BAŞQA İŞ TAPIN LEYLAYA, TOXUNMAYIN ELMİRAYA !!!

“GƏLƏN BƏZİRGANDI, GEDƏN XOCADI”!!! 

Bu günlərdə, Azərbaycanda uzun illərdi ki, insan haqları uğrunda cahanşümul nailiyyətlər qazanaraq, görünməmiş uğurlara imza atmaqla olduqca ciddi performans sərgiləmiş, bizim Ombusman institunu dünya miqyasında örnək sayıla biləcək mərtəbələrə gətirilməsində, gecəli-gündüzlü yorulmadan çalışmış, məxsusən də Azərbaycanda siyasi məhbus probleminin minimuma endirilməsi üçün xeyli əziyyətlər çəkərək, həbsxanaların yolunu yağır etmiş Elmira xanım Süleymanovanın Azərbaycan Prezidenti Yanında İnsan Haqları Müvəkkili məqamından uzaqlaşdırılaraq, yerinə prezidentin qızı Leyla xanım Əliyevanın gətiriləcəyi haqda xəbərlər dolaşmaqdadır. Məsələnin həqiqətlə nə qədər bağdaşdığını söyləmək  çətin olsa da,  necə deyərlər, “od olmayan yerdən tüstü çıxmaz” və hakim ailə təmsilçilərinin adları elə-belə, kiminsə istəyinə və ya keyfinə görə bu cür məsələlərdə hallandırılmır, hallandırıla da bilməz. Çünki bu, mövcud reallıqların, eləcə də yürürlükdə olan idarərtmənin fəlsəfəsinə ziddir. Oysa, ən azından bu söhbətin əsli-astarı var kimi görünməkdədir. Üstəlik də bu xəbərlərin yayılmasından sonra, məsələnin hər-hansı formada, müvafiq məqamlar tərəfindən təkzibi də eşidilmir…  

Əslində Leyla xanımın bu məqama gəririlib-gətirilməyəcəyi kimi bir dərdim-filan da yoxdu və bunda bir sakınca da görmürəm. Zatən artıq qərar verilibsə və ya veriləcəksə,  olacaq demək. Olsun, Allahdan xeyirlisi. Amma bu arada, Elmira Süleymanovanın insan haqları sahəsində başlatmş olduğu cahanşümuş layihə və proqramlarıın yarımçiq qalacağına üzülürəm. Xanım Süleymanovanın illərini verib həyata keçirdiyi irimiqyaslı və çoxşaxəli işlərin başa varmamasına adamın heyfi gəlir. 

Bu arada, mövzuya nədən xüsusi diqqət ayırdığımın səbəbini də deyim, bilin. Lənətə gəlmiş Mark dünən mənə, 2 il əvvəldən Elmira Süleymanovaya həsr etdiyim bir statusu xatırlatdı. Mən də hesab elədim ki, həmin statusum bu gün də aktualdır və yuxarıda barəsində danışdığım söhbətlərin fonunda, təkrarən ictimai rəyin müzakirəsinə və cəmiyyətin diqqətinə çatdırılmağı haqq edir. Sayğıdəyər oxucularımdan tək ricam isə odur ki, bu statusumu, indiki şərtlərdə Elmira xanımla vida yazısı kimi qəbul etsinlər.  

———————————————————————————–

Fb-NİN GÜNDƏMİNDƏN

Сердар Алиев 

9 dekabr 2016

ALLAH HAMINI SEVİNDİRSİN !!!!!!!!!!!!

Bayaq çayxanada təsadüfən Elmira xalanı gördüm, Yox-yox, o çayxanaya gəlməmişdi, amma mən, ancaq  çayxanalarda olanda, arada televizora göz ata bilirəm. Bu dəfə də elə oldu, efirdə Elmira xalanı gördüm və bir sevindim, bir sevindim ki, sözlə deyiləsi deyil. Ona görə sevindim ki, sağkən, Azərbaycanda mövcud olan insan haqlarının quruca heykəlinə çevrilmiş bu xala, hələ də həyatdadı. Yoxsa, qulaqlara qurğuşun, mən elə bilirdim o çoxdan… Yox-yox, ağzıma daş-torpaq, gör ağlıma nələr gəlir. Özümü buna görə bir xeyli qınadım da və bir daha əmin oldum ki, onu yaşadan əsas amil, illərlə haqlarının uğuruna can qoyduğu insanların alqışı və dualarıdı. Hər halda Elmira xalanın həyatda olmasına çox sevindim, sizi də Allah sevindirsin. Elmira xalaya da hələ uzun illərə varacaq ömür, Azərbaycan insanının haqları uğrunda cahanşümul, çoxşaxəli və yorulmaz fəaliyyətlərində uğurlar diləyirəm !!!!!

——————————————————————————————

P.S.

İqbal Ağazadə:

“Ombudsmanın yalanları …”

1 Comment

  1. Dəyərli Sərdar bəy,yuxarılar bele müdrik,həm də çox müdri bir qərar qəbul edərək,Leyla xanım Əliyevanı Elmira xala Süleymanovanın yerinə gətirməyi məsləhət biliblərsə, biz qara kütlələr nə çarəyik ki,belə yerində,zamanında verilən qərara qarşı nə isə demək cəsarətində bulunaq,haşa.Ağa buyurur,sür dərəyə,sür,sür geriyə,baş üstə.

Leave a Reply

Your email address will not be published.


*