“BAŞIMDAN DİMANLI FİKİRLƏR KEÇİR …” !!!

PAYLAŞIN

“Çox şeyin astarı üzündən bezib,
Bu dilim ütülü sözündən bezib, …”!!!

Fb-NİN ARXİVİNDƏN

MƏN NİYƏ ÖZÜMDƏN BEZMİRƏM, ALLAH?!

Mən qurd olsam da, quzu kimi davranmaqdan, yaşamaqdan
usandım, yoruldum! Mən bir zamanlar “dar ağacına salam” verən,”ölümə xoş gəldin” deyən adamıydım axı!

Başımdan dumanlı fikirlər keçir,
Görəsən, xoşbəxtmi yazdığım yazı?
Görəsən, aldatmır bu fikir məni,
Ki, “quzu” sözündə yazıqlıq yatır,
Ya “yazıq” sözündə yaşıyır quzu.

Başımdan dumanlı fikirlər keçir,
Fikrə, düşüncəyə nə qorxu, hədə?
Fikirdə yaşayır azadlıq ancaq,
“Azadlıq” deməkdi fikir bəlkə də…

Hara ki, yetmədi əlimiz bizim,
O yerə həmişə biz uzaq dedık;
Meydanda tək qoyub qurdu, sonra da
Namərd tək qayıdıb “yalquzaq” dedik!

Əfəndilər! Bu gün uzaqlar,
Uzaqlığından bezib,
Düşüncəm,  fikrim də azadlığından;
Quzular yazıqlığından bezib,
Qurdlar da, qurdlar da yalqızlığından,
Mən niyə özümdən bezmirəm, Allah?!

Yenə də ağlımdan uzaqlar keçir,
Uzaqlar…
Bu fikrim..
Bu quzu, bu qurd…
Bir də ki, başımdan sevdası heç vaxt
Çəkilməyən yurd…
Bir də ki, sinəmdə daş əridən ah…
Mən niyə özümdən bezmirəm, Allah?!

Mən özüm deyiləm, o uzaq mənəm,
Fikirəm – dərdimi çəkəmmir ürək!
Kiminin əlində yazıq bir quzu,
Kiminin əlində qurdam – tənha, tək,
Bəs niyə özümdən bezmirəm, Allah?

Özüm olammadım, olammadım mən,
Onunçün ruhum da bu qədər yazıq…
De, mənim əlimdən, de, hara qaçsın
Çəkdiyim əlacsız qəm-kədər yazıq?
Dərdimə azadlıq versəm, bax, sabah
Dərdim də bil, məndən qaçacaq, bezib,
Mən niyə özümdən bezmirəm, Allah?!

Çox şeyin astarı üzündən bezib,
Bu dilim ütülü sözündən bezib,
Dözümün özü də dözümdən bezib,
Bu dünya, bu dünya özündən bezib…
Bəs mənə nə olub, yoxsa bir daşam,
Yoxsa ki, bir qara daşa qardaşam?!
Özüm olmalıyam mən bu gün-sabah,
Bəs niyə özümdən bezmirəm, Allah!

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*