“AZADLIQ HAQQINDA BİR MAHNI ÖLDÜRÜR MƏNİ…”!!!

PAYLAŞIN

Rüstəm BehrudiO ALLAH ŞAİRİ, HAQQ ŞAİRİDİ!

O, MİLLƏT ŞAİRİ, XALQ ŞAİRİDİ!

O, SEVGİ ŞAİRİ, EŞQ ŞAİRİDİ!

BUYURSUN MƏCLİSƏ RÜSTƏM BEHRUDİ!!!

 

         

                                RÜSTƏM BEHRUDİ-58 

Rüstəm B-1

 

 

“AZADLIQ SUSAN MEYDANDI,

KÖZ KİMİ BAĞRINA BASIB BAKI

BİR DƏ YATAN QİYAMDI,

QİYAMDI RUHUMDAKI”

 

 Rüstəm BЕHRUDİ

Azadlıq bu şirin sözdə nələr var,

Azadlıq yoxdursa, viranələr var.

I

Bütün pərdəsiz pəncərələr

Qəm pəncərəsidir, qəm …

…Istanbulda Kadıköydə

Çamlıca xəstəxanasının

pərdəsiz pəncərələrindən

Həyətdə qar altında çiçəkləyən

Gilənar ağacına baxa-baxa

Sən və Azadlıq haqqında

düşünürəm…

Və elə bu an;

xatırlayıram –

Sən azad olasan deyə

Nə cür əl çəkdim azadlığımdan.

II

Azadlıq!

Ah, mənim azadlığım!

– Qarımış bacı, yenilmiş qardaş,

Gəlməyəcəyini bilə-bilə

Oğul yolu gözləyən ana…

Tanrım! Ölüm yatağında

Ölüm də çox asan görünür

azadlığı olmayana.

III

Azadlıq Bakıda

Gecələr sağ-solu

Fahişələrlə dolu

Gedib dənizə dirənən

Ən uzun bir küçənin adıdır…

Bakıda Azadlıq sadəcə

bir küçənin adıdır.

“Azadlıq” susan meydandı bir də

Azadlıq!

Bu şirin söz dilimdə

zəhər dadır;

Azadlıq Bakıda

Gecələr sağ-solu

Fahişələrlə dolu

Gedib dənizə dirənən

Ən uzun bir küçənin adıdır…

Bakıda Azadlıq sadəcə

bir küçənin adıdır.

“Azadlıq” susan meydandı bir də

Nə zamandı köz kimi

bağrına basıb Bakı;

Bu meydan indi addı

Bir də yatan qiyamdı,

qiyamdı ruhumdakı.

Bu məmləkətdə şairlər lal-kar,

Əvəzində Bakının küləkləri dəlidi,

Əvəzində Bakının çiçəkləri dəlidi…

Azadlıq – Bakıda soyunan bir qadın heykəlidi…

IV

…Azadlıq Sinqapurda

arxideya çiçəyidi;

Bu məmləkətdə dibçəkdə doğulub

Dibçəkdə yaşayıb, dibçəkdə ölər.

Yazıq dibçəklərdə yatıb, külə dönən

çiçək azadlığımız,

Yazıq mənə, kül oluram tüstünə…

…Azadlıq Sayqonda

Düşmən qərargahına uzanan

250 km-lik yeraltı tuneldi

Təkbaşına döyüşçü Kuçili qızlar

Gəlin gedən kimi gedər,

gedər düşmə üstünə.

V

Qərbdə Azadlıq!

– Amsterdamda azan səsidi,

Parisdə pəncərəsi pərdəsiz

Notrdam kilsəsidi…

Vatikanda mavi keşişlərin

duaları, andı,

Londonda şəhərə çökən dumandı,

dumandı azadlıq.

VI

Şərqdə Azadlıq –

Azadlıq anı

Lüt-üryan hacıların

Məkkədə şeytana atdığı daş;

Qərbdə Azadlıq –

Kələkbaz Leonardo Da Vinçinin

Isanın Torino kəfənidi,

Sirri açılır yavaş-yavaş.

Şərqdə Azadlıq –

Çində Çin səddidi,

Qüdsdə ağlayan divarlar.

Kəbənin hər il təzələnən örtüyüdü

Və bir də ilbəil dəyişən zəvvarlar.

VII

“Azadlıq”

Amerikanın qulağının dibində

Kuba adlı bir ada;

Xalqı Azadlıq haqqında

Çe Gevara adlı mahnı oxuyur

Acqarına səhərdən axşamacan

Havanada, Varedorada.

Azadlıq adası – Kuba…

Kuba azadlığın köksündə bir yara.

“Azadlıq” adasında

Azadlıq haqqında bir mahnı

Öldürür məni,

Mahnımın adı – Çe Gevara.

VIII

Rüstəm Behrudi

Kim nə deyir desin, Azadlıq qılıncların oxuduğu nəğmədi; Çünki, Azadlıq qan tökməkdi, Fərqi yoxdu Başqasının olsun, ya özününkü…

Kim nə deyir desin,

Azadlıq qılıncların

oxuduğu nəğmədi;

Çünki,

Azadlıq qan tökməkdi,

Fərqi yoxdu

Başqasının olsun, ya özününkü…

IX

Hər il

“Azadlıq” meydanından

zəvvarlar gedir.

Allahın evinə

sevinə-sevinə.

Bu nə yoldu Tanrım?!

Bu nə yoldu imanlı

Imansızla bir gedir.

Şuşadan keçməyən yol

Kəbəyə nə cür gedir?!

Тanrım, nə cür gedir?!

Rüstəm B.X

Bu nə cür şəhərdi, Tanrım?!

Şairləri yox,

küləkləri dəlidi

Sevənləri yox,

çiçəkləri dəlidi.

“Azadlıq”!,

Azadlıq Bakıda soyunan bir qadın heykəlidi.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*