-tənha qalmışdır. Nə etməli?. Cavab özünü gözlətmədi. Ən qısasını seçdi. Gedənlərin dalınca getməli.

Xoşbəxt həyat yaşamaq, xoş gün görmək, nümunəvi, cəmiyyətə yararlı övladlar yetişdirmək, ərsəyə çatdırmaq üçün bu dünyaya gəlmiş iki gənc belə bir aqibətə sahibləndilər.

Devolvasiya minlərlə taleləri sındırdı, yüzlərcə insanları məhv etdi. Evsiz, eşiksiz, ailəsiz, uşaqsız qoydu.

“Prezident problemli insanların yanındadır” – demekden yorulmayan YAP quldurlarından soruşuram. İlham Əliyev kimin yanındadır?

İlham Əliyev elə hesab verməli olacaq ki, o, təkcə prezidentliyə iddialı olduğuna görə yox, anadan doğulduğuna görə peşman olacaq.

YAP-ın yaradıcısı (hazırda hakimiyyəti mənimsəyənlər bunu sözdə təsdiq etsələrdə, hərəkətləri ilə tam inkar edirlər) Heydər Əliyev demişdir:

 

– Dövlət iki halda çökür, məhv olur:

1. Təqsirkar (cinayətkar) cəzasız qalanda;

2. Günahsız cəzalandırılanda.

İlham Əliyevin fəaliyyətinə səthi nəzər salır və aşağıdakı suallara qərəzsiz cavab verməklə, nəticə çıxarmanızı xahiş edirəm.

Füzuli, Nizami Ələkbərov qardaşları, Ziya Məmmədov, Eldar Mahmudov, Əli Abbasov, Səlim Müslümov və yaddaşımın məhv edilməsinə yol verməkdən ehtiyat etdiyim, qorxduğum üçün yüzlərlə Azərbaycan Dövlətinin düşmələri, xalqa zülm etmiş, onun və dövlətin sərvətini talamış, nəhayət bu xalqın tarixinə qara ləkə salmış üzdəniraqlar indi harada kef məclisləri quraraq, eyş-işrət içərisində yaşayırlar və bundan ötrü cavabdehlik konkret olaraq kimin üzərindədir?

İlham Əliyev və onun mənimsəmiş olduğu hakimiyyətdə ömrünün daha da uzadılmasına öz şəxsi maraqlarından çıxış edərək, xidmət edənlər bir şeyi yaddan çıxarırlar ki, onlar on milyonlarla Azərbaycanlının hər gün haqqına girirlər və buna görə onları nağıllarda belə eşitmədikləri cəhənnəm əzabı gözləyir.

Mən beş ilə yaxındır ki, elektron mətbuatda İlham Əliyev iqtidarının xalqın maraqlarına zidd, Azərbaycan dövləti, dövlətçiliyi üçün təhdid və təhlükə olduğu barədə yazır, özümü təhdidlərə, təzyiqlərə və təhlükəyə məruz qoyuram. Ancaq bu yoldan dönə bilmirəm, çünki, bu yol haqqın yoludur. Onu kimsə getməlidir.

Qismətim budur. Edirəm…

Qoy Əli Əhmədovlar salim olsunlar. Bu yazının üzərində işləyərkən eyni zamanda radioya da qulaq asırdım. 22 iyul mətbuat günü münasibəti ilə İlham Əliyev və YAP-ın digər istedad dağarcıqları əhalini şirin yalanlarla şirin-şirin yedirirdilər. Əliyev, bir də mətbuat tam azadlıq üyüdürdü.

Məni bunlar yenə heç özümün də xoşumun gəlmədiyi bir sualı verməyə təhrik etdilər. Yalançı Azərbaycan Partiyası(YAP) söz və mətbuat azadlığını necə başa düşürlər?

Deməli, bu hakimi mütləqlər belə hesab edirlər ki, yazanlar dar ağacından asılmırlarsa və küçənin ortasında güllələnmirlərsə, deməli, söz tam azaddır. Bəs yazılanlara kim cavab verməlidir? Son beş ildə şəxsən İlham Əliyevə ünvanladığım və bibaşa dövləti cinayətkarlar barəsində olan yazılara niyə cavab verilmir?

İlham Əliyev ölkə Konsitutiyasına sayğıszlıq edir, yoxsa hesab edir ki, mənə qarşı hörmətsizlik etmək mümkündür.

Hər iki halda bu mümkünsüzdür.

                                               Konkret öz haqqımda.

1. 20 il Azərbaycan dövlətinə, dövlətçiliyinə təmənnasız və sədaqətli qulluq etmişəm.

2. 2015-ci il xüsusi dövlət əhəmiyyəti daşıyan tapşırığın icrası zamanı daim ikinci kənar şəxsin köməyinə ehtiyacı olan ömürlük birinci dərəcəli əlilə çevrilmişəm.

Ölkədə baş verən talanlar, soyğunçuluqlar, dövlətə və xalqa qarşı xəyanətlər, hökümətin səriştəsiz, savadsız, mənəviyyatca aşınmış təhlükəli ünsürlərin əlinə keçməsi və bütün bunların hakim ailədən qaynaqlandığı barəsində 2016-cı ilin yanvar ayından etibarən dövri mətbuatda yazılarım dərc edilməyə başlanmışdır. Hər bir yazı dərc edilməzdən ən azı bir ay əvvəl “prezident.az” saytına göndərilmiş, heç bir cavab verilmədiyi aydın olduqdan sonra içtimaiyələşdirilmişdir.

Yazılan içtimaiyyətə çatdırıldıqdan sonra mən və ailə üzvlərim təqib edilməyə başlanmışdır. Sumqayıt polisi əvvəl özümü, dalınca oğlumu (uşaqlıqdan II qrup əlil-epileptik), sonra isə nəvəmi “islah” etmək üçün polis idarəsinə aparmış, bir şey yapışdıra bilmədiklərini gördükdən sonra avtomobillərimiz hədəfə alınmışdır. Beş ildən artıqdır ki, məhkəmələrin yollarındayıq. Haqqın eşidiləcəyinə inamımızı yüzdəyüz faiz itirdikdən sonra “İlham Əliyevə eşq olsun” deyib geri çəkilmişik. Özümün istismarımda olan “Mersedes-Benz”-C230 markalı 99-HB-317 n/nişanlı avtomobili bir il 8 gün cərimə meydançasında heç bir səbəb olmadan saxladılar. Tam yarasız vəziyyətə salındıqdan sonra, başa düşəndə ki, bunlar bütün sərhədləri keçiblər və artıq bu kiminsə həyatı bahasına başa gələcəkdir (bu barədə yazılı şəkildə xəbərdarlıq təqdim edilmişdir) avtomobili oradan götürə bildik. Bu zaman da polisin bir cinayətinin də şahidi olduq. 27 iyul 2017-ci ildə mənim avtomobilim cərimə meydançasına alınarkən onun kondisioneri işlək vəziyyətdə idi. 05 Avqust 2018-ci ildə onun işləmədiyinin şahidi olduq. Digər, daha vacib hissələrin yenilənməsinə ehtiyac olduğundan kondisioneri sona saxladıq.

Mənim sol tərəfim iflic olduğu üçün içtimai nəqliyyatdan istifadə edə bilmirəm. Ona görə də nəvəmə məxsus “Opel” markalı avtomobili sataraq, Mersedesin üzərinə qoyduq. Kondisionerə növbə çatanda bizə məlum oldu ki, onun kompressorunun ancaq qabığı (kojuxu) içərisi boş olmaqla yerindədir. Bakının 8-ci kilometr bazarında bunu nümayiş etdirdikdə gülüşlə qarşılayaraq bildirdilər ki, “ölüxana”da ehtiyat hissəsi satanlardan iki əclafın cərimə meydançaları ilə əlaqələri var. Onlar yerində avtomobili texniki vasitələrlə yuxarı qaldırır, altına girərək sökür və hissələri yararsızlarına dəyişdirirlər. Belə əməllərin polisin gündəlik fəaliyyəti ilə müqayisədə heç bir şey olduğunu nəzərə alıb boynuna ip salmadıq.

Oxucularıma səmimi etiraf edirəm ki, bu yazını yazmaq barəsində sosial sifarişin olduğunu xeyli vaxt hiss etsəm də bir qərara gələ bilmirdim.

Bir neçə gün əvvəl bu gidi dünyanın bütün ağrı-acılarını öz üzərində yaşamış və hər yaşadığını bir məktəbə çevirərək ondan real nəticəyə gəlməyi bacarmış, nəticədə bu günkü dünya hadisələrinin reallıqlarından çıxış etməklə onu örnəyə çevirə bilmiş bir el ağsaqqalı ilə həmsöhbət oldum. Bu dünya görmüş və bu dünyanın içərisində öz dünyasını kəşf edərək 80 illik ömrünü ona sərf etməklə, şana, şöhrətə, şərəfə və ən başlıcası insanların hədsiz sevgisi və hörmətinə nail olmuş bir Azərbaycan kişisidir.

Danışığından İlham Əliyevin fanatı olduğu aydın hiss olunurdu. Gənc ölkə başçısından söhbət açarkən hədsiz qürur hissi keçirdiyi mənimlə birgə söhbətdə iştirak edən iki hörmətli ziyalının da diqqətini özünə bağlamışdır.

Ucqarda belə bir insana rast gəldikləri onları da sözün əsl mənasında məftun etmişdi. Dərin zəkalı ziyalı ilə ayrılmaq istəmir, hər bir fikrini, kəlamını, əgər belə demək mümkndürsə, içlərinə sorurdular. Düşdükləri möcüzədən ayrılmaq istəmirdilər.

Açığını etiraf edirəm ki, ancaq sanlı günlərdən sonra şərəfli ömür yolunun 80 illiyi qeyd olunacaq bu kamil insanın söhbətin bu aspekti məni açmadı. Ancaq ağsaqqalın fikrinə müdaxilə etməyə cəsarət etmədim.

Ehtiyat etdim ki, belə bir nəhəng insan adımı müxafiləzçilərin siyahısına yazar. Sonra isə adımı bu qara sihayıdan çıxarmağa gücüm çatmaz. Bu dərdi isə mən özümlə daşıya bilmərəm. Ona görə də bir neçə faktlara söykənən istiqamət üzrə fikirlərimi heç bir qərəz və şəxsi motiv ( tərcümə edə bilmədim bağışlayın ) olmadan qələmə aldım. Vaxtını əsirgəməyənlər oxuyub nəticə çıxara bilərlər.

El ağsaqqalına, ziya saçan insana, MURADXAN bəyə 80 illik möhtəşəm yubileyin mübarək olsun deyirəm. Pozitiv auralı böyük vətəndaş, İNSAN.  Sizin ən azı daha bu qədər yaşamağa, bizlərə həyat fəlsəfəsi aşılamağa, dərs verməyə haqqınız vardır. TANRININ RƏHMİ VƏ RƏHMANI üstünüzdən əksik olmasın. Qarşınızda baş əyir, səcdəyə gedirəm.

Oxucularıma dərin hörmət və sayğılarla 

Tahir Babayev

(050) 331-58-11(055) 753-50-79

28.07.2019            

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*