“BƏLƏDİYYƏ SEÇKİLƏRİ NƏ ÜÇÜN MARAQ DOĞURMUR?”!!!

PAYLAŞIN

Ramiz TAĞIYEV:

“Rayon bələdiyyələrinin təşkil edilməməsi, Bakıda paytaxt bələdiyyəsinin yaradılmaması mövcud bələdiyyələrin  icra hakimiyyətlərinin “filial”ından savayı bir funksiya yetirə bilməyəcəyini őncədən təsdiq edib.

Fb-NİN GÜNDƏMİNDƏN

Bələdiyyə seçkiləri nə űçűn maraq dogurmur ?!

Dekabrın 23-də őlkəmizdə bələdiyyə seçkiləri keçiriləcək.Gőrűnən odur ki, seçki əhval-ruhiyyəsi hiss olunmur. Dűşűnűrəm ki, bələdiyyə seçkilərinə soyuq műnasibət bəslənilməsinin əsas səbəbi, bu strukturun icra hakimiyyətlərinin əlaltılarına çevrilib formal xarakter daşımasıdır. Əslində isə bələdiyyə vətəndaşların őzűnűidarəsi űçűn ən vacib sistemdir. Əlbəttə, onu da qeyd etmək lazımdır ki, őlkəmizdə bələdiyyələr barədə qanunun őzű natamamdır və belə natamamlıq bələdiyyələri hakimiyyət strukturlarından asılı duruma salıb. Kənd bələdiyyələri oldugu zaman, onların fəaliyyətinə űmumi nəzarəti keçirə biləcək rayon bələdiyyələrinin təşkil edilməməsi, Bakıda paytaxt bələdiyyəsinin yaradılmaması həmin sistemin icra hakimiyyətlərinin “filial”ından savayı bir funksiya yetirə bilməyəcəyini őncədən təsdiq edib.

Əslində, hakimiyyət bələdiyyələrin ədalətli seçkilərlə təşkil olunmasında maraqlı olmalıdır. Belə ki, őzűnűidarə etmə sistemi hakimiyyətin gűndəlik idarəetmə yűkűnű xeyli azaldar və nőqsanların aradan qaldırılması məsuliyyətini həm də őlkə vətəndşları daşımalı olarlar. Necə deyərlər, őzləri seçib, őzləri də nəzarəti təşkil edə bilərlər.

Műxalif təşkilatların da bələdiyyə seçkilərinə biganə műnasibəti anlaşılan deyil. Təbii ki, əsas arqument seçkilərin saxtalaşdırılacagının őncədən bəlli olmasıdır. Hesab edirəm ki, mővcud reallıq belədir. Ancaq susqunluq da yaxşı heç nə vəd etmir. Yaxşı olar ki, seçki marafonundan maarifləndirmə űçűn istifadə olunsun, bələdiyyələrin vəzifə və səlahiyyətləri barədə őlkə vətəndaşları bilgiləndirilsin. Zənnimcə bu, indiki şəraitdə műxalifət təşkilatlarının bűtűn őlkə boyu fəaliyyətinə kifayət qədər stimul verə bilər.

Təbligat marafonunda őlkəmizdəki bələdiyyə idarəçiliyi mexanizminin dəyişdirilməsi, qardaş Tűrkiyə Cűmhuriyyətinin təcrűbəsindən istifadənin zəruriliyi őnə çəkilməlidir. Őlkə iqtidarı razılaşmayacaqsa, seçkiləri boykot etməkdən savayı yol qalmayacaq. Boykot digər seçkilərdən fərqli olaraq, bələdiyyə seçkilərində daha effektli ola bilər.

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*