“BAĞIŞLAYIN MƏNİ, OSMAN MÜƏLLİM, …” !!!

PAYLAŞIN

“Üzümü, bir zaman mənə oxşamaq istəyən qadına tutub demək istəyirəm ki, …” !!!

Fb-NİN GÜNDƏMİNDƏN 

Mənə oxşamaq istəyən qız

Sevinc Osmanqızıyla məni onun atası mərhum jurnalist və ictimai xadim Osman Mirzəyev tanış etmişdi.

– Tanış olun, Təranə xanım, qızımdır. Sevinc, – deyib mənə orta məktəbi təzəcə bitirmiş yeniyetmə bir qızı təqdim etdi Osman müəllim.

Qıvrım sacı, bir qədər çökəkli burnu, güləndə dişləri görünən bu qız mənimlə çox səmimi görüşüb tanış oldu.
Osman müəllim bildirdi ki, qızı təhsilini Amerikada davam etdirmək istəyir ailə də onun istəyinə mane olmur. Mən də Sevincin o vaxtlar üçün çox cəsarətli addımını dəstəkləyib ona uğurlar arzu etdim. O,gözlərini mənə zilləyib diqqətlə baxdı və dedi:

– Təranə xanım, atam sizin haqqınızda mənə çox danışıb. Qiyabi olaraq idealıma çevrilmisiniz. Sizə oxşamaq istəyərdim. Sizin kimi bir qadın olmaq istəyərdim.

– Sən məndən də yaxşı olmalısan. Mənim xaricdə təhsil almaq imkanım olmayıb , sən isə Amerikada oxuyacaqsan. Sən daha irəli gedə biləcəksən, – dedim.

Ondan sonra mən Sevinclə görüşməsəmdə hərdən Osman müəllimdən məni özünə ideal hesab edən qızla maraqlanırdım. Osman müəllim də ona xas olan yüksək yumor hissiylə hər dəfə bir zarafatla deyirdi ki, görək də sizə cata biləcəkmi.

Məlum vertolyot qəzaasından sonra, yəni Osman Mirzəyevin həmin vertolyotda faciəvi həlakından bir qədər sonra mətbuatda, televiziyada ara-sıra Sevinc Osmanqızı görünməyə başladı. Düzünü deyim ki, bir neçə dəfədən sonra özüm üçün müəyyənləşdirdim ki, Sevinc atası səviyyədə jurnalist deyil . Məhz buna görə ona marağım itdi. Hətta atasının ölümündən sonra, Qarakənd üzərindəki vertolyotun vurulmasında öz həmvətənlərini günahlandırmağa cəhd etdikdə də mən onu ciddiyə almadım. Sonralar onun bir necə müsahibəsini dinlədim. Və nəhayət, bu günlər Sevinc xanım fəaliyyətinin apogey nöqtəsində özünü bizə təqdim etdi. Azərbaycan gənclərinin ABŞ da və bir sıra Avropa ölkəsində dövlətimizə və ordumuza dəstək nümayişlərinə Sevinc Ocmanqızının münasibəti məni bu yazını yazmağa məcbur etdi.

Hesab edirəm ki, Sevincin bu çıxışını təfsilatıyla açıqlamağa ehtiyac yoxdur, çünki hamı söhbətin nədən getdiyini bilir.

Amma üzümü bir zaman mənə oxşamaq istəyən qadına tutub demək istəyirəm ki, mənə və mənim kimi yüzlərcə azərbaycanlı qadına oxşamaq üçün çox şeydən imtina etmək, sadiq olduğun prinsiplərə xəyanət etməmək, Azərbaycanı canından artıq sevmək,Vətən üçün,onun hər qarış torpağı üçün yanmaq və Azərbaycanın cətin günlərində, xalqın ağır günlərində onun yanında olmağı bacarmaq lazım idi. Sən bunu bacarmadın. Özün də bilmədən xalqından, kökündən, soyundan hətta doğma bacından və anandan ayrılıb özünü uçuruma atdın. Seçdiyin yol qorxulu bir uçurumdur, sən ora mütləq düşəcəksən. Və əgər atan Osman Mirzəyev uca səmadan yerə düşüb yaddaşlarda qəhrəman , vətənpərvər, Azərbaycan yolunda canından keçmiş bir insan kimi yadda qaldısa, sən düşdüyün uçürümda tək-tənha və vətəninə, xalqına, şəhid atasının rununa xəyanət etmiş kimi yadda qalacaqsan.

———————————————————————————————–
P.S.

Bağışlayın məni, Osman müəllim! Bilirəm ki, mənə həmişə inanır və qızınıza bu sözləri deməyə icazə verərdiniz. Bəlkə də sizin qızınız olmasaydı Sevinc məni heç maraqlandırmazdı, çünki o və onun kimilərinin qiymətini tarix özü verəcək.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*