“BİLİRSİNİZMİ, ƏKRƏM İMAMOĞLU NİYƏ QALİB GƏLDİ?”!!!

PAYLAŞIN

İqbal AĞAZADƏ:

“Şərtlər nə qədər ağır olsa da, AKP iqtidarı nə qədər seçki saxtakarlığı etsə də seçkiyə qatılmamağı kimsə ağlına belə gətirmədi.

“Ergenekon həbsləri, səhnələşdirilmiş çevriliş teatrları saysız-hesabsız müxalifləri mübarizədən kənarlaşdırsa da, çoxsaylı jurnalistlər, azad düşüncəli insanlar həbs olunsa da tək çarə seçki oldu.”!!!

————————————————————————————-

Fb-NİN GÜNDƏMİNDƏN

Bilirsinizmi Əkrəm İmamoğlu niyə qalib gəldi? 17 ildir CHP və digər partiyalar heç seçkini boykot etmədilər ki? Şərtlər nə qədər ağır olsa da, AKP iqtidarı nə qədər seçki saxtakarlığı etsə də seçkiyə qatılmamağı kimsə ağlına belə gətirmədi. Ergenekon həbsləri, səhnələşdirilmiş çevriliş teatrları saysız-hesabsız müxalifləri mübarizədən kənarlaşdırsa da, çoxsaylı jurnalistlər, azad düşüncəli insanlar həbs olunsa da tək çarə seçki oldu. Və sonda… Ərdoğan da xalqın qarşısında geri çəkildi. Siz deyin, siyasi partiyalar seçkiləri mütəmadi boykot etsəydi seçici aktivliyi olardımı?….Azərbaycan Müxalifətinin böyük hissəsi isə 1998 – də, 2004 – də, 2008 – də, 2009 – da, 2015 – də, 2018 – də seçkiləri boykot edib. Sıra 2019 və 2020 seçkilərinindirmi? Yenə də boykot edək? Bəs bu ölkəni necə dəyişək?

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*