“BİR NADAN YOL VERİR, GƏLİR BİRİSİ, ŞİR İLƏ TÜLKÜNÜN BİRDİ DƏRİSİ…” !!!

PAYLAŞIN

“MİLLƏTİ, TAYFASI, YURDU BİR ŞƏHƏR,

VƏTƏNİ NƏFSİNƏ QURBAN VERƏNLƏR…”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Serdar ALİBEYLİ

9 января 2015 

KÖHNƏ DƏRDLƏRİMİZİN TƏZƏ HİMNİDİ BU ŞEİR!!!

Sabir RÜSTƏMXANLI

NƏDƏN DANIŞIRIQ

Bir dəstə danabaş, bir dəstə nacins,
İstər Duma olsun, istərsə Məclis,
Yalan üyüdürsə, yalan yeyirsə,
Her şeyi yalanla pərdələyirsə,
Başa hökm edirsə gödən, bilmirəm,
Nədən danışırıq, nədən, bilmirem?!

Kaş ki görməyəydim axırımızı,
Üzümüzə çıxan paxırımızı.
Kaş ki, qanadlarım qırılmayaydı,
Ruhum bədənimdən ayrılmayaydı.
Yaşaya bilmirəm, gedə bilmirəm,
Nədən danışırıq, nədən bilmirəm.

Şadlıq istəyirdim, bu şadlıq deyil,
Quldura quldusa, azadlıq deyil.
Bəhrəsi buymuşsa müstəqilliyin
Yeyin bu bəhrəni, özünüz yeyin!
Ayılar-ayılmaz Vətən, bilmirəm?!
Nədən danışırıq,nədən bilmirəm?!

Bir nadan yol verir, gəlir birisi,
Şir ile tülkünün birdi dərisi.
Milleti-tayfası, yurdu bir şəhər,
Vətəni nəfainə qurban verənlər…
Gələnmi haqlıdır, gedən, bilmirəm,
Nədən danışırıq, nədən bilmirəm?!

10 may 1993 il.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*