“… AZƏRBAYCANIN GƏLƏCƏYİ CİDDİ MƏCHULA SÜRÜKLƏNİR”!!!

PAYLAŞIN

Mirmahmud Mirəlioğlunun təşəbbüsünü aşağılamaqla heç kim ucalmayacaq.“!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Anlamadım. Hər partiyanın muxtar hüququna ehtiramı niyə dəfn eləmisiniz, cənab demokratlar. Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi partiya və ya hərəkat sərbəst hərəkət etmək azadlığına malikdir. Ayın 30-da mitinq elan edib. Özü də Qarabağ mövzusu ilə. Özü də elan etmir ki, burada mənəm, Bağdadda kor xəlifə. Hamını da dəvət edir. Ümumxalq mitinqi olmasını istəyir. Buna ehtiramı olmamaq ciddi qüsurdur. Dünən də bir başqası piket, mitinq elan etdi, tarana getmək istədi. Bu da onun taktikasıdir. Hər hansı qurumun hərəkəti qanunlar, nizamnamələr və rəhbər qurumların qərarları ilə tənzimlənir. Hamı niyə bir araya gələrək vahid mübarizə planı hazırlamır? Bunu düşünün. Axı Azərbaycanın gələcəyi ciddi məchula sürüklənir. Bunun fərqində olmaq daha faydalıdır. Yoxsa şəxsi inciklikləri siyasi müstəviyə daşımağa cəhd edilsə uduzan millət, dövlət olacaq. Artıq hətta bir fərdin azadlığını məhdudlaşdırmağa cəhdləri də nümayiskəranə siyasi meydana daşınır. Olmaz, vallah, bu cür yaramaz. Azadlıqlara ehtiramlı olmaq hər kəsin, xüsusilə iddialı kəsimin borcu olmalıdır. Mirmahmud Mirəlioğlunun təşəbbüsünü aşağılamaqla heç kim ucalmayacaq. Uduzan məmləkət olacaq. Hər kəsi bir-birinin varlığına ehtiramı olmağa dəvət edirəm.

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*