BAKI-SOÇİ-AŞQABAD-BAKI … VƏ 19 OKTYABR MİTİNQİ …

PAYLAŞIN

“QARABAĞI AZAD ETMƏYƏNİN, ERMƏNİ İŞĞALINA SON VERMƏYƏNİN SONU YAXINLAŞIR” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

İlham Əliyev Soçidə və Aşqabadda ELÇİBƏY hakimiyyətinə qarşı açdığı savaşı bu gün Bakıda, Pənah Hüseynin və Əli Kərimlinin həbsi ilə davam etdirir.
İlham Əliyev, bu gücü, bu texnikanı və anti insani münasibətləri – QARABAĞda, ermənilərə qarşı anti-terror əməliyyatlarında istifadə etmək lazımdır.
QARABAĞı azad etməyənin, erməni işğalına son verməyənin sonu yaxınlaşır.

—————————————————————————————————-

KXCP BƏYAN EDIR

19.10.2019-cu ildə Bakıda və Azərbaycanın digər bölgələrində Milli Şura tərəfindən elan olunmuş, özündə sosial tələbləri ehtiva edən şüarlarla ümumxalq etiraz aksiyalarına qarşı hakimiyyətin münasibəti bir daha sübut etdi ki, YAP iqtidarı, 26 illik fəaliyyəti dövründə, ərazilərimizi işğal etmiş ermənilərə qarşı heç zaman oryaya qoymadığı, qoya bilmədiyi gücü və iradəni, yenə də Bakının küçələrində meydana sürərək, xalqdan qorxduğuna görə, növbəti dəfə, ən amansız formada divan tutmaq yolunu seçib.

Xalqın Konstitusion hüquqlarına, o cümlədən də sərbəst toplaşma azadlığına, hamının, həmçinin də dövlət və hakimiyyət orqanlarının hörmətlə yanaşmağa borclu olduqlarını bir daha diqqətə catdıran KXCP, ölkə boyunca, hələ neçə gün öncədən başlanmış repressiv hərəkətləri qətiyyətlə psləyir, etirazçılara qarşı tətbiq olunan amansız güc tətbiqini dayandırmağı tələb edir.

KXCP İlham Əliyevdən, vətəndaşlara qarşı repressiv hərəkətlər törədən, dinc aksiya iştirakçılarını həbs edən şəxslərin, dərhal cəzalandırılmasını, qanunsuz həbs olunanların azad olunmasını tələb edir.

KXCP Mətbuat Xidməti 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*