“AZADLIQ HAQQINDA BİR MAHNI ÖLDÜRÜR MƏNİ …” !!!

PAYLAŞIN

RÜSTƏM BEHRUDİ-63 

BU GÜN RÜSTƏM BEHRUDİNİN DOĞUM GÜNÜDÜ – 63 YAŞIN MÜBARƏK BÖYÜK ŞAİR!!!

ÖMÜRDƏN GEDƏN YEL QANADLI İLLƏRİN AXARINCISI OLSUN, 100 YAŞA, MİLLƏTİN BÖYÜK OĞLU !!!!!!!!!!!!!

O, ALLAH ŞAİRİ, HAQQ ŞAİRİDİ!

O, MİLLƏT ŞAİRİ, XALQ ŞAİRİDİ!

O, SEVGİ ŞAİRİ, EŞQ ŞAİRİDİ!

BUYURSUN MƏCLİSƏ, RÜSTƏM BEHRUDİ!!!

———————————————————————-

rüstəm-5Rüstəm BEHRUDİ

“YAZIQ DİBÇƏKLƏRDƏ YANIB, KÜLƏ DÖNƏN ÇİÇƏK AZADLIĞIMIZ, 

YAZIQ MƏNƏ,  KOR OLURAM TÜSTÜNƏ…”!!!

… AZADLIQ SUSAN MEYDANDI BİR DƏ,

KÖZ KİMİ BAĞRINA BASIB BAKI,

BİR DƏ YATAN QİYAMDI,

QİYAMDI RUHUMDAKI…”!!!

 

Azadlıq bu şirin sözdə nələr var,rüstəm behrudi-21-21

Azadlıq yoxdursa, viranələr var.

I

Bütün pərdəsiz pəncərələr

Qəm pəncərəsidir, qəm …

…Istanbulda Kadıköydə

Çamlıca xəstəxanasınınrüstəm behrudi-12

pərdəsiz pəncərələrindən

Həyətdə qar altında çiçəkləyən

Gilənar ağacına baxa-baxa

Sən və Azadlıq haqqında

düşünürəm…

Və elə bu an;

xatırlayıram –RÜSTƏM-6

Sən azad olasan deyə

Nə cür əl çəkdim azadlığımdan.

II

Azadlıq!

Ah, mənim azadlığım!

– Qarımış bacı, yenilmiş qardaş,

Gəlməyəcəyini bilə-bilə

Oğul yolu gözləyən ana…ana-oğul

Tanrım! Ölüm yatağında

Ölüm də çox asan görünür

azadlığı olmayana.

III

Azadlıq Bakıda

Gecələr sağ-solu

Fahişələrlə dolu

Gedib dənizə dirənənazad qadın

Ən uzun bir küçənin adıdır…

Bakıda Azadlıq sadəcə

bir küçənin adıdır.

Azadlıq!

Bu şirin söz dilimdə

zəhər dadır;

Azadlıq Bakıda

Gecələr sağ-solu

Fahişələrlə dolu

Gedib dənizə dirənənazadliq_prospekt

Ən uzun bir küçənin adıdır…

Bakıda Azadlıq sadəcə

bir küçənin adıdır.

“Azadlıq” susan meydandı bir də

Nə zamandı köz kimi

bağrına basıb Bakı;

Bu meydan indi addı

Bir də yatan qiyamdı,

qiyamdı ruhumdakı.azadlıq meydanı-001azadlıq meydanı

Bu məmləkətdə şairlər lal-kar,

Əvəzində Bakının küləkləri dəlidi,

Əvəzində Bakının çiçəkləri dəlidi…

Azadlıq – Bakıda soyunan bir qadın heykəlidi…

IV

…Azadlıq Sinqapurdaorxideya

orxideya çiçəyidi;

Bu məmləkətdə dibçəkdə doğulub

Dibçəkdə yaşayıb, dibçəkdə ölər.

Yazıq dibçəklərdə yanıb, külə dönən

çiçək azadlığımız,

Yazıq mənə, kor oluram tüstünə…

…Azadlıq Sayqonda

Düşmən qərargahına uzanansayqonsayqon-001

250 km-lik yeraltı tuneldi

Təkbaşına döyüşçü Kuçili qızlar

Gəlin gedən kimi gedər,

gedər düşmən üstünə.

V

Qərbdə Azadlıq!amsterdamda azannotr-dam-de-pari-2

– Amsterdamda azan səsidi,

Parisdə pəncərəsi pərdəsiz

Notrdam kilsəsidi…

Vatikanda mavi keşişlərin

duaları, andı,

Londonda şəhərə çökən dumandı,vaticandumanli albion

dumandı azadlıq.

VI

Şərqdə Azadlıq –

Azadlıq anı

Lüt-üryan hacıların

Məkkədə şeytana atdığı daş;MƏKKƏDƏ ŞEYTANA DAŞİSANIN TORİNO KƏFƏNİ

Qərbdə Azadlıq –

Kələkbaz Leonardo Da Vinçinin

Isanın Torino kəfənidi,

Sirri açılır yavaş-yavaş.

Şərqdə Azadlıq –

Çində Çin səddidi,

Qüdsdə ağlayan divarlar.cin.seddiKƏBƏ

Kəbənin hər il təzələnən örtüyüdü

Və bir də ilbəil dəyişən zəvvarlar.

VII

“Azadlıq”

Amerikanın qulağının dibində

Kuba adlı bir ada;

Xalqı Azadlıq haqqındaChe-Guevarkuba havana

Çe Gevara adlı mahnı oxuyur

Acqarına səhərdən axşamacan

Havanada, Varedorada.

Azadlıq adası – Kuba…

Kuba azadlığın köksündə bir yara.

“Azadlıq” adasında

Azadlıq haqqında bir mahnı

Öldürür məni,

Mahnımın adı – Çe Gevara.

VIII

Kim nə deyir desin,

Azadlıq qılıncların

oxuduğu nəğmədi;rüstəm-4

Çünki,

Azadlıq qan tökməkdi,

Fərqi yoxdu

Başqasının olsun, ya özününkü…

IX

Hər il

“Azadlıq” meydanındanRÜSTƏM-6ŞUŞANIN DAĞLARI

zəvvarlar gedir.

Allahın evinə

sevinə-sevinə.

Bu nə yoldu Tanrım?!

Bu nə yoldu imanlı

Imansızla bir gedir.

Şuşadan keçməyən yol

Kəbəyə nə cür gedir?!

Тanrım, nə cür gedir?!

X

Bu nə cür şəhərdi, Tanrım?!KÜLƏKLİ BAKIKÜLƏKLİ BAKI-001

Şairləri yox,

küləkləri dəlidi

Sevənləri yox,

çiçəkləri dəlidi.

“Azadlıq”!,

Azadlıq Bakıda soyunan bir qadın heykəlidi.

Doğum günün mübarək, ömrün mutluluklarla dolu olsun, Böyük Şair!

Həyatın ən əbədi anları, ən xoş saatları, ən xoşbəxt günləri, ən mutlu ayları və illəri, ən təmiz, ən pak, ən bakirə duyğuları, dünyanın ən uca zirvələri, ən yüksək mərtəbələri, ən ali məqamları Sənin olsun!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

 291 total views, 2 views today

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*