“… BAŞI OLMAYANLAR BAŞA KEÇİBDİR” !!!

PAYLAŞIN

Bir dəfə səninlə görüşsəydim… ah.. 

Əzab içindəyəm axı, ay Allah…

Fb-NİN GÜNDƏMİNDƏN

Əziz atam Cavad Cavadlı sovet dönəmində, bu şerinə görə, bir neçə ay həbsdə yamışdı….Nəsə nisgilləndim…

ALLAHA ŞİKAYƏT

Bir dəfə səninlə görüşsəydim… ah.. 

Əzab içindəyəm axı, ay Allah…

Tamam unutmusan bu elləri sən

Görmürsən yerdəki əməlləri sən???

Ürəklər, vicdanlar təmiz qalmayıb

Düzlükdən, mərdlikdən bir iz qalmayıb…

Qurunun alovu yaşa keçibdir,

Başı olmayanlar başa keçibdir,

Tükənib, qalmayıb ərənin, ərin

Köləyə dönübdür güvəndiklərim

Yaltaqla, namərdlə hər yan dolubdur

Rüşvəsiz iş görmək çərin olubdur.

Vəfa işdə deyil ağızlardadır

Haqq da, ədalət də kağızlardadır,

Yazmaqla tükənməz insanın dərdi

Adına nə qədər məktub gələrdi,

Rahat ötüşməzdi bir anın sənin

Yaxşı ki bilinmir ünvanın sənin…

…………………….

Cavad CAVADLI

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*