“BAKI STANDARTI” NƏ DEYƏN ŞEYDİ, CƏNAB NAZİR?!!

PAYLAŞIN

RABİTƏ VƏ YT NAZİRİ ƏLİ ABBASOVA

AÇIQ MƏKTUB

Əli Abbasov

Həbsdən çsxandan sora telefon dükanından rəsmi sənədlərlə aldığım mobil cihazıma mesajlar gəlməyə başladı ki, bu mobil cihaz qeydiyyata alınmalıdır, əks təqdirdə onun istifadəsinə məhdudityyət qoyulacaq. Bu mesajın arxasınca düşdüm və bələdçilər mənə Mərkəzi Poçtu nişan verdilər. Burda bəlli oldu ki, telefonda iki nömrə olduğu üçün hərəsinə beş manat ödəməliyəmmiş. Təbii ki, bunun nə demək olduğunu soruşdum, əvvəl telefonun Bakı stanlartlarına uyğunlaşdırılmalı olduğunu dedilər. O zaman pulun niyə nömrələrin sayına görə ödəndiyini sordum. Operator gənc  xanım bu işin telefon satan dükanların işi olduğunu bildirdi. Amma məsələnin ona heç dəxli olmadığını bildiyimdən, ödəniş edib getdim. Lakin bu xüsusda Sizə bir neçə sualım var.

1. Bu nəyin ödənişi idi və mən 10 manatımı Sizin idarə və iradənizə tabe olan idarədə telefonun yoxsa, nomrələrin standarta gətirilməsi qarşılığında ödəniş elədim?

2. Hər iki halda, standarta uyğun olmayan ya telefonlar, ya da nömrələr mağazalarda niyə, yaxud da necə satıla bilir, və ümumiyyətlə, operator xanımın mənə barəsində danışdığı “BAKI STANDARTI” nə deyən şeydi?

3. Əgər bu, doğrudan da, operator xanımın söylədiyi kimi, telefon satan mağazaların və ya bu işlə məşğul olan şirkətlərin yarıtmaz fəaliyyətinin, hətta qanunsuz fəaliyyətinin nəticəsi kimi ortaya çıxıbsa, o zaman onların qanun pozuntuları niyə vətəndaşların hesabına ödənməlidir? 

Hörmətli Əli müəllim bu məsələ, təxminən o anlama gəlir ki, eyni qaydada soyuducu vəMobil tel ya şifoner almış adamın evinə gəlib, “sizin aldığınız bu məişət əşyaları “BAKI STANDARTI”na uyğun deyil və müəyyən miqdar para ödənilməsə onların istifadəsi yasaq olunur” deyirlər. Sizcə, bu qədər absurd, məntiqsiz və gülməli standarta gətirmə prosesi olurmu? Mən bu məsələnin hansısa qanuna və ya qaydaya əsaslana biləcəyinə ciddi şübhə ilə yanaşıram və belə bir normativ akt varsa belə , bu aktın özü qanunsuzdur.

Oysa Sizdən xahiş edirəm:

1. Bu məsələyə nazirliyin mövqeyini bildirən rəsmi açılama verin.

2. Rəsmən vətəndaşlatın cibinə girməkdən savayı heç bir anlam daşımayan bu biabırçılığa son qoyun.

3. Qalan vətəndaşlarla işim yox, ama mənim 21.01.2015-ci ildə Mərkəzi Poçtda ödədiyim 10 manatımın geriyə qaytarılmasını təmin edən tədbirlər görün. 

Diqqətinizə çatdırıram ki, bu müraciətimin rəsmi vətəndaş sorğusu ,  həm də mətbu soğu olduğunu nəzərə alın və bəyan edirəm ki, bu sorğu qulaq ardına vurularaq gözardı edildiyi təqdirdə məhkəməyə müraciət ekəmək hüququmu özümdə saxlayıram!!!

Hörmət və sayqılarla

“p.s.Nota” (www.ps-nota/com) qəzetinin redaktoru                              Sərdar ƏLİBƏYLİ

Ünvan: Bfkı ş. Xətai r. Vunq-Tau k. ev 11b, m.60
Əlaqə telefonu: (055) 736-52-65

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*