“BİLİRSƏN, İÇİMDƏSƏN, ŞƏHƏR, KÜÇƏ KƏNDBƏKƏND, YRƏYİMDƏN İÇİMƏ QANI AXAN MƏNLƏKƏT” !!!

PAYLAŞIN

“Bezdim, unudub getmək gözəldi,
Qalıb unudulmaqdan min dəfə…” !!!

Fb-NİN GÜNDƏMİNDƏN 

BEHRUDDA 2020

Hər gecə yuxularımda kəndə yol gedirəm. Yol “Qaraca Qaya”da bitir! “Güney”də tez yetişən gilas ağaclarının yamyaşıl yarpaqları od tutub yanır.
Kəndə yol yoxdu ki!

На изображении может находиться: Rustem Behrudi, растение и на улицеOrda tabutum açıq qalıb,
Nə yazsam, nə pozsam, səfsəfə;
Bezdim, unudub getmək gözəldi,
Qalıb unudulmaqdan min dəfə…

Nədən görən ağlıma,
Yenə də ilkin gələr
Behrudda “Quzeylər”də
Tüstülənən xəzəllər.

Mən “Salmas”dan “Elti”yə,
Həm yolçu,həm yoluydum
Yol ölüb, yolçu durub,
Yol olmaqdan yoruldum…

Bu nə yuxudu, allah,
Bu nə yasdı odamda?!
Yox üstünə yüyürüb,
Ağlamağa adam da.

Bundan belə baş daşım,
Çox yuyunar yağışla.
Bəlkə mən gələmmədim,
Qəbrim, məni bağışla.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*