“BƏS İLHAM ƏLİYEVƏ MANEÇİLİK TÖRƏDƏN NƏDİR Kİ … “!!!

PAYLAŞIN

Eldar SABİROĞLU:

“Azərbaycan hakimiyyəti azad sözü niyə qılıncla qarşılayır?

Həbsxanalar ağzına qədər niyə siyasi məhbusla doludur?” !!!

Mehman Hüseynov mart ayında həbs müddətini başa vurub ailəsinin yanına qayıtmalı idi. Azərbaycan hökuməti isə onu təkrar azadlıqdan məhrum etmək istəyir. Gənc blogeri bir boynuyoğunun vasitəsilə şərləyiblər. Bütün Avropa onun müdafiəsinə qalxaraq iqtidarımızı sərt tənqid edir. Prezident İlham Əliyevdən blogerin təcili azadlığa buraxılması tələb olunur. Mehmanı beynəlxaĺq hadisəyə çevirən hakimiyyət önünə daşdan divar çəkməyə başlayan qərbin hücumunun qarşısını kəsməyi bacara biləcəkmi?! Edə bilsə deməli, güclüdür. Lakin hər şeyə rəğmən,Avropa Parlamentinin böyük səs çoxluğu ilə Azərbaycanın əleyhinə sərt qətnamə qəbul etməsi iqtidarı hüquq və azadlıqlar barədə öz siyasətində ciddi redaktələr etməyə təşviq edir.

Dövlət adına hörmət gətirməyən bu ağır məsələyə hökumətin imkan və fürsət verməsi çox maraq doğurur. Axı, Mehman Hüseynov haradan birdən-birə gəlib prezidentin yadına düşdü? Məgər O, bütün işini-gücünü buraxıb Mehmanın həbs vaxtının nə zaman bitəcəyi günu hesablayırmış? Bir qədər ağlabatan işə oxşamır. Ya blogeri həbsə atdırarkən prezident göstəriş verib ki, vaxt-vədə yaxınlaşanda yadıma salarsınız, ya da prezidentə məruzə etmək səlahiyyətinə malik olan məmurlar masa üzərinə elə təqdimat qoyublar ki, ikinci cinayət işinin başlanmasına problem yaşanmayıb. Ümumi məqsəd cəmiyyəti qorxu altında saxlamaqdan ibarətdir. Amma nə vaxta qədər!? Məsuliyyət bütün hallarda birincinin üzərində qalır. Çünki şəraiti yaradan, şəxsi maraqların təmin edilməsi üçün dövlət məmurlarına imkan verən prezident özüdür. Guya bloger azadlığa buraxılsaydı, ölkədə təhlükəli hadisələrin əl-ayağını yığışdırmaq olmazmış. Ona görə də Mehmanı azadlığa həsrət qoymaqdan başqa yol tapa bilməyiblər.

Ətrafın xəyanəti də apaşkar meydandadır. Hakimiyyətin biabırçı vəziyyətə düşməsində, prezidentin qərbdən aldığı zərbədə ətraf dediyimiz güclərin payı az görünmür. Nəticə çıxarmaq, həssas məsələlərdə şəxsi niyyətləri kənarda saxlamaq əvəzinə intiqam hissini, insanları günahsız yerə təqib və işgəncə altında saxlamaq meyllərini daha da artırırlar. Dövləti dəyərlər kin-küdurətli siyasi idarəetməyə köklənmiş əhval-ruhiyyəni qəbul etmir. Hər zaman olduğu kimi, bu dəfə də Avropa Parlamentinin qətnaməsini aparıb daxildəki və xaricdəki ermənipərəst qüvvələrin ayağına bağladılar. Vəziyyətdən çıxış yolu belə olmur. Bəs informasiya blokadasını darmadağın edib Azərbaycan həqiqətlərini dünyaya necə çatdırmışıq ki, çəkilən”əziyyətin” bəhrəsini ürəyimiz istəyən kimi dada bilmirik?! Yarımçıq işlərimiz hələ çoxdur. Beynəlxalq birlik illərdir ki, bizi insan hüquq və azadlıqlarına, fikir müxtəlifliyinə,siyasi plüralizmə  hörmətlə yanaşmağa, tənqidə dözümlü olmağa çağırır, cavabımız isə bir qayda olaraq bu tərzdə nümayiş etdirilir: “Azərbaycanın uğurlarını, sıçrayışlı inkişafını gözləri götürmür, paxıllıq edirlər.”Heç hənanın yeridir!!! Sorum başqadır. Azərbaycan hakimiyyəti azad sözü niyə qılıncla qarşılayır? Həbsxanalar ağzına qədər niyə siyasi məhbusla doludur? Şərləyib tutduqları bəs etmir, müxtlif işgəncə metodları ilə mənən sındırmaq istəyirlər. Biri mənim özüm, necə razı olaram bu hakimiyyətdən ki, keçən il aclıq aksiyası keçirdiyinə görə oğlum Rüfəti – sabiq müstəntiqi karserdə saatlarla çarmaxa çəkiblər. “Müstəqil Azərbaycan” – deyə hayqırtımız, artıq  xalqın olmayan Xəzəri belə, az qala təlatümə gətirir, lakin müstəqil söz deyənin dili kəsilir. Belə müstəqillikmi olur!?… Vaxtı ilə qəddar diktator kimi adını tarixə salan Belarus prezidenti Lukaşenko sonuncu altı siyasi məhbusu da bir müddət öncə azadlığa buraxdı. Nə baş verdi? Heç nə! Bəs prezident İlham Əliyevə maneçilik edən nədir ki, ölkə əhalisinin 95 faizinin görmək istədiyi bu addımı atmağa tələsmir?

Mehman Hüseynova beynəlxalq dəstək nəhayət ki, Azərbaycan hakimiyyətindən insan hüquq və azadlıqlarına olan mövcud münasibətini dəyişdirməyi tələb edir. Azad fikrə görə təqiblər artıq yetər.

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*