“BİLİRSƏN İÇİMDƏSƏN, ŞƏHƏR, KÜÇƏ, KƏNDBƏKƏND, ÜRƏYİMDƏN İÇİMƏ QANI AXAN MƏMLƏKƏT”!!!

PAYLAŞIN

İqbal AĞAZADƏ:

“ÜSTÜNDƏN KEÇDİYİMİZ HƏR ŞEY VƏTƏN DİVARLARINA SÖYKƏNƏCƏK…” !!!

“MƏNİM ÜÇÜN ŞUŞASIZ, LAÇINSIZ, KƏKBƏCƏRSİZ AZƏRBAYCAN ADLI DÖVLƏT YOXDU…  KİMSƏ ÖZÜNƏ BAŞQA XƏRİTƏ CIZMAQ İSTƏYİRSƏ, MƏN O DÖVLƏTİN VƏTƏNDAŞI DEYİLƏM…”!!!

“Heç nə, heç kim məni torpağımın ərazi bütövlüyü uğrunda əqidəmdən çəkindirə bilməz…”

“Bu gün bu dövlətin, bu cəmiyyətin gələcəkdə Təbriz, Borçalı, Dərbənd, İrəvan, Zəngəzur, Zəngibasar, Göyçə taleyini yaşamaması üçün Qarabağ uğrunda ayağa qalxmağı bacarmalıyıq. Qarabağı geri almalıyıq ki, o torpaqların da geri qayıtmasını şərtləndirən – o adamlara söykənən, o torpaqları işğaldan azad edə biləcək qəhrəman insanlara söykənən Dərbənd harayı olsun, Borçalı harayı olsun, Göyçə-Zəngəzur harayı olsun. Bir tərəfdən Güney Azərbaycan – Təbriz ayağa qalxsın. Bundan sonra nə qazanıb, nə əldə edəcəyik axı? Bir savaşın, bir döyüşün əsgəri, qazisi, hətta şəhidi olmaqdan üstün nə var ki, bu həyatda? Mənim üçün Kəlbəcərsiz, Laçınsız, Şuşasız Azərbaycan adlı dövlət yoxdur, olmayacaq da! Kimsə özünə bu torpaqlarımızdan kənar xəritə cızmaq istəyirsə, mən o dövlətin vətəndaşı deyiləm. Mən Bütöv Azərbaycan dövlətinin qurulması üçün hər şeyimdən keçərəm, yetər ki, bu coğrafiya, bu xəritə bütövləşsin… Bütövləşdirək…” !!!

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*